Zərdabda zəncirvari qəza baş verib, xəsarət alan var
Zərdab, 7 noyabr, AZƏRTAC
Zərdab şəhərində zəncirvari qəza baş verib, xəsarət alan var.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, “Mercedes” markalı avtomaşın həmin yolda hərəkətdə olarkən qarşısındakı başqa bir “Mercedes” və “Dacia” markalı avtomaşınlara çırpılıb. Nəticədə 90 UF 830 nömrə nişanlı “Mercedes” avtomaşınında olan sərnişin Aynurə Azər qızı İsmayılova müxtəlif dərəcəli bədən xəsarəti alaraq Zərdab rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Faktla bağlı araşdırma aparılır.