ZƏRDABDA QANVERMƏ AKSİYASI
AZƏRTAC xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə 8 Mart - Beynəlxalq Qadınlar günü münasibətilə respublikamızda qanvermə aksiyası keçirilir.
Bayram ərəfəsində başlanan aksiya martın 4-5-də Bakıda, sonra isə Hacıqabul və Yevlaxda davam etmişdir. Martın 7-də bu humanist aksiya Zərdabda reallaşmışdır. Rayon icra hakimiyyətinin təşkilatçılığı ilə mərkəzi rayon xəstəxanasında keçirilən aksiyada yüzlərlə zərdablı donor iştirak etmiş, tibbi müayinədən sonra 200 nəfərdən qan götürülmüşdür. Müayinə və qangötürmə Mərkəzi Qan Bankının həkim və tibb işçilərinin səyi ilə həyata keçirilmişdir. Toplanan qan talassemiya, hemofiliya, leykoz və digər qan xəstəliklərindən əziyyət çəkən insanlar üçün nəzərdə tutulmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]