28 YANVAR
![]() |
1923-cü il. “İnqilab və mədəniyyət” jurnalının ilk nömrəsi Tağı Şahbazi Simurqun baş redaktorluğu ilə çapdan çıxıb. 1953-cü ildə “Azərbaycan” adlandırılan jurnal o vaxtadək müxtəlif adlarla nəşr olunub. Jurnala müxtəlif dövrlərdə Cəlil Məmmədquluzadə, Ruhulla Axundov, Mirzə İbrahimov, Məmməd Arif, Mehdi Hüseyn, Əli Vəliyev, İsmayıl Şıxlı, Cabir Novruz, Yusif Səmədoğlu və digər görkəmli ədəbiyyat xadimləri baş redaktorluq edib. Prezidentin Fərmanı ilə jurnal 1997-ci ildən dövlət büdcəsinin vəsaiti hesabına çap olunur. |
![]() |
1992-ci il. Erməni silahlı qüvvələri Azərbaycanın dinc əhalisinə qarşı daha bir dəhşətli terror aktı həyata keçiriblər. Ağdam-Şuşa marşrutu ilə uçan “Mİ-8” sərnişin vertolyotu Xankəndidən atılmış “yer-hava” tipli raketlə vurulub. Vertolyotdakı 44 nəfərin hamısı həlak olub. |
![]() |
1980-ci il. Azərbaycanda peşəkar diktorluq məktəbinin yaradıcısı Aydın Qaradağlı vəfat edib (1929-1980). O, Əməkdar Artist fəxri adına layiq görülmüş ilk diktordur (1964). Azərbaycan radiosunun “Qızıl fond”unda A.Qaradağlının ifasında dünya klassiklərinin, o cümlədən Nizami, Füzuli, Natəvan, Cəfər Cabbarlı, Şəhriyar, habelə Səməd Vurğun, Süleyman Rüstəm, Rəsul Rza və Hüseyn Arifin əsərlərinin səs yazısı saxlanılır. |
![]() |
1828-ci il. Çar Rusiyası İranla müharibənin (1826-1828) gedişində Cənubi Azərbaycanın Urmiya şəhərini işğal edib. Bunun ardınca general İvan Paskeviçin başçılıq etdiyi rus qoşunları Ərdəbili də ələ keçiriblər. Fevralın 10-da İran Rusiya ilə təslimçi Türkmənçay sülh müqaviləsini imzalamağa məcbur olub.
|
![]() |
1887-ci il. Eyfel qülləsinin tikintisinə başlanıb. Fransa inqilabının 100 illik yubileyi münasibətilə tikilən Eyfel qülləsinə ildə 6 milyon turist baş çəkir. Hər il qülləni korroziyadan qorumaq üçün 60 ton boya işlədilir. 1940-cı ildə Hitlerin qoşunları Parisə daxil olmazdan əvvəl fransızlar qüllənin liftini xarab ediblər. Bu səbəbdən də alman əsgərləri qülləyə öz bayraqlarını asa bilməyiblər. “Hitler Fransanı fəth etsə də, Eyfel qülləsini fəth edə bilmədi” ifadəsi belə yaranıb. |
MÜƏLLİFLƏ ƏLAQƏ
Zəfər Günü Torontoda qeyd edilib
- [03:26]
Şəhid İsmayıl Kərimliyə həsr edilmiş sənədli filmin təqdimatı olub
- 04.11.2026 [23:55]
BMT sammitinin iştirakçıları “ASAN xidmət”in fəaliyyəti ilə tanış olublar
- 04.11.2026 [23:50]
Çempionlar Liqası: "Fənərbağça" "Liverpul"u məğlub edib
- 04.11.2026 [23:44]
Macarıstanda kommunist dövrünün məxfi xidmətlərinin arxivləri açılıb
- 04.11.2026 [23:11]
"Vikinq"in və “Sabah”ın start heyətləri açıqlanıb
- 04.11.2026 [22:58]
Xorvatiyada Zəfər Günü qeyd edilib
- 04.11.2026 [22:32]
Pavel Herçinski: Gürcüstanın Avropa İttifaqına üzvlük prosesi dayanıb
- 04.11.2026 [21:58]
Qarabağ Dirçəliş Fondu “AIREX 2026” sərgisində iştirak edir
- 04.11.2026 [21:55]
Lənkəranda 64 yaşlı kişinin meyiti tapılıb
- 04.11.2026 [21:35]
Bakıda Türk Dünyası Animasiya Gününün keçirilməsi təklif olunub
- 04.11.2026 [21:23]
Sabah Fransada yüz minlərlə insanın aksiyalarda iştirakı gözlənilir
- 04.11.2026 [21:00]
“Arşın mal alan” komediyası Moskvada nümayiş etdiriləcək
- 04.11.2026 [20:42]
Bakıda yanğınsöndürmə-xilasetmə idmanı üzrə dünya çempionatının açılışı olub
- 04.11.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 04.11.2026 [20:00]
Nazir: Azərbaycan dünyada güclü idman mərkəzi kimi tanınır
- 04.11.2026 [19:57]
Cəlilabadda ağacəkmə aksiyası
- 04.11.2026 [19:39]
Emma Edhem: Azərbaycan regionun ən mühüm ölkələrindən birinə çevrilib
- 04.11.2026 [19:34]
“Yaşa, Xəzər!” sərgisində konseptual incəsənət nümunəsi: “Qara kürü” əsəri
- 04.11.2026 [18:51]
Şair Sahib Məmmədov: Poetik görüşlər insanlar arasında mənəvi bağ yaradır
- 04.11.2026 [18:48]
Höteborqda Zəfər Günününə həsr olunmuş şahmat turniri olub
- 04.11.2026 [18:34]
ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Malikdən
- 04.11.2026 [18:32]
Kişi voleybolçuların Superliqasında III turun oyunlarına start verilib
- 04.11.2026 [18:13]
Reza Deqati: Fotoqrafiyanı insanlara xidmət vasitəsi kimi seçmişəm
- 04.11.2026 [17:31]
Zelenski: Hazırda Kiyevdə vəziyyət daha ağırdır
- 04.11.2026 [17:23]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 04.11.2026 [17:22]
Fransa və Almaniyada sosial etirazlar: narazılığın əsas səbəbləri - ŞƏRH
- 04.11.2026 [17:22]
İngiltərə klubunun yeni baş məşqçisi müəyyənləşib
- 04.11.2026 [17:20]
Nazir: Pakistan Azərbaycanla əməkdaşlığı daha da gücləndirməyə sadiqdir
- 04.11.2026 [17:18]
“Gülüstan” türbəsi– Azərbaycan daşişləmə sənətinin nadir incisi
- 04.11.2026 [17:14]
bp şirkətində çalışan azərbaycanlı işçilərin sayı açıqlanıb
- 04.11.2026 [17:11]
Qubada 12 yaşayış məntəqəsini birləşdirən avtomobil yolu asfaltlanır
- 04.11.2026 [17:10]
® “Kapital Bank” yeni konseptli ilk filialı ilə Gəncədə
- 04.11.2026 [16:54]
Belçikada işçilərin sayının azalacağı gözlənilir
- 04.11.2026 [16:43]
MEK-də gənc alimlər və tələbələr Zəfər Gününü qeyd ediblər
- 04.11.2026 [16:42]
On mindən çox bioloji aktiv qida məhsulu məhv edilib
- 04.11.2026 [16:34]
Vəkillər Kollegiyasının rəhbərliyi təlimdə iştirak edib
- 04.11.2026 [16:28]




