Azərbaycan Dövlət İnformasiya Agentliyi

Zəfər və qətiyyət zirvəsi

Zəfər və qətiyyət zirvəsi

Bakı, 13 oktyabr, AZƏRTAC

2023-cü il ölkəmizin və xalqımızın həyatında mühüm hadisələrlə zəngindir. Prezident İlham Əliyevin Sərəncamı ilə 2023-cü il “Heydər Əliyev İli” elan edildi. “Heydər Əliyev İli” çərçivəsində Ulu Öndərin siyasi kursunun layiqli davamçısı, Özü qədər inandığı və gələcəyinə böyük inam bəslədiyi İlham Əliyevin Prezident seçilməsinin 20-ci ildönümünün qeyd edilməsi xalqımız üçün olduqca qürurvericidir. Xalqımız bu xoşbəxtliyini hər zaman fəxr hissi ilə bəyan edir ki, Heydər Əliyev kimi Ümummilli Lideri, İlham Əliyev kimi Prezidenti var.

Bu fikirlər Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadənin “Zəfər və qətiyyət zirvəsi” sərlövhəli məqaləsində yer alıb.

AZƏRTAC məqaləni təqdim edir.

1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev zəngin idarəçilik təcrübəsinə əsaslanaraq Azərbaycanın müstəqilliyini daimi etdi, bugünümüz və gələcəyimiz üçün möhkəm təməl yaratdı. Bu fakt inkaredilməzdir ki, liderlik fenomeni dövlətin formalaşmasında və inkişafında həlledici rola malikdir. Siyasi liderliyin ilkin şərti dövlətin gələcəyini öncədən görmək və bu məqsədlə işləyib hazırladığı inkişaf strategiyasını həyata keçirməkdir. Bu baxımdan milli liderin dünyagörüşü, həyat təcrübəsi və siyasi iradəsi inkişaf strategiyasının xüsusiyyətlərini şərtləndirir, ən çətin məqamlarda düzgün seçim etməyə imkan verir.

Azərbaycanın müstəqilliyini tarixi nailiyyətimiz kimi dəyərləndirən Ulu Öndər Heydər Əliyev ölkəmizə həmişə yeni-yeni zəfərlər qazandıracaq inkişafın nəzəri konsepsiyasını, mütərəqqi inkişafın Azərbaycan modelini təqdim etdi. Yaradılan möhkəm təməl növbəti mərhələdə xalqın inam ünvanının düzgün seçilməsini bir zərurətə çevirdi. Dahi şəxsiyyət Heydər Əliyev 1 oktyabr 2003-cü ildə xalqa tarixi müraciətində Azərbaycanın yaradılan təməl üzərində uğurlarının davamlılığını təmin etmək üçün həmin ünvanı belə təqdim etdi: “Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn Prezident seçkilərində Prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram”.

2003-cü il 15 oktyabr tarixli prezident seçkilərində xalqın 76,84 faiz səsini qazanaraq Prezident seçilən İlham Əliyev oktyabrın 31-də keçirilən andiçmə mərasimində Ümummilli Lider Heydər Əliyevin qarşısında bu vədi vermişdi: “Mən bu gün bu yüksək kürsüdən əziz Prezidentimiz cənab Heydər Əliyevə müraciət edərək deyirəm: Əziz Prezident, əsəriniz olan müasir Azərbaycanı gücləndirəcəyik, zənginləşdirəcəyik, hərtərəfli inkişaf etdirəcəyik, Sizin yolunuzla yeni qələbələrə doğru gedəcəyik”.

Prezident İlham Əliyev, eyni zamanda, belə bir əminliyi ifadə etmişdi ki, Azərbaycanın xoşbəxt gələcəyinə inanır.

Dövlətimizin başçısı İlham Əliyevin Prezident seçilməsindən 20 il keçir. İyirmi il zaman baxımından elə də böyük olmasa da, uğurlarımızın miqyasının genişliyi bu dövrü zənginləşdirərək sanki əsrə bərabər yol keçildiyi təəssüratını yaradır. Dövlətimizin başçısı tarixi Zəfərimizin reallıqları fonunda keçirilən Yeni Azərbaycan Partiyasının VII qurultayında həmin dövrü belə xarakterizə etmişdir ki, 2003-cü ildə xalq Heydər Əliyev siyasətinə səs verdi, mənə etimad göstərdi. Çünki demişdim ki, əgər xalq etimad göstərərsə, Ulu Öndərin siyasətinə sadiq qalacağam. O əsas amillərdən biri idi. Həyat onu göstərdi ki, ötən illər ərzində doğrudan da tarixi uğurlara imza atdıq.

Hər dövrün öz çağırışı, tələbi var. Bu çağırışlar təkmil islahatları, yeniliyə açıq olmağı bir zərurət kimi qarşıya qoyur. Məhz bu kontekstdən yanaşaraq dövlət başçısı İlham Əliyev jurnalistlərə ilk müsahibəsində “Sizcə, Sizi asan işlər gözləyir, yoxsa çətin” sualına cavabında bildirmişdi ki, həm asan, həm də çətin. Asan o mənada ki, artıq Azərbaycanda ölkəmizi hərtərəfli inkişaf etdirmək üçün gözəl zəmin yaranıb. On il ərzində Heydər Əliyevin siyasəti Azərbaycanda çox güclü bir təməl formalaşdırıb. Bu təməlin üzərində gözəl binanın inşa edilməsi asan görünə bilər. Amma, eyni zamanda, həyat yerində durmur. Yeni tələblər, vəzifələr qarşımızda dayanır. Azərbaycan xalqının dəstəyi ilə qarşıda duran bütün vəzifələri ləyaqətlə yerinə yetirəcəyəm. Azərbaycan xalqı görəcək ki, mən Azərbaycan üçün, xalqımız üçün yaxşı Prezident olacağam.

Dayanıqlı inkişafın təmin olunması dövlət siyasətinin əsas prioritetidir

Prezident kimi fəaliyyətə başladığı ilk gündən iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasını qarşıya əsas hədəf kimi qoyan İlham Əliyevin sərəncamları əsasında Regional İnkişaf proqramları təsdiqləndi. Üç Dövlət Proqramı uğurla icra edilib, dördüncü sənədin icrası bu il sona çatır. Beynəlxalq maliyyə qurumlarının hesabatlarında da Azərbaycanın həyata keçirdiyi iqtisadiyyatın şaxələndirilməsi siyasəti təqdir edilir, respublikamız ən islahatçı ölkə kimi nüfuz qazanır. Qeyri-neft sektorunun inkişafına geniş imkanlar açan təbii ki, enerji diplomatiyamızın uğurlarıdır.

Siyasi sistemin təkmilləşdirilməsi bütün sahələrdə uğurlarımızın açarıdır

Dövlətin siyasətində insan amilinə verilən yüksək dəyər Konstitusiyamıza əlavə və dəyişikliklərin edilməsi məqsədilə son 20 ildə iki dəfə ümumxalq səsverməsinin keçirilməsində özünün aydın ifadəsini tapır. Bundan əlavə, ölkənin hərtərəfli inkişafında əhəmiyyətli rol oynayan qanunlara əlavə və dəyişikliklərin edilməsi, yaxud yeni qanunlarla əvəzlənməsi və digər addımlar da Azərbaycanda demokratikləşmə prosesinin sadəcə bir şüar, niyyət olmadığını, ölkəmizin hərtərəfli inkişafına xidmət etdiyini təsdiqləyir. “Media haqqında”, “Siyasi partiyalar haqqında” yeni qanunların qəbulu da bunun təsdiqidir.

Ölkəmizdə sağlam siyasi dialoq mühitinin formalaşdırılması, partiyalar arasında sıx əməkdaşlıq əlaqələrinin qurulması da demokratik inkişafın əyani təzahürlərindəndir. “Siyasi partiyalar haqqında” yeni Qanunun qəbulu siyasi partiyaların fəaliyyətində yeni uğurlu mərhələnin başlanğıcıdır.

Müstəqillik tariximizin ən parlaq səhifəsi

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycana ən yüksək zirvələri fəth etdirərək tariximizin Zəfər səhifəsini yazdı. İmzaların arasında imzasını görməkdən qürur duyduğumuz Azərbaycanın bu gün üçrəngli Bayrağının işğaldan azad olunmuş torpaqlarımızda dalğalanması ərazi bütövlüyümüzün bərpa olunmasının, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasının təqdimatıdır.

Azərbaycan yeni reallıqlar yaratdı. Bu reallıqlar erməni yalanlarını, mifini dağıtdı. Dünyaya göstərildi ki, yenilməz ordu Azərbaycan Ordusu, məğlubedilməz xalq Azərbaycan xalqıdır. Azərbaycan ədaləti bərpa edərək dünyaya, sözün əsl mənasında, tarix, hüquq dərsi keçdi. Azərbaycan öz ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi. 2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli Bəyanatla Azərbaycan torpaqlarının uzun müddət davam edən işğalına son qoyuldu.

Əgər üç il bundan əvvəl İkinci Qarabağ müharibəsi nəticəsində işğala son qoymuşduqsa, bu il aprelin 23-də Laçın istiqamətində Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsini qurmaqla ərazi bütövlüyümüzü, sentyabrın 19-da isə birgünlük lokal antiterror tədbirləri nəticəsində bütün ərazilərimizdə suverenliyimizi tam bərpa etdik. Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələrinin, qeyri-qanuni erməni silahlı dəstələrinin silahı yerə qoyması, döyüş mövqelərindən və hərbi postlardan çıxması və tam şəkildə tərk-silah olunması Azərbaycanın növbəti qələbəsinin təntənəsidir.

Azərbaycan dünya hərb tarixində ilkə imza atdı. Tarixi Zəfərindən dərhal sonra işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işlərinə başladı.

Təbii ki, 20 ilin uğurlarını bir yazıda əhatə etmək qeyri-mümkündür. Qısa təhlil əsasında təqdim etdiyimiz uğurların xronologiyası gələcəyə daha böyük inamla addımlamağa əsas verir. Prezident İlham Əliyevin və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın birgə səyləri nəticəsində əldə olunan uğurların fonunda müəyyənləşdirilən hədəflərin qısa zamanda reallığa çevriləcəyi şübhəsizdir. Əsas hədəf tarixi sahibinə qayıdan torpaqlarımızda bərpa-quruculuq işlərinin sona çatdırılmasıdır. İndi xalqımız Müzəffər Ali Baş Komandan İlham Əliyevdən bu müjdəni gözləyir- Biz Qərbi Azərbaycana da qayıtdıq!

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

SEPAH Bəhreyndə ABŞ-yə məxsus radar sistemini məhv etdiyini açıqlayıb

Arktikada buz örtüyünün azalması Avropada yay quraqlıqlarından xəbər verə bilər - Tədqiqat

“Bloomberg”: “SpaceX” və “Tesla” şirkətləri dekabrda birləşə bilər

Papua-Yeni Qvineya sahillərində güclü zəlzələ baş verib

Kuşner: Avropanın iştirakı olmadan Ukrayna ilə bağlı razılığa gəlmək mümkün deyil

Böyük Britaniya miqrantların keçmiş hərbi bazada yerləşdirilməsi planını təsdiqləyib

Vitkoff: Ukrayna ilə bağlı daha bir görüş planlaşdırırıq

İtaliya UEFA Millətlər Liqasında Fransanı məğlub edib

Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib

Tramp: İrana qarşı hərbi gücdən istifadə etməkdə tərəddüd etməyəcəyəm

Afinada Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu ilə bağlı dəyirmi masa təşkil edilib

Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib  YENİLƏNİB VİDEO

İsveçrə Prezidenti: “Avropa Siyasi Birliyi”nin növbəti sammiti Sürixdə keçiriləcək

Türkiyə Prezidenti: Qlobal orta temperatur artımını 1,5°C ilə məhdudlaşdırmaq hədəfinə nail olaq

Azərbaycan Prezidenti İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb VİDEO

Tramp prezidentlik müddəti başa çatana qədər Kuba məsələsini həll etmək istədiyini bildirib

Fariz Əhmədov: “Sükut içində addımlar” filmi Qarabağın minalardan təmizlənməsində iştirak edən qadınların gündəlik həyatını əks etdirir

Bakı Media Mərkəzinin “Sükut içində addımlar” filminin təqdimatı olub

Prezident İlham Əliyevin Dublində Litva Prezidenti ilə görüşü olub VİDEO

Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib

Azərbaycan Prezidenti İlham Əliyevin Dublində Avropa İttifaqı Şurasının Prezidenti ilə görüşü olub VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşüb VİDEO

Dakar-2026: Azərbaycan komandası medal sıralamasında bir pillə irəliləyib

Nyu-Yorkda binanın uçması nəticəsində ölənlərin sayı 8 nəfərə çatıb

Azərbaycan şahmatçıları Avropa çempionatında daha iki medal qazanıblar

CECECO COP31 çərçivəsində təmiz enerji və dayanıqlı inkişaf üzrə müzakirə aparıb

Maltanın Baş naziri: Süni intellekt, enerji əlçatanlığı və bağlantı əsas müzakirə mövzularımız olub

Türkiyə millisi Belçikaya məğlub olub

İrlandiyalı nazir: Ukrayna müharibəsi Aİ-nin iqtisadiyyatına mənfi təsir göstərir

Şimali Makedoniya Prezidenti: “Avropa Siyasi Birliyi”nin sammitinin 2028-ci ildə Azərbaycanda keçirilməsi etimad göstəricisidir

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

Azərbaycan nümayəndə heyəti Həştərxanda Heydər Əliyev adına 11 nömrəli məktəbi ziyarət edib

Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Toral Bayramov: Sabah qələbə qazanaraq xalqımızı sevindirmək istəyirik

Ukrayna mediası Azərbaycan və Ukrayna prezidentlərinin görüşünə geniş yer ayırıb

Azərbaycan Prezidenti İlham Əliyevin Dublində Çexiyanın Baş naziri ilə görüşü olub VİDEO

Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub VİDEO

Mateuş Çuxnovski: “Sükut içində addımlar” filmi uzun zaman və böyük zəhmət tələb edən layihədir

İsmayıl İman: "Sükut içində addımlar" filminin çox vacib mövzusu və qeyri-adi hekayələri var

Qaradağ rayonunda Konstitusiya Günü ilə bağlı dəyirmi masa keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Dublində Ermənistanın Baş naziri ilə görüşü olub YENİLƏNİB VİDEO

Türkiyədə helikopter qəzaya uğrayıb, 4 hərbçi şəhid olub

COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışı olub

Azərbaycanın gənc gimnastı dünya çempionatında gümüş medal qazanıb

ABŞ Prezidentinin nümayəndələri Moskvadan Dublinə uçublar

Vüqar Süleymanov: Mina hadisələrinin təxminən 60 faizi keçmiş təmas xəttindən içəridə baş verib

"Azərbaycançılıq ideyası: media fəaliyyəti və yeni dövrün çağırışları” mövzusunda Dəyirmi masa

Dövlət idarəçiliyində süni intellektin tətbiqi imkanlarına dair təlim keçirilib

Yaradıcılıq gecəsi: “Laçından keçən ulduzlar”

Azərbaycan və Tacikistan ətraf mühitin mühafizəsi sahəsində fikir mübadiləsi aparıb

Süni intellekt yazıçını əvəz edə bilərmi? VİDEO

Bu saata olan əsas xəbərlər

Azərbaycan və Dünya Bankı əməkdaşlığın prioritet istiqamətlərini müzakirə edib

Tramp Meksikanı gömrük rüsumlarını ikiqat artırmaqla hədələyib

Göyçay narı niyə bahadır? Fermerdən bazara qədər qiymət fərqi - REPORTAJ

Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb VİDEO

Bünövrə rolunu oynayan Konstitusiyamız hüquqi dövlətin Azərbaycan modelini formalaşdırdı - ŞƏRH

Qazaxıstanda xərçəngə qarşı ilk yerli dərman preparatı gələn il bazara çıxarıla bilər

Böyük Britaniyada jurnalistlərə qarşı hücum planlaşdıran iki İran vətəndaşı təqsirli bilinib

COP31 çərçivəsində Azərbaycan ilə Qırğızıstan arasında ətraf mühit məsələləri barədə müzakirələr aparılıb

Xocavənd sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib

Deflimpiya Komitəsinin nümayəndəsi: Qarşıdakı yarışlarda idmançıların və medalların sayını artırmaq istəyirik VİDEO

Deflimpiya Komitəsinin nümayəndəsi: Qarşıdakı yarışlarda idmançıların və medalların sayını artırmaq istəyirik VİDEO

Nazirlik rəsmisi: Yeni subsidiya mexanizmi atçılığın inkişafına dövlət dəstəyinin gücləndirilməsinə xidmət edir

12 Noyabr - Konstitusiya Günü bölgələrdə müxtəlif tədbirlərlə qeyd olunub

“Bir əsrin işığında türkologiya: irs və perspektivlər” - SDU-da beynəlxalq forum

Azərbaycan-Aİ iqtisadi əməkdaşlığında prioritet enerji ixracından geniş iqtisadi tərəfdaşlığa keçid olmalıdır – ŞƏRH

London Brüssellə yeni razılaşmalar əldə etməyə çalışır

Azərbaycan boksçusu Avropa yığmasının heyətində döyüşəcək

Polyaklar Britaniyanı tərk edərək vətənlərinə qayıdırlar

Ədəbiyyat Muzeyində tanınmış şair Sərdar Əsəd yaradıcılığına həsr edilmiş ekspozisiyanın açılışı olub

Vaşinqtonda silahlı insident baş verib

TÜRKPA-nın gənc parlamentariləri Ankarada toplaşıblar

Kəlbəcərdə iməcilik aksiyası təşkil olunub VİDEO

Kəlbəcərdə iməcilik aksiyası təşkil olunub VİDEO

NVIDIA-nın baş direktoru Censen Huan istefa verib

Britaniya Çaqos adalarının Mavrikiyə verilməsi istiqamətində növbəti hüquqi maneəni aradan qaldırıb

Toxunaraq oxunan dünyalar: Brayl Nəşrləri İnformasiya Resurs Mərkəzindən REPORTAJ

67 ölkənin nümayəndəsi Antalyada dayanıqlı şəhərlər mövzusunu müzakirə edib VİDEO

67 ölkənin nümayəndəsi Antalyada dayanıqlı şəhərlər mövzusunu müzakirə edib VİDEO

Günay Əfəndiyeva: Mədəniyyətə ayrılan vəsait gələcək nəsillərin mədəni-intellektual inkişafına qoyulan sərmayədir

Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib YENİLƏNİB VİDEO

® “Azərikard” süni intellekt və davranışəsaslı yeni həllini təqdim edib

Bu ilin 9 ayında Azərbaycana ən çox Rusiya və Türkiyədən turist gəlib

NATO-nun Baş katibi: “PURL” proqramı çərçivəsində Amerika texnikasının Ukraynaya çatdırılması davam edir VİDEO

NATO-nun Baş katibi: “PURL” proqramı çərçivəsində Amerika texnikasının Ukraynaya çatdırılması davam edir VİDEO

Qırğızıstan-Türkiyə Manas Universitetində Zəfər Gününə həsr olunan tədbir keçirilib

Bakıda "17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası" keçirilib

Azərbaycan MDB-də münaqişələrə məruz qalan ölkələr arasında suverenliyini ilk bərpa edən dövlətdir

Məktəbəqədər təhsil müəssisələrində valideynlərlə əməkdaşlıq gücləndirilir

Ağsuda fermerlər dövlət dəstəyi imkanları barədə məlumatlandırılıblar

Kreml Əbu-Dabidə Ukrayna ilə bağlı danışıqların nəticələrini açıqlayıb

Milli Məclisin daha üç komitəsinin birgə iclasında gələn ilin dövlət büdcəsi müzakirə olunub VİDEO

Milli Məclisin daha üç komitəsinin birgə iclasında gələn ilin dövlət büdcəsi müzakirə olunub VİDEO

Moskvada Rusiya Prezidenti ilə ABŞ nümayəndələri arasında danışıqlar keçirilir

Astana və Bakı Xəzərin qorunması üzrə əməkdaşlığın gücləndirilməsi məsələlərini müzakirə ediblər

Nigar Arpadarai: Azərbaycan nümayəndə heyəti COP31-ə töhfə verməyə çalışır

Yanvar-oktyabr aylarında pensiyalara 6 milyard 527 milyon manat vəsait yönəldilib

Bəhram Osmanov: “İki aktrisa üçün baş rol” gərgin dramatizmi ilə seçilir

Azərbaycan və Cənubi Koreya arasında turizm əlaqələri genişləndirilir

Bakının ev sahibliyi edəcəyi "SportAccord Convention 2027" sammitinə qeydiyyat başlayıb

Azərbaycanın tarixi Zəfəri milli həmrəyliyin və qətiyyətli siyasi iradənin nəticəsidir - ŞƏRH

Özünüməşğulluq proqramı üzrə 200-dən çox şəxs üçün kiçik təsərrüfatlar yaradılıb

Ərdoğan: Pakistanın üzləşdiyi problemlərin sülh yolu ilə həllinə dəstək verməyə hazırıq

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun korpuslarından birinin fəaliyyəti dayandırılıb