Azərbaycan Dövlət İnformasiya Agentliyi

Zəfər qatarı Zəngəzura yaxınlaşır

Bakı, 30 iyun, Süleyman Qaradağlı, AZƏRTAC

“Mənim atam da dəmiryolçu olubdur. Mən dəmiryolçu ailəsində böyümüşəm. Hələ uşaq ikən dəmir yollarının üzərində, nə qədər atamın yanında olmuşam. Hesab edirəm ki, dəmir yolunu həm bilirəm, həm də sevirəm. Dəmir yolu sahəsinin Azərbaycanda dərin kökləri və böyük ənənələri var”.

Ulu Öndər Heydər Əliyev

Azərbaycanın dəmir yolunun çox zəngin tarixi və ənənələri mövcuddur. Polad magistral ötən iki əsrdə Azərbaycana misilsiz uğurların qazanılması, dünya məkanına çıxışı və nəhəng nəqliyyat coğrafiyalarında öz layiqli yerini tutması və inkişafında bir növ açar rolunu oynayıb.

145 il əvvəl dəmir relslər üzərində ilk addımlarını atan Azərbaycan qatarları neft missiyasını ödəmək üçün yola çıxmışdı. Həmin dövrdə Sabunçu, Suraxanı və Balaxanıdan çıxarılan neftin Bakıdakı neftayırma zavodlarına, oradan isə Xəzər dənizi vasitəsilə Rusiyaya çatdırılması çox mürəkkəb bir logistika düyünü idi, ağac çənlər və tuluqlara daşınma həm uzun vaxt aparır, həm də əziyyət, böyük xərc tələb edirdi.

Azərbaycanlı neft milyonçusu, Bakı Şəhər Dumasının üzvü Hacı Zeynalabdin Tağıyev başda olmaqla neft sənayeçiləri Rusiya çarı II Aleksandra müraciət edərək neftin daşınmasını asanlaşdırmaq üçün dəmir yolu xətti çəkilməsini xahiş edirlər. Çar uzun təkid-xahişlərdən sonra müsbət qərar verir. Tağıyev Şəhər Dumasının tapşırığı ilə yaradılan komissiyanın rəhbəri kimi dəmir yolu xətti keçəcək ərazidəki mülk və torpaqların sahiblərinə kompensasiyanın ödənilməsini də üzərinə götürür, bu işə 35 min rubla yaxın vəsait xərcləyir. Rusiyalı mühəndis Krubetsin rəhbərliyi ilə tikinti işlərini aparan “Poti-Tiflis” dəmir yolu cəmiyyətinin inşa etdiyi dəmir yolu 785 min rubla başa gəlsə də, Tağıyevin şəxsi dəstəyi də az olmayıb. Beləliklə, 1878-ci ildə salınan 20 kilometr uzunluğunda ilk dəmir yolu cəmi 2 ilə başa gəlir və bununla da dünyada ilk dəfə neftin sisternlərlə daşınmasına başlanılır. Bu, tarixi hadisə Azərbaycanda dəmir yolunun əsasını qoymaqla, qlobal iqtisadiyyata çıxışın da təməli idi.

H.Z.Tağıyev dəmir yolunun ilk flaqmanlarından biri idi, vaqon-sisternlərinə sahib olmaqla Azərbaycan neftinin daşınmasında sanki lokomotiv rolunu oynayırdı. 1887-ci ildə “Atlı dəmir yolu” Səhmdar Cəmiyyətini də məhz o təşkil edir, onun sahibi olduğu konka dəmir yolu vaqonlarını vahid nəqliyyat sxemində birləşdirir, eyni zamanda, şəhər nəqliyyatının əsas vasitəsinə çevrilir.

Tarixi Vətənə uzanan dəmir relslər

Bakı-Sabunçu-Suraxanı dəmir yolu neftin daşınması üçün ilk bünövrə olsa da, yanacağın Qara dəniz limanına daşınması üçün daha böyük relslərə ehtiyac yaranır, 1883-cü ildə 895 kilometrlik Bakı-Tiflis-Batumi qatarının işə düşməsi və ardınca 1890-cı ildə 231 kilometrlik Biləcəri–Dərbənd magistral xəttinin çəkilişi Azərbaycan qatarının çıxdığı yolun coğrafiyasını böyüdür, gələcək inkişafa qapılar açır. Həmin dövrdə Həsən bəy Zərdabi yazırdı: “Bakı–Tiflis dəmir yolunun çəkilməsi Azərbaycanın iqtisadi həyatının yüksəlişinə açılan yoldur, bu yol Bakı neftindən sonra ikinci böyük amildir”.

Azərbaycan neftlə yanaşı, həm də filizçıxarma üçün əsas logistika ünvanlarından biri idi və amil dəmir yolunun əhəmiyyətini daha da artırırdı. 1879-cu ildə “Simens qardaşları” tərəfindən Gədəbəy mis-filiz mədəni və Qalakənd misəritmə zavodu arasında ensiz xətli dəmir yolunun inşası və 1884-cu ilin yanvarında başa çatdırılması tarixi hadisə kimi həmin konseptual nəqliyyat baxışının nümunəsi idi.

Dəmir yolu neft məhsullarının çatdırılması üçün nəqliyyat ötürücüsü olsa da, əslində tərəqqi və sivilizasiyanın atributlarından biridir, Azərbaycanın inkişaf xəritəsinin zənginləşdirən həyati vacib sahədir, regionlar və dövlətlər arasında həmrəylik, əməkdaşlıq körpüsüdür, insanları doğma ocaqlarına qovuşduran kommunikasiyadır. Azərbaycanın tarixi torpaqları olan Zəngəzura, İrəvana çəkilən dəmiryol xətləri Vətənə gedən yolun ayrılmaz damarlarıdır. Vaxtilə tarixi Vətənin bir parçası olan Dərbənd–Tixoretskaya, Tiflis-Yerevan-Uluxanlı-Noraşen-Culfa, Ələt-Culfa xətlərinin tikintisi də kommunikasiya zəncirinin halqası sayıla bilər.

Beləliklə, Azərbaycanın XIX-XX əsrdə yaratdığı dəmir yolu xətləri sonrakı illərdə inkişaf edərək Ümumrusiya dəmir yolları, Gürcüstan, Ermənistan və İranın nəqliyyat şəbəkələri ilə əlaqələnməklə müasir nəqliyyat dəhlizlərinə çıxışı təmin edib.

Qarabağın nicat qapısı

Dəmir yolları hər zaman iqtisadi rifaha, regional əməkdaşlığa, Zəfərə yol açan çığır olub. İkinci Dünya müharibəsində SSRİ-nin qələbəsində dəmir yolu ilə daşınan neftin müstəsna rolu unudula bilməz. Həmin kritik illərdə respublikamızın dəmiryolçuları Bakıdan cəbhəyə 75 milyon ton (1,3 milyon vaqon) yanacaq göndərmişdilər. Azərbaycanın dəmir yolu həm də Qarabağın nicat qapılarından biri olub.

1979-cu ildə Ümummilli Lider Heydər Əliyevin göstərişi ilə Bakı-Yevlax-Xankəndi dəmiryol xətti çəkilib istifadəyə verilməklə Qarabağı paytaxt və ətraf bölgələrlə daha sıx bağladı. Bu, Qarabağın sosial-iqtisadi inkişafına açılan yol idi. Yük daşınmaları üzrə illik dövriyyəsi 1,5 milyon ton olan dəmir yolu xətti Qarabağla paytaxt Bakı arasında birbaşa nəqliyyat əlaqəsini möhkəmləndirməklə, Xankəndini Bakıya daha sıx bağladı, İrəvandan isə uzaqlaşdırdı. Lakin erməni təcavüzü Ağdam-Xankəndi, Bərdə-Yevlax-Xankəndi dəmir yolunu sıradan çıxardı. Təəssüf ki, Qarabağın polad magistralı on il sonra hərəkətini dayandırdı.

Şərq-Qərb, Şimal-Cənub arasında
etibarlı körpü

Müstəqil Azərbaycan dövləti son 30 ildə öz dəmir iradəsi ilə həm də polad konsepsiyasını gerçəkləşdirdi. Qədim İpək Yolu marşrutu ilə keçən Şərq-Qərb, eləcə də Şimal ölkələri ilə Yaxın Şərqi birləşdirən Şimal-Cənub nəqliyyat dəhlizlərində öz əzmkar mövqeyini müəyyənləşdirdi. Şimal-Cənub dəhlizi son illərdə region ölkələri üçün strateji əhəmiyyətini artırmaqdadır. Daşımaların Hindistandan və İran körfəzi regionundan Rusiya, Qərbi Avropa, Baltikyanı və Skandinaviya ölkələrinə yük və daşımaların fasiləsiz hərəkətini təmin edən həmin dəhlizin rentabelliliyi ildən-ilə yüksəlir. 13 ölkənin təmsil olunduğu nəqliyyat xəttində hazırda aparılan infrastruktur yeniləmələri “Şimal-Cənub” arteriyasının hərəkətliliyinin güclənməsinə hesablanıb. “Ulyanovsk-Bakı-Astara (İran)” birbaşa yük blok marşrutunun istifadəyə hazır vəziyyətə gətirilməsi “Şimal-Cənub” dəhlizinin hüdudlarını daha da genişləndirəcək. Həmin marşrut “Orta Volqa-Xəzər dənizi-Körfəz” logistika layihəsinin Qərb dəmir yolu dəhlizi hesab edilməklə, sənaye malları daşınmasında əsas körpülərdən biri olacaq.

Orta Dəhliz Azərbaycan və Avropanı daha sıx birləşdirir

Prezident İlham Əliyevin 2015-ci ildə Çinə səfəri zamanı “Azərbaycan Respublikası Hökuməti və Çin Xalq Respublikası Hökuməti arasında “İpək Yolu İqtisadi Kəməri”nin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu”nun imzalanmasından sonra ölkəmiz bu marşrutda öz yerini müəyyənləşdirib. 2019-cu ilin aprelində Pekində keçirilən 2-ci “Bir kəmər, bir yol” Beynəlxalq Əməkdaşlıq Forumunda iştirak edən dövlət başçısı İlham Əliyev Asiya ilə Avropa arasında körpülərin qurulmasına, gələcək rifaha xidmət edən nəqliyyat-logistika qovşaqlarına Azərbaycanın qoşulduğunu bəyan etdi. Şərq-Qərb dəhlizi olan “Bir kəmər, bir yol” layihəsinin ən strateji halqası olan Trans-Xəzər (Orta Dəhliz) nəqliyyat dəhlizi ailəsinin fəal üzvü kimi öz layiqli yerini aldı.

Aİ ölkələri öz nəqliyyat xətlərini həmin dəhlizə inteqrasiya etmək istiqamətində addımlar atırlar. Bolqarıstanın Qara dənizdəki Varna və Burqas limanlarının Orta Dəhlizə birləşdirilməsi nəzərdə tutulur. Bununla bağlı Astanada keçirilən Qazaxıstan-Bolqarıstan Hökumətlərarası Komissiyasının iclası çərçivəsində razılaşma əldə edilib. Sloveniya da nəqliyyat şəbəkəsini Orta Dəhlizə birləşdirmək sahəsində praktiki addımlar atır.

Qarabağ Bəyannaməsinin “dəmir bəndi”

Orta Dəhliz həm də türk dövlətlərinin ortaq maraqlarına xidmət edir. 2024-cü ilin iyul ayında Şuşada keçirilən Türk Dövlətləri Təşkilatı (TDT) dövlət başçılarının birinci qeyri-rəsmi Zirvə görüşündə də Şərq-Qərb nəqliyyat dəhlizinin ən axıcı qolu kimi Orta Dəhlizin əhəmiyyətinə toxunulub və TDT ölkələri tərəfindən imzalanan Qarabağ Bəyannaməsində Orta Dəhlizə inteqrasiyanın gücləndirilməsinə dair niyyətlər ifadə olunub. Bəyannamədə Orta Dəhlizin daha rentabelli və dayanıqlı işləməsi üçün TDT ölkələri tərəfindən nəqliyyat və tranzit prosedurlarının optimallaşdırılması və rəqəmsallaşdırılması, daha çox yükdaşıma həcminin artırılması məqsədilə özəl sektor üçün stimullaşdırıcı mexanizmlərin tətbiqi nəzərdə tutulur. Bu məqsədlə tərəflər dəniz limanları, dəmir və avtomobil yolları, logistika qovşaqlarının əsaslı şəkildə yenidən qurulması və infrastrukturların təmirinə investisiyaların cəlb edilməsi, nəqliyyat əməliyyatları və gömrük prosedurlarının optimallaşdırılması üçün üzərinə öhdəliklər götürüb.

“Yaşıl dəmir yolu”

Azərbaycan qlobal həmrəylik dalğasında məsuliyyətli və təşəbbüskar ölkə kimi müasir nəqliyyat proqramlarında, o cümlədən dəmir yollarının iqlim öhdəliyində də fəal iştirak edir. COP29 ilində tərəfdaş dövlətlərlə bir sıra uğurlara imza atan respublikamız dəmir yolunda karbon emissiyalarının azaldılması və təmiz enerjiyə keçiddə də yenilikçi platforma yaradıb. Yaşıl ekosistem hədəfinə uyğun olaraq dəmir yolunda bərpaolunan enerjinin potensialını artırmaq sahəsində cəsarətli addımlar atılır. 2023-cü ildən etibarən Azərbaycan Dəmir Yolu enerji istehlakını 5 faiz, təbii qaz istehlakını 16 faiz, su sərfiyyatını 23 faiz, karbon emissiyasını isə 9 faiz azaltmağa nail olub ki, bu da Azərbaycanın dəmir yolu nəqliyyatının qlobal emissiyadakı payının 0,1 faizə düşməsinə gətirib çıxarıb. Həmin unikal strategiyaya əsasən, aşağıkarbonlu neytral dəmir yolu nəqliyyat sistemi qurulması, 2030-cu ilə qədər yaşıl maliyyələşmə imkanlarından istifadə etməklə karbon emissiyasının tam minimallaşdırılması nəzərdə tutulur. Bu prosesdə xarici maliyyə institutları, ələlxüsus da Asiya İnkişaf Bankı (AİB) dəmir yolu infrastrukturunun “yaşıllaşdırılmasında” yaxın tərəfdaşlıq edir. AİB “Şimal-Cənub” və Orta Dəhliz çərçivəsində dəmir yolu sektorunda infrastrukturların rəqəmsallaşdırılması və yaşıl tranzit prinsiplərinin tətbiqində ölkəmizə zəruri maliyyə dəstəyini göstərəcək.

Dəmir konteynerlər - Azərbaycan tarixinin unudulmaz səhifəsi

Dəmir yolu minlərlə insanın xatirəsində nicat və pənah gətirdiyi isti ocaq kimi də simvollaşıb. Erməni işğalı zamanı qaçqınların sığınacağına çevrilən dəmir vaqonlar neçə illər onları qışda soyuqdan, yayda qızmar istilərdən qorudu, onların ən müqəddəs arzusu olan doğma yurda qayıtmaq arzularının şirin xatirəsinə çevrildi, Vətən ümidlərinin sönməz işığı oldu. 1998-ci il dekabrın 6-da Keşlə stansiyasında dəmiryolçular tərəfindən hazırlanmış çadır şəhərciyində olan Heydər Əliyev haqlı olaraq deyirdi ki, “bu evlərin” heç birisi insanın adi evini, mənzilini əvəz edə bilməz. Qaçqınlar və köçkünlər öz evlərinə mütləq qayıdacaqlar. “Onlar öz yerlərinə qayıdandan sonra, bu ailələrin hər biri üçün şübhəsiz, biz yeni-yeni binalar, evlər tikəcəyik. Buna şübhə yoxdur”.

Həmin vaqonlar keçmiş qaçqın və köçkünlərin köhnə mirası, Azərbaycanın 30 illik tarixidir, ev muzeyidir. Bu, dəmir konteynerlər Azərbaycan tarixinin unudulmaz səhifələri kimi hər zaman qalacaq.

Ulu Öndərin rəhbərliyi ilə Azərbaycan Ordusunun keçirdiyi uğurlu əməliyyatla Horadiz şəhəri erməni qəsbkarlarından azad edilərək Horadiz dəmir yolu stansiyası bərpa edildi. 32 il sonra Ulu Öndərin siyasi kursunun varisi İlham Əliyev Qarabağ torpaqlarının azad edilməsi ilə nəticələnən möhtəşəm Zəfərdən sonra Bakı-Ağdam qatarını yola saldı, Ağdam stansiyasına çatan qatarın Xankəndinə qovuşmasına bir neçə addım məsafə qaldı.

145 il əvvəl yola çıxan ilk qatar sonuncu stansiyasına – Zəngəzur mənzilinə doğru yaxınlaşır. Polad təkərlərin Zəngəzura və Naxçıvana qovuşmasına az qalıb…

Məqalə “Azərbaycan Dəmir Yolları” QSC və Mətbuat Şurasının “Azərbaycan Dəmir Yolları – 145 illik inkişaf yolu” mövzusundakı birgə müsabiqəsinə təqdim olunur.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanla ABŞ arasında aqrar sahədə əməkdaşlıq genişləndirilir

Putin, Si Cinpin və Tramp Çində görüşəcəklər

Bu saata olan əsas xəbərlər

“Milli Məfkurə, Mənəvi İrs və İdeoloji Təhlükəsizlik” mövzusunda Beynəlxalq Elmi-Praktiki Konfrans

Dünya çempionu Almaniya prezidentliyinə namizəddir

"Meta" 805 milyon avro məbləğində cərimələnib

Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Qazax politoloq: Prezident İlham Əliyevin Dublin Sammitində iştirakı Avropa ilə əməkdaşlıq üçün yeni imkanlar açır

Makron Malayziyada nadir torpaq metallarının tədarükü ilə bağlı danışıqlar aparacaq

Dublin Sammitində keçirilən görüşlər Azərbaycanla dialoqa olan marağın ifadəsidir - ŞƏRH

Elnur Rüstəmzadə: “Sea Breeze” ərazisində nar bulvarı salınıb

Təranə Muradova: Nar ölkəmizin milli mədəniyyətinin zənginliyini simvolizə edir

Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xatirəsi anılıb

Avropanın siyasi xəritəsində Azərbaycanın artan rolu və strateji tərəfdaşlığın perspektivləri ŞƏRH

Naxçıvanda müasir suvarma infrastrukturu qurulur

Azərbaycan Avropanın enerji təhlükəsizliyinə və inkişaf gündəliyinə töhfə verən mühüm tərəfdaşdır - ŞƏRH

Monakoda Azərbaycanın üzümçülük və şərabçılıq ənənələri, investisiya imkanları təqdim olunub

Uşaq hüquqlarını qoruyaq: Tovuzda maarifləndirici tədbir

Bakıda Argentina Mədəniyyəti Günü qeyd olunub

Sabunçuda avtomobildən 6000 manat oğurlayan şəxs saxlanılıb

COP31-in iştirakçıları Azərbaycanın uşaqlarla bağlı dövlət siyasəti haqqında məlumatlandırılıb

Vətən Müharibəsi Qəhrəmanı Nail İbrahimlinin xatirəsi yad edilib

ABŞ-dən Zelenskiyə sual: Ukrayna NATO-ya üzv olarsa, Donbasdan çıxmağa razılaşacaqsınızmı?

AKTA-nın təhsil istiqamətində fəaliyyətinə dair tədbir baş tutub

Baş prokuror Kamran Əliyev Argentinadan olan həmkarları ilə görüşlər keçirib

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

İB sədri: Milli dəyərlərin və tarixi kimliyin gələcək nəsillərə sağlam şəkildə ötürülməsi xüsusi əhəmiyyət kəsb edir

COP31-dəki Azərbaycan pavilyonunda universitetlərin davamlı inkişafda rolu müzakirə edilib

Vətən müharibəsi şəhidi Nurəddin Məstəliyevin xatirəsi anılıb

QMİ sədri Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək

Ordubadda qəzaya düşən şəxslərin vəziyyəti məlum olub - YENİLƏNİB

Qaradağda evdən qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb

COP31-dəki Azərbaycan pavilyonunda gənclərin təmiz enerji keçidindəki rolu müzakirə olunub

“Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı reallaşıb

Cavid Vəliyev: İdeoloji təhlükəsizlik milli suverenliyin və dövlətçilik dəyərlərinin qorunmasının mühüm tərkib hissəsidir

Sabah Bakıda və rayonlarda yağış, dağlıq ərazilərdə qar yağacaq

Ekspert: Azərbaycan və Ukrayna prezidentlərinin görüşləri əməkdaşlığın yüksək səviyyədə olmasının göstəricisidir

Deputat: Geosiyasi təxribatlar çox vaxt xalqların psixologiyasını, mentalitetini və xarakterini dərindən öyrənməklə başlayır

Gülçin Zeynallı: Milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində mühüm işlər həyata keçirilir

Yaponiyalı tələbələrə Azərbaycanın xarici siyasəti haqqında mühazirə oxunub

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir VİDEO

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir VİDEO

Bu saata olan əsas xəbərlər

COP31-də altıncı günün əsas mövzusu uşaqlar və gənclərdir VİDEO

COP31-də altıncı günün əsas mövzusu uşaqlar və gənclərdir VİDEO

Hulusi Kılıç: Gənc nəsilləri milli dəyərlərimizə sadiq ruhda yetişdirməliyik

Bahar Muradova: Azərbaycanda qlobal iqlim gündəliyinə verilən təkan Türkiyədə yeni qərarların alınmasına gətirib çıxarmalıdır

İqlim dəyişikliyi İndoneziyadakı meşə yanğınlarını daha da pisləşdirib

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Müdafiə Nazirliyi: Hərbi hissələrdə əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub

İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

DİN: Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb

Britaniyalı ekspert: Azərbaycan və Böyük Britaniya arasında strateji tərəfdaşlıq münasibətlərin inkişafında mühüm mərhələdir

Ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib – FAKTİKİ HAVA

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub VİDEO

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub VİDEO

“Avropa Siyasi Birliyi”nin Dublin sammiti Azərbaycanın Avropa ilə siyasi dialoqunda yeni imkanlar açır- ŞƏRH

Azərbaycan nefti 102 dollara satılır

Hörmüz boğazında tanker minaya düşərək yanıb

Füzulidə ağır yol-nəqliyyat hadisəsi baş verib, 3 nəfər ölüb

Yəməndə gedən döyüşlər səbəbindən 340 mindən çox insan qaçqın vəziyyətinə düşüb

Hörmüz boğazında gəmiçilik trafiki müharibədən əvvəlki səviyyədən 65 faiz azdır

Tramp Çin və Rusiya liderləri ilə ilk dəfə üçtərəfli görüş keçirəcək

Husilər Ər-Riyad hava limanına növbəti zərbə endirdiklərini bildiriblər

ABŞ Ukrayna pilotlarının F-16 qırıcılarını idarə etməsi üzrə təlimləri davam etdirir

“Sky News”: Böyük Britaniyadakı ABŞ aviabazası üzərində naməlum dronlar aşkarlanıb

ABŞ-də dörd saatdan çox davam edən uçuş məhdudiyyəti aradan qaldırılıb

İraq ABŞ-nin himayəsi altında Hörmüz boğazından neft ixracını bərpa edib

Yeni Orlean limanı yaxınlığında gəmi qəzası nəticəsində 32 nəfər xəsarət alıb

“Bloomberg”: FTB ABŞ-də uçuşların dayandırılmasını kiberhücumla əlaqələndirmir

UEFA Millətlər Liqası: Niderland Yunanıstan yığmasını böyük hesabla məğlub edib

Millətlər Liqası: Azərbaycan yığması Lixtenşteynə qalib gəlib

Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının bağlanış mərasimi olub

ABŞ-də bütün hava limanlarında uçuşların dayandırılması barədə qərar verilib

Leyla Əliyeva COP31-də Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Tullantı Fondunun birgə pavilyonunda olub, bir sıra ekspertlərlə görüşüb

Fon der Lyayen: Aİ Ukrayna ilə bağlı danışıqlarda atəşkəs və təhlükəsizlik zəmanətlərini prioritet sayır

Tusk: Polşa Ukrayna üçün silah alınmasını maliyyələşdirməyəcək

Avropa Xəbər Agentlikləri Alyansı TASS-ı üzvlükdən çıxarıb

Balakəndə tədbir: “Uşaq hüquqları – sağlam və təhlükəsiz gələcəyin təminatı”

Polşanın Suriyadakı səfirliyi 15 ildən sonra yenidən açılacaq

Aİ Rusiya ilə danışıqlar aparmaq üçün nümayəndə heyətinin tərkibini təsdiqləyib

Antonio Quterreşin COP31-də vida nitqi: Yanan planetdə sülh qura bilməzsiniz

DİN yeraltı keçiddən istifadə etməyən piyadalara müraciət edib

Azərbaycanda Geoloji parkın yaradılması istiqamətində işlər davam etdirilir

İraq boru kəmərlərinin mühafizəsi üzrə ixtisaslaşmış təhlükəsizlik qüvvələri yaradıb

Maliyyə Nazirliyinin kollegiyasında dövlət müəssisələri ilə işin təşkili nəzərdən keçirilib

BEA: Qlobal elektrikləşdirmə hədəfinin investorların marağını artıracağı gözlənilir

Aİ liderləri: Avropanın təhlükəsizliyi Ukrayna ilə bağlı sülh danışıqlarının bir hissəsi ola bilməz

® ABB istiqrazlarına investor marağı davam edir: iki buraxılış üzrə sifarişlər 22 milyon manatı keçdi

Leyla Əliyeva COP31 çərçivəsində Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib

NDU-da “Əcəmi 900: İpək Yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb VİDEO

NDU-da “Əcəmi 900: İpək Yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb VİDEO

Almaniya gələn həftə Ukraynanın müttəfiqlərinin sammitini keçirəcək

“Evklid” missiyası 900 milyondan çox qalaktikanı müşahidə edib

Bundestaq Almaniyanın NATO-nun “Sea Guardian” missiyasında iştirakının müddətini uzadıb

İğdırda Zəfər Gününə həsr olunmuş müsabiqələrin qalibləri mükafatlandırılıb VİDEO

İğdırda Zəfər Gününə həsr olunmuş müsabiqələrin qalibləri mükafatlandırılıb VİDEO

Qazaxıstan Prezidenti ölkənin nəqliyyat sektorundakı vəziyyəti tənqid edib

“Sky”: Britaniyada “Microsoft” servislərində problemlər parlamentin və təcili xidmətlərin işinə təsir edib

Azərbaycanla Vyetnam arasında qarşılıqlı investisiyaların təşviqi imkanları nəzərdən keçirilib

Paris küçələrinə 60 minə yaxın etirazçının çıxacağı gözlənilir

Dövlət Komitəsinin sədri COP31 iştirakçılarına Azərbaycanın milli inkişaf prioritetləri haqqında məlumat verib

Dublin Sammiti: Prezident İlham Əliyevin diplomatiyası ölkənin mövqeyini gücləndirir

Bu saata olan əsas xəbərlər