Azərbaycan Dövlət İnformasiya Agentliyi

Zəhmətin və halallığın siması...

Zəhmətin və halallığın siması...

Bakı, 28 oktyabr, AZƏRTAC

Azərbaycanın hər bölgəsi kimi, Gədəbəy də ilk növbədə, torpağa bağlı, təbiətin ritmi ilə yaşayan əhalisi və zəhmətkeş insanları ilə tanınır. Bu diyarın sakinləri, xüsusilə də qadınları digər dağlıq regionlarımıza xas olan sərt və çətin təbiət reallıqları şəraitində yaşasalar da, onların xarakter etibarilə bəzi özünəməxsusluqları var. Onlar Tanrının ruzisinə şükür edən, torpağın bərəkətinə güvənən, kənd həyatının dirəyi və ailəsinin dayağı olan insanlardır. Gədəbəydən səfərdən qayıdarkən yolüstü belə qadınlardan biri ilə görüşmək, onun zəhməti, həyatı və düşüncələri ilə yaxından tanış olmaq həm təsirli, həm də qürurverici oldu.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın öz sosial şəbəkə səhifəsində etdiyi paylaşımda yer alıb. Paylaşımı təqdim edirik.

“Adətim üzrə səfər etdiyim bölgələrdə imkan olduqca yol kənarında öz həyətində becərdiyi məhsulları satan insanlarla ünsiyyətdə olur, həmçinin bu məhsullardan ev üçün alıram. Bu dəfə də belə oldu. Hələ biz Gədəbəy ərazisinə və şəhərin özünə daxil olarkən heç zaman görmədiyim qədər (əgər belə demək mümkünsə) kələm plantasiyalarına rast gəldim. Hələ lap uzaqdan baxanda belə zəhmət qoxuyan bu məhsuldar qara torpaq üzərində boz-mavi rəngdə kələm zolaqları göz işlədikcə uzanıb gedirdi. Yanaşı zolaqlarda isə təxminimə görə Gədəbəyin əsas məhsulu - qırmızı kartof sahələri yerləşirdi. Çünki əsasən, qadın və qızların işlədiyi bu sahələrin kənarında dolu kisələr bu gümanlarımı təsdiqləyirdi.

Artıq şəhərdən çıxsaq da, hələ rayon ərazisində idik. Bir neçə qeyd etdiyim satış nöqtələrini keçdikdən sonra yol yoldaşlarımızla birlikdə ilk baxışdan ötüb keçilməsini mümkün hesab etmədiyimiz birində dayandıq. Yol kənarında yalnız bir topa kələm, çuğundur və kökdən ibarət iki dolu kisə və tərəzi qoyulmuşdu. Bu dəfə də “kənd məhsullarını onu istehsal edənin özündən almaq lazımdır”, - deyə daşlaşmış qənaətimə söykənərək, “gəlin buradan təzə kələm alaq”,- deyə onlara “gedin siz baxın mən sonra yaxınlaşaram",- deyə bildirdim.

Yaxınlıqda heç kəs gözə dəymədiyindən bir az gözləməli olduq. Bu zaman yoldan 150-200 metr məsafədən ortayaşlı bir qadının ağır-ağır bizə tərəf gəldiyini görərkən onlara yaxınlaşdım. Telefona gələn zəngi cavablandırmaqla yanaşı, onların arasındakı dialoqu və qadının hərəkətlərini müşahidə edirdim. İlk baxışdan zahirən mənim uşaqlıqdan tanıdığım, tipik qarabağlı qadınlara bənzəməsi məndə onunla söhbətləşməyə güclü istək yaratdı. Yaxınlıqda yerləşən evinin darvazası açıq olan həyətinin səliqə-sahmanına göz gəzdirərkən geniş bir ərazidə artıq bar verən kələm sahəsi diqqətimi çəkdi. O isə satmaq üçün yaxınlıqda üst-üstə yığılan kələmləri əvvəlcə səbirlə seçir, əlindəki iri bıçaqla əzilmiş yarpaqlardan təmizləyir, üzündə kök salmış yumşaq bir təbəssümlə alıcının bütün istəklərini yerinə yetirirdi. Nə qədər sadə və səmimi idisə, bir o qədər də inamlı və qətiyyətli idi. Torpaqdan danışarkən gözlərində işıq, səsində güvən duyulurdu. Həyat yoldaşı ilə birgə illərdir torpaq becərən, hər mövsüm alın təri ilə yetişdirdiyi məhsulu evinin yaxınlığından keçən magistral yolun kənarına çıxarıb satan bu Azərbaycan qadını mənə həm əzmkarlığın, həm də halallığın canlı nümunəsi kimi böyük təsir bağışladı.

“Biz torpağı sevirik, çünki torpaq bizi yaşadır. Hər zəhmətin bir bəhrəsi var. Yoldaşımla birlikdə işləyirik, halal ruzimizi bu əməklə qazanırıq”. Bu sözlərdə böyük bir həyat fəlsəfəsi gizlənir, deyə, düşünürəm... Zəhmətlə qazanılan hər bir ruzi insanın vicdan rahatlığının, ailə səadətinin təməlidir. Onun kimi qadınlar nəinki öz ailəsini, həm də bütöv bir kəndin, cəmiyyətin dəyərlərini yaşadırlar.

Söhbət zamanı qadın iki övladının sağlamlıq problemlərinin olduğunu da kədərlə dilə gətirdi. Bu barədə danışarkən üzündə həm təəssüf, həm də ana narahatlığı açıq hiss olunurdu. Lakin dərhal ardınca minnətdarlıqla dövlətimizin belə ailələrin yanında olduğunu, problemli məsələlərini diqqətdə saxladığını qeyd edir. “Biz tək deyilik, hər zaman dövlətimizin qayğısını hiss edirik. Bizə göstərilən diqqət üçün də minnətdarıq”, - deyir.

Bu il ailə üzvlərinin hər biri üçün ayrılmış pay torpaqlarında taxıl əkdiklərini və yaxşı məhsul götürdüklərini fəxrlə qeyd edir. Əkin-biçin, mal-heyvan da öz yerində.

Diqqətimi daha çox çəkən isə üzləşdiyi və gündəlik aşmalı olduğu bütün çətinliklərə baxmayaraq, bu qadını daim ayaqda saxlayan həyat eşqi, daha çox ailəsi və doğmaları üçün yaşamaqdan, çalışmaqdan və mübariz olmaqdan vaz keçməməsi idi... Xüsusilə Gədəbəy kimi füsunkar təbiəti, tarixi lap qədim dövrlərə dayanan, mərdlik və qəhrəmanlıq dastanlarına gedib çıxan igidlər yurdunda yaşamalarından, milli dəyərlərimizə, adət-ənənələrimizə sadiqliklərindən qürur duyduğunu dilə gətirməsi idi.

Bu sözlər bir daha sübut edir ki, dövlətin sosial siyasətinin mərkəzində məhz belə ailələr, zəhmətkeş insanlar dayanmalıdır və dayanır...

Öz-özümə isə bir daha vurğulayıram: “Belə görüşlər bir daha göstərir ki, Azərbaycan qadını sadəcə evin və ailənin qoruyucusu deyil, o, həm də torpağın bərəkətini, kəndin nəfəsini, xalqın ruhunu yaşadan böyük bir qüvvədir".

Cəmiyyətimiz üçün isə bu qadınların həyat hekayələri çox vacib mesajlar ötürür. Bu, ilk növbədə, zəhmətin ən böyük dəyər hesab olunmasıdır. Torpaqla gündəlik ünsiyyətdə olan insanın həyatla barış içində yaşamasıdır. Digər bir vacib mesaj isə qadın gücünün yalnız ailə üçün deyil, həm də məskunlaşdığı ərazi və daha çox isə ölkənin inkişafında öz sözünü deməsidir.

Bu gün Gədəbəyin soyuq dağ havasında həyatını torpaqla daimi ünsiyyətdə quran bu qadının simasında biz bütöv bir millətin ruhunu, mübarizliyini və Vətən sevgisini gördük. O, sahibi olduğu torpaqda yetişdirdiyi məhsulla, sadəliyi və səmimiyyəti ilə yanaşı güclü məntiqi və möhkəm xarakteri ilə bizə bir daha xatırladır ki, belə insanlar Azərbaycanın əsl sərvətidir, torpaq qədər saf və müqəddəs, zəhmət qədər vacib və dəyərli, həyat qədər əziz insanlar...”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Baş Dövlət Yol Polisi İdarəsi piyada qəzalarının artması ilə bağlı xəbərdarlıq edib

Abşeronun qədim tarixinin yadigarı: Qala qəsri - FOTOREPORTAJ

BMU-nun ikili diplom proqramının tələbələri Çində ölkəmizi təmsil ediblər

Bakıda İtaliya mətbəxinin ənənələri təqdim olunub

Sevinc Məhsimova: Könüllülərin fəaliyyəti inklüziv dəyərlərin möhkəmlənməsinə töhfə verir

SOCAR-ın vitse-prezidenti: “Azəri–Çıraq–Günəşli” Azərbaycanın enerji sektorunun əsas strateji aktivlərindən biridir

“Rəqəmsal akademiya” proqramında süni intellektin dövlət idarəçiliyində tətbiqi müzakirə olunub

Ev təsərrüfatlarının uçotu dövlət proqramlarının real ehtiyaclara uyğun planlaşdırılması üçün etibarlı informasiya bazası olacaq

Yücel Karauz: Birliyimiz gücümüz, qardaşlığımız isə ən möhkəm körpümüzdür

Nəqliyyat və anbar təsərrüfatı sahəsində 14,2 milyard manatlıq xidmət göstərilib

Nazir müavini: Bu tədris ilində 53 təhsil müəssisəsində tikinti quraşdırma işləri aparılır

Suveren Fondların Beynəlxalq Forumunun 2028-ci il İllik İclasına Bakı ev sahibliyi edəcək

Kənd təsərrüfatı məhsulu istehsalı 1,4 faiz artıb

On ayda sənaye sektorunda 58,5 milyard manatlıq məhsul istehsal edilib

Azərbaycanlı opera müğənnisi "Carnegie Hall"da keçirilən beynəlxalq müsabiqənin qalibi olub

Azərbaycanı U-23 Avropa çempionatında 7 boksçu təmsil edəcək

BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

XİN: Azərbaycan ASB-nin əlavə öhdəliklər yaradan sənədlərinə qoşulmayıb VİDEO

XİN: Azərbaycan ASB-nin əlavə öhdəliklər yaradan sənədlərinə qoşulmayıb VİDEO

Azərbaycan Kubokunda 1/8 final mərhələsinin oyun cədvəli müəyyənləşib

On ayda ÜDM istehsalı 1,7 faiz artıb

Azərbaycanın memarlıq layihəsi beynəlxalq yaşıl bina sertifikatına layiq görülüb

Qərbi Azərbaycanda tarixi abidələrimiz- Gülvəng məbədi

Çinli professor: Rəqəmsal texnologiyalar tarixi tikililərin sənədləşdirilməsi və memarlıq irsinin mühafizəsində mühüm rol oynaya bilər

Pekin Kimya Texnologiyası Universitetində Azərbaycan mədəniyyəti təqdim olunub

Bu gün Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının bağlanış mərasimi keçiriləcək

Kənan Kərimzadə: Müəllimlərin orta aylıq əməkhaqqısı 1030 manat təşkil edir

Azərbaycan Premyer Liqasında XIII turun proqramı açıqlanıb

Ərəb dünyasına açılan təhsil qapısı: UNEC nümayəndələri Mərakeşdə

74 ölkədə “Outlook”, “Teams” və “Copilot” xidmətlərinin işində nasazlıq yaranıb

Gürcüstanda iş icazəsi olmadan işləmək deportasiya üçün əsas yaradacaq

Media və Yayım Şurası açıqlama yayıb

"Özəl kapitalın iqlim fəaliyyəti üçün səfərbər edilməsi”: COP31-in Azərbaycan pavilyonunda müzakirə

Dövlət Proqramı təqaüdçüsü Böyük Britaniyanın Esseks Universitetində müəllim kimi fəaliyyətə başlayıb

QDF-in iştirakı ilə COP31 çərçivəsində Türkiyə pavilyonunda dayanıqlı şəhərsalma təcrübələri müzakirə olunub

Nazir müavini: Son 5 ildə ümumi qəbul planında dövlət sifarişli yerlərin xüsusi çəkisi 50 faizə yaxınlaşıb

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə noyabrın pensiyaları ödənilib

Azərbaycan kikboksçusu 13-cü dəfə Avropa çempionu olub

Azərbaycanda 369 akkreditasiya olunmuş qurum fəaliyyət göstərir

Musa Qasımlı: Dövlət büdcəsindən elm sahəsinə 258 milyon manata yaxın vəsaitin ayrılması nəzərdə tutulub

Mərkəzi Bank Dünya Bankı ilə gələcək əməkdaşlıq imkanlarını müzakirə edib

“Xankəndi” Azərbaycan bayrağı ilə Avstraliya sularına daxil olan ilk tanker kimi tarixə düşüb

UEFA Millətlər Liqası: Azərbaycan yığması son oyununa çıxır

Qarabağ təbiətinin şəfa mənbəyi: 550-yə yaxın dərman bitkisi tədqiq edilib

Alimlərdən xəbərdarlıq: 2-ci tip diabet Altsheymer riskini 53 faiz artırır

Avropa Kuboku: “Kür” Şimali Makedoniya təmsilçisi ilə qarşılaşacaq

Baş prokuror Binəqədi rayonunda vətəndaşların müraciətlərini dinləyəcək

Azərbaycanın müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib

Məktəbəqədər təhsil müəssisələrinin 9 minə yaxın təhsilverəni sertifikatlaşdırılacaq

Gələn ay Bakıda sənaye sahəsi üzrə süni intellekt agentlərinin hazırlanmasına dair hakaton keçiriləcək

Qaradağ rayonunda sayca 6-cı körpünün tikintisinə başlanılıb VİDEO

Qaradağ rayonunda sayca 6-cı körpünün tikintisinə başlanılıb VİDEO

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər

COP31-də növbəti tematik gün maliyyə və ticarət məsələlərinə həsr olunub VİDEO

COP31-də növbəti tematik gün maliyyə və ticarət məsələlərinə həsr olunub VİDEO

Pambıq emalı şirkətlərinə satdıqları məhsulun dəyərini ala bilməyən fermerlərin müraciətlərinə dair açıqlama

Paytaxtda narkotik vasitənin təsiri altında avtoxuliqanlıq edən sürücü həbs edilib VİDEO

Paytaxtda narkotik vasitənin təsiri altında avtoxuliqanlıq edən sürücü həbs edilib VİDEO

Bakıda İkinci Süni İntellekt Sammiti işə başlayıb

4SİM rəsmisi: Süni intellekt agentləri gələcəkdə fərdi iştirakçıların komanda funksiyasını yerinə yetirə biləcək

Pakistanın şimal-qərbində 43 silahlı öldürülüb

İnvestorların ucuzlaşmadan istifadə edərək alışlar etməsi qızılın qiymətinin artmasına səbəb olur

® “tpe”nin rəhbəri: 2028-ci il mühəndislik, tikinti və servis xidmətlərinə tələbatın pik həddə çatacağı dövrlərdən biri ola bilər

ABŞ-İran gərginliyinin neft bazarına təsiri davam edir

Alim: İrəvandakı Göy məscid Azərbaycan xalqının dini-mədəni irsinin ayrılmaz parçasıdır

On ayda Qəbələnin mehmanxana və hotellərində 92 min nəfər qarşılanıb

Pakistanda ağır yol qəzası baş verib, 11 nəfər həlak olub

Neft ucuzlaşır VİDEO

Neft ucuzlaşır VİDEO

Nəsimi rayonunun bəzi küçələrinin qaz təchizatında fasilə olacaq

Bakıda sənayenin texnoloji və yaşıl transformasiyası müzakirə olunur

Bakıda “Eternity-2026” təliminin açılışı olub

Ali Məhkəmə özünüməşğulluq proqramı ilə verilmiş əmlakın geri qaytarılması qaydasına aydınlıq gətirib

Dakar-2026: Azərbaycan komandasının son təmsilçisi bu gün yarışacaq

Qızıl bahalaşıb, gümüş ucuzlaşıb VİDEO

Qızıl bahalaşıb, gümüş ucuzlaşıb VİDEO

Azərbaycanda göz xəstəliklərindən əziyyət çəkənlərin sayı açıqlanıb

Azərbaycan nefti 99 dollara satılır VİDEO

Azərbaycan nefti 99 dollara satılır VİDEO

Ağsuda avtomobilin vurduğu piyada ölüb

Ağstafada iki avtomobil toqquşub, xəsarət alanlar var

MİDA Hövsan, Binəqədi, Şirvan və Yevlaxda güzəştli mənzilləri satışa çıxarır

Bu gün Beynəlxalq Gözdən Əlillər Günüdür

“Google” və “Samsung” süni intellektlə işləyən “ağıllı eynəklər” təqdim edəcəklər

Hazırda Bakıda bir neçə istiqamətdə nəqliyyatın hərəkətində sıxlıq yaranıb

SEPAH Bəhreyndə ABŞ-yə məxsus radar sistemini məhv etdiyini açıqlayıb

Arktikada buz örtüyünün azalması Avropada yay quraqlıqlarından xəbər verə bilər - Tədqiqat

“Bloomberg”: “SpaceX” və “Tesla” şirkətləri dekabrda birləşə bilər

Papua-Yeni Qvineya sahillərində güclü zəlzələ baş verib

Kuşner: Avropanın iştirakı olmadan Ukrayna ilə bağlı razılığa gəlmək mümkün deyil

Böyük Britaniya miqrantların keçmiş hərbi bazada yerləşdirilməsi planını təsdiqləyib

Vitkoff: Ukrayna ilə bağlı daha bir görüş planlaşdırırıq

İtaliya UEFA Millətlər Liqasında Fransanı məğlub edib

Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib

Tramp: İrana qarşı hərbi gücdən istifadə etməkdə tərəddüd etməyəcəyəm

Afinada Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu ilə bağlı dəyirmi masa təşkil edilib

Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib  YENİLƏNİB VİDEO

İsveçrə Prezidenti: “Avropa Siyasi Birliyi”nin növbəti sammiti Sürixdə keçiriləcək VİDEO

İsveçrə Prezidenti: “Avropa Siyasi Birliyi”nin növbəti sammiti Sürixdə keçiriləcək VİDEO

Türkiyə Prezidenti: Qlobal orta temperatur artımını 1,5°C ilə məhdudlaşdırmaq hədəfinə nail olaq

Azərbaycan Prezidenti İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb VİDEO

Tramp prezidentlik müddəti başa çatana qədər Kuba məsələsini həll etmək istədiyini bildirib

Fariz Əhmədov: Ekran əsərində minatəmizləyən qadınların fəaliyyətinin görünməyən tərəflərini əks etdirmişik VİDEO

Fariz Əhmədov: Ekran əsərində minatəmizləyən qadınların fəaliyyətinin görünməyən tərəflərini əks etdirmişik VİDEO

Bakı Media Mərkəzinin “Sükut içində addımlar” filminin təqdimatı olub VİDEO

Bakı Media Mərkəzinin “Sükut içində addımlar” filminin təqdimatı olub VİDEO

Prezident İlham Əliyevin Dublində Litva Prezidenti ilə görüşü olub VİDEO

Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib

Azərbaycan Prezidenti İlham Əliyevin Dublində Avropa İttifaqı Şurasının Prezidenti ilə görüşü olub VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşüb VİDEO