ZƏRDABDA MEŞƏ SAHƏLƏRİ GENİŞLƏNDİRİLİR
Zərdab, 31 yanvar (AZƏRTAC). Zərdab Regional Meşəsalma Müəssisəsinin əməkdaşları yaşıllıqların salınması və ağac əkininə hazırlıq məqsədi ilə 20 hektar sahəni şumlayaraq yararlı vəziyyətə gətirmişlər. Əvvəlki illərdə salınmış meşələrin və yeni əkiləcək ağacların vaxtında suvarılması üçün Qarasu çayının üzərində “Altay” markalı su nasosu quraşdırılmışdır .
Qeyd edək ki, ötən il 90 hektar sahədə 297 min müxtəlif növlər ağac tingi (akasiya, türk qovağı, iydə, ağcaqayın) əkilmişdir. Zərdabda yaşıllıqların genişləndirilməsi, ağac əkini xüsusi diqqət mərkəzindədir. Şəhərdə, yol kənarlarında bu iş mütəmadi davam etdirilir. Keçən il Zərdab-Ucar, Zərdab-Mollakənd, Zərdab-Ağcabədi avtomobil yollarının kənarında ümumilikdə 29,3 min ağac əkilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]