Azərbaycan Dövlət İnformasiya Agentliyi

Zəfər fəlsəfəsi haqqında düşünərkən: Qələbəyə aparan siyasi iradə

Zəfər fəlsəfəsi haqqında düşünərkən: Qələbəyə aparan siyasi iradə

Bakı, 6 noyabr, AZƏRTAC

Prezident İlham Əliyevin uğurlu lider obrazı siyasətdə müdrikliyin miqyasını daha da dolgunlaşdırdığı üçün bir sıra məqamları izah etmək zərurəti yaranır. Azərbaycan Prezidenti qlobal problemləri şərh edərkən dünyada insan haqlarına olan laqeyd münasibətin, işğalçılıq, separatizm, ayrı-seçkilik və ikili standartların bəşəriyyətin təhlükəsizliyinə təhdid olduğunu bir çox liderlərin dilə gətirmədiyi zamanda bəyan etdi. Yaxud multikulturalizm, tolerantlıq ənənələrinin bəşəriyyətdə birgəyaşayış, sülh və əməkdaşlıq üçün alternativsiz seçim olduğunu, sözün əsl mənasında, dünyaya qəbul etdirməklə əslində, inkişafın yeni model prinsiplərini irəli sürdü. Bu, o zaman idi ki, irqi, dini ayrı-seçkiliyi, terrorizmi bir çox dövlətlər dəstəkləyir, ondan kənarda inkişaf modelini görə bilmirdilər.

Bu fikirlər AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun baş direktoru fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə və YAP Fəlsəfə və Sosiologiya İnstitutu Ərazi Təşkilatının sədri siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Sənan Həsənovun həmmüəllifliyi ilə AZƏRTAC-a təqdim edilmiş “Zəfər fəlsəfəsi haqqında düşünərkən: Qələbəyə aparan siyasi iradə” sərlövhəli məqalədə yer alıb.

Məqalədə bildirilir: “Lakin Azərbaycanın bu sahədə örnək olan addımları və onların nəticələri praktiki nümunə kimi hətta müharibələrin də sülh üçün aparılmalı olduğunu təsdiq etdi. Ancaq “geosiyasi realizm” doktrinasını rəhbər tutan, böhranlar yaratmaq ənənəsindən, vərdişindən uzaqlaşa bilməyən bəzi siyasi güclər bir çox stereotiplərdən ayrıla bilmədiklərini də gizlədə bilmirdilər. Prezident İlham Əliyevin siyasi xarizması Azərbaycanın iradəsinin nəyə qadir olduğuna dair bir sıra qüvvələrin yenidən düşünməli olduqları zərurətini anlatdı. İndi demək tam yerinə düşür ki, Azərbaycanın yaratdığı reallıqların hazırkı dünya nizamında sabitlik və inkişaf üçün analoqsuz model olduğunu inkar etmək mümkün deyil. Bu baxımdan istər Vətən müharibəsinədək olan dövrdə, istərsə də postmüharibə dövründə Prezident İlham Əliyevin Azərbaycanın iradəsini ifadə edən yeni reallıqların beynəlxalq aləm üçün əhəmiyyətini şərh edən nəzəri-praktiki baxışlar sistemi məsələdə əlavə suala yer qoymadı. Deməli, Prezident İlham Əliyevin əməli fəaliyyəti və baxışlar sistemi güclü lider və güclü dövlət anlayışının cəmiyyətin tərəqqisi naminə tam bərqərar olunmasını təmin edən müasir elmi-siyasi nəzəriyyəyə sahibdir.

Daha vacib məsələ bütün təhlükəli tendensiyaları zərərsizləşdirmək üçün aparılan daxili siyasətin legitimliyi və onun ideoloji, milli hədəflərinin düzgün dərkidir. Azərbaycanın sülh strategiyasından irəli gələn Vətən müharibəsi bir tərəfdən xalqın qəhrəmanlıq əzmini, onun mübarizliyini göstərdisə, o biri tərəfdən milli maraqlarımızın ifadəsini həyata keçirən siyasətin xalq tərəfindən aldığı layiqli qiymətini, bu prosesdə rolunu sübut etdi. Azərbaycan tarixinin bu mərhələsi ardıcıl islahatlarda hədəflərə tam nail olmaq dövrü kimi ona görə şərtlənməlidir ki, o, sosial sferanın bütün tələblərini effektli şəkildə təmin edə bildi, vətənçilik anlayışında vahid milli ideologiyadan doğan milli özünüdərk prosesinin şüurlu şəkildə tam dərkinə nail olmağın nəticəsini göstərdi. Bu isə cəmiyyətin sabitliyinə hədəflənmiş uğurlu islahatların ideoloji baxımdan milli effektliliyi nəticəsində mümkün olan prosesdir. Təcrübə göstərir ki, milli özünüdərkin ən mühüm elementi kimi yaradılan milli ideologiyanın xalqın milli potensialı ilə vəhdətini daxili siyasətin legitimliyindən kənarda təsəvvür etmək mümkün deyil. Vətən müharibəsi xalqımızın milli ideologiyaya əsaslanan milli gücünün ifadəsini ümumxalq iradəsinin ayrılmaz hissəsi olduğunda göstərməsi də bu siyasətin möhkəm sosial bazasının göstəricisidir.

Dünyayakı mövcud siyasi situasiyaların təhlili göstərir ki, Prezident İlham Əliyevin ölkədə çevik idarəetmə və praqmatik siyasi sistemin qurulmasındakı fəaliyyəti öz legitimliyini konkret əməli nəticələri ilə təsdiq edib. Cəmiyyətdə proseslərə yanaşmalar müxtəlif ola bilər, lakin milli maraqlarımızın hədəflərində reallığa çevrilən nəticələrin nəinki ölkəmiz üçün, region və dünya üçün əhəmiyyətinin elmi əsaslarla təsdiqini tapması bu siyasətin Azərbaycanı cahanşümul inkişafın avanqardına çevirdiyini tam təsdiq edir və Qələbəin kökündə bu amilin müstəsna rolu var.

Tarixi Zəfər və dialoq

Bütün bunların məntiqi davamı kimi tarixi Zəfər öz fəlsəfi mahiyyəti ilə cəmiyyətin düşüncə sisteminə güclü təsir imkanları yaratdı. Elə bir prosesin zəruriliyini təmin etdi ki, o, bəzən əsrlərlə formalaşması mümkün olmayan siyasi sistemin vahidlik prinsipinin, cəmiyyətdə dialoqun, ideoloji təfəkkür sisteminin milli iradə və milli gücün təmin olunmasındakı müstəsna rolunu müəyyən və təmin etmiş oldu. Çünki yeni siyasi konfiqurasiya cəmiyyətin bütün təbəqələrini ortaq fikrə gətirən, məqsəd baxımından mövcud olan ideyaların ümummilli məsələ olduğunun dəyərləndirilməsini zəruri edən ardıcıl siyasi xətlə müşayiət olunur. Bu reallıq siyasi dialoq zamanı da ölkəmizin inkişafı naminə atılan addımlarda bir sıra xarakterik xüsusiyyətlərin önə çıxması ilə təsdiqlənir. Məsələn, “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikası Qanunu yeni reallıqları əks etdirməsi kimi müstəsna əhəmiyyəti ilə yanaşı, həm də sübut edir ki, siyasi dialoq ölkənin siyasi partiyalarının, siyasi təsisatlarının qarşıya qoyduğu məqsəd və vəzifələrin ümummilli mənafe baxımından birləşmələri üçün çox mükəmməl vasitədir. Bu istiqamətdə Azərbaycanın təcrübəsi deməyə imkan verir ki, o milli iradənin gücünü və tamlığını Zəfər fəlsəfəsində birləşdirib. Əslində, xalqın, dövlətin, xüsusilə dövlətçiliyin inkişafı üçün partiyaların ortaq ideoloji istiqamətdə birləşmə təşəbbüsləri o zaman baş verir ki, legitim idarəçiliyin və avanqard partiyanın milli gücü ifadə edən nəticələri olsun. Bu nəticələr cəmiyyət tərəfindən tam qəbul edilsin. Bu nöqtəni axtararkən məlum olur ki, ümumiyyətlə, siyasi dialoqu Prezident İlham Əliyevin dövlətçilik konsepsiyasından kənarda təsəvvür etmək mümkün deyil. Tam əsaslıdır ki, son onilliklərdə siyasi partiyaların qarşısına qoyduğu hədəflər Azərbaycanın inkişafı yolunda vahid milli iradənin tamlığını məhz bu kompleksdə tapıb. Siyasi dialoq zamanı siyasi partiyalar və birliklər diqqəti o hala yönəltməlidirlər ki, Azərbaycanın dövlətçilik konsepsiyasında irəli sürülən nəzəriyyə artıq praktik cəhətdən möhkəm strategiyanın effektivlik mərhələsini tətbiq edə bilib, daha böyük hədəflərə qadir olduğunu proqram kimi qarşıya qoyub. O, uzunmüddətli dövlətçilik ideologiyasında milli istəyi, sosial sifarişin xarakterini, dialoq mədəniyyətinin forma və metodlarını bir arada tətbiq edərək güclü sosial bazaya sahibdir. Vətən müharibəsində Lider-Xalq-Ordu birliyinin ZƏFƏR MARŞI bu düsturun nəticələrinin cəmiyyətimiz üçün tam aydın və şəffaf olduğunu sübut etdi.

Bütün bunlar göstərdi ki, ölkəmizdə Vətən müharibəsinə qədər aparılan islahatlar konsepsiyasında da sağlam münasibətlərin tənzimlənməsinə yönələn təşəbbüslər yeni siyasi mühitin formalaşmasına açılan imkanlar, siyasi partiyaların dövlətçilik, demokratiya, milli təəssübkeşliyin formalaşdırılması yolunda birliyə dəvət edilməsi Qələbə üçün zəmin yaratdı. Açıq etiraf edilməlidir ki, siyasi mühitdə indiyədək heç bir siyasi qüvvənin iradəsi bu səviyyədə ümummilli istəyi ifadə edə bilməyib. Ona görə də bu siyasət bütövlükdə cəmiyyətimizin dialoq tələbatını təmin etdi. Biz hesab edirik ki, siyasi partiyalarla parlament və ekspertlər arasında dialoqun yeni reallıqlar əsasında formalaşması da bu əsaslarla yeni mütərəqqi islahatlara yol açacaq.

Bu gün siyasi partiyalar öz qarşılarına qoyduqları vəzifələrdə bir reallığı qəbul etmək məcburiyyətindədirlər. Hətta ən kiçik partiyaların anlaşılmaz radikal istiqamətlərə yönəlməsi, ictimai mühitə və digər partiyalara bu əsasda təsir etmək istəkləri dialoq üçün qəbuledilməzdir. Cəmiyyətimizin mövcud sosial-siyasi düşüncələr sistemi də artıq bunu qəbul etmir. Xüsusilə Vətən müharibəsində qazanılan şanlı Qələbədən sonra cəmiyyətimizin bütün təbəqələri vahid milli təfəkkür üzərində cəmləşməni özü sosial sifariş olaraq tələb edir. Cəmiyyətimizin istəkləri ona görə əsaslıdır ki, indiyədək qarşıya qoyulan ideyalar artıq nəzəriyyədən reallığa çevrilib. Bu da sosial sifarişin mövcud siyasətdə özünütəsdiqidir. Çünki güclü lider, milli şüura təsir edən güclü ideologiya və siyasi dialoq bir arada tam Qələbəyə aparan yoldur.

Zəfərdən-zəfərə. Azərbaycan tarixi torpaqlarında əbədidir

Məlumdur ki, Azərbaycan xalqının Vətən müharibəsi haqq-ədalət müharibəsi idi və onun milli şüura böyük təsiri vardır. Belə həlledici mərhələ nəinki milli birlik üçün əvəzsiz fürsətlər yaradır, həm də millətin malik olduğu potensialı üzə çıxarır. Vətən müharibəsində Azərbaycanın Qələbəsini təsdiq edən 2020-ci ilin 10 noyabr Bəyanatı, əslində, postmüharibə dövründə növbəti uğurlu addımların hüquqi və siyasi bazasını təmin etdi. Məlum oldu ki, bu ümumxalq qələbəsində və ondan sonrakı qələbələrdə Prezident İlham Əliyevin müdrik diplomatik manevrlərinin fəlsəfəsinin dərki prosesi uzun zamanlarda təhlil ediləcək. Beynəlxalq aləmi 100 illərlə aldadan, saxta mifoloji don geydirilmiş erməni güclərinin dağıdılması və ona himayədarlıq edən qüvvələrin ifşa olunmasını təmin edən tarixi Qələbədən sonra məlum oldu ki, erməni məkrli niyyətinin millətçi, revanşist və terrorçu xisləti Azərbaycanın qarşısında yeni tarixi missiya qoyub. Bu missiyanı çoxlarının güman etmədiyi, dərk etmədiyi zamanda və şəraitdə Prezident İlham Əliyevin yenilməz iradəsi elə yerinə yetirdi ki, o xalqımızın yüzilliklər boyu pozulmuş milli haqqını özünə qaytardı. Tarixin ədalət mizanı yerinə qaytarıldı. Onun məntiqi sonluğu Azərbaycan ərazilərinin erməni terrorçularından birdəfəlik təmizlənməsi və Xankəndidə Azərbaycan Bayrağının dalğalanması kimi möhtəşəm şərəf tariximizin xalqımıza bəxş olunması idi. Qələbənin fəlsəfəsində isə biz növbəti dəfə dünyaya yeni reallıqlar gətirən - humanizm prinsiplərinə yeni baxış bucaqları, yüksək diplomatik bacarıq, sülh və ədalət prinsiplərinə yeni yanaşma və sadiqlik, nəhayət, bəşəriyyəti xəstə təfəkkürlərin təsirindən xilas olmaq çağırışları görürük. Azərbaycan xalqı qarşısında bu mühüm tarixi missiyanı uğurla yerinə yetirməsi ilə Prezident İlham Əliyev şəxsiyyəti dünya tarixinin gedişinə təsir edən siyasi liderlər içərisində örnək olacaq qəhrəmanlığın, müdrikliyin ən yaxşı nümunəsinə çevrilməsi tam təbii və haqlıdır. İndi biz tarixi Qələbənin nəticələri ilə gələcəyə olan baxışların strateji hədəflərini müəyyən etməliyik.

Zəfərin mübarək, Azərbaycan!

Zəfərin mübarək, Ali Baş Komandan!”

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Britaniyada iş elanlarında maaşın göstərilməsi məcburi olacaq

“Biz Zəngilana qayıdacağıq” – illərlə yaşayan ümid Zəfərlə doğma yurda qayıdışa çevrildi

Naxçıvan üzrə noyabr ayının pensiyaları ödənilib

Xocalıda ağacəkmə aksiyası

Zəfər Günü gələcək nəsillər qarşısında böyük məsuliyyətdir - ŞƏRH

Azərbaycanın BMT ilə əməkdaşlığı çərçivəsində əldə olunan təcrübələr diqqətə çatdırılıb - YENİLƏNİB

“Turan Tovuz”un futbolçusu Moldova yığmasına dəvət alıb

Qambiya rəsmisi: Müasir dövlət idarəçiliyi birgə fəaliyyətə əsaslanmalıdır

İradə Hüseynova: Qarabağa Böyük Qayıdış elmin də bu torpaqlara qayıdışını zəruri edir

Ukraynanın Zaporojye vilayətində aviazərbələr nəticəsində ölənlərin sayı 53-ə çatıb

Latviya millisinin baş məşqçisi: Azərbaycan yığması təcrübəli və güclü komandalardan biridir

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər YENİLƏNƏCƏK

İlqar Bayramlı: “PeşəFest”də iştirak edən peşə təhsili müəssisələrinin sayı artıb

Cibutili nazir: Dövlət xidmətlərinin transformasiyası daha səmərəli həyata keçirilməlidir

Dövlət Xidmətinin rəisi Qəbələdə vətəndaşların müraciətlərini dinləyib

Futbol tarixində bu gün: Ser Aleks Ferqyuson “Mançester Yunayted”in baş məşqçisi təyin olunub

Sahil Babayev: Növbəti illərdə məktəblərin bir qismi adambaşı maliyyələşmə mexanizminə keçəcək

Qlobal karbon tutma gücü 100 milyon ton həddinə yaxınlaşır

Əlyazmalar İnstitutunda Zəfər Gününə həsr olunmuş kitab sərgisi təşkil edilib

Mehdixan Vəkilov: Səməd Vurğun Müşfiqi ömrünün axırına qədər unuda bilmədi

Esseks Universitetində Zəfər Gününün altıncı ildönümü qeyd olunub

Naxçıvanın bəzi yüksək dağlıq ərazilərinə qar yağıb VİDEO

Naxçıvanın bəzi yüksək dağlıq ərazilərinə qar yağıb VİDEO

Əmək məzuniyyətinin pul kompensasiyası ilə əvəzlənməsinin qadağan edilməsi təklif olunur

Dövlətə məxsus səhmdar cəmiyyətlərdə korporativ idarəetmə qaydalarının tətbiqi ilə bağlı tədbirlərin icrasını Maliyyə Nazirliyi həyata keçirəcək

Xaçmazda Caqacuq çayı üzərində yeni körpü inşa olunur

Gürcüstan nümayəndə heyəti MMU-nun xüsusi təyinatlı təhsil müəssisələrini ziyarət edib

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər YENİLƏNƏCƏK

Dövlət Proqramı İdarəetmə Qrupu Çinin aparıcı universitetləri ilə əməkdaşlığı genişləndirir

Fransada növbəti prezident seçkisində namizəd olacaq şəxs irqçiliyin təşviqində ittiham edilib

Komitə sədri: 2027-ci ilin büdcəsinə enerji təhlükəsizliyi və ətraf mühitin mühafizəsi kontekstində yanaşılmalıdır

Azərbaycan-Latviya oyununun hakim təyinatları açıqlanıb

BMU-da Zəfər Gününə həsr olunmuş idman yarışlarının qalibləri mükafatlandırılıb

“PeşəFest-2026”ya yekun vurulub

Kosmik hava proqnozu açıqlanıb: geomaqnit qasırğası gözlənilir

Doqquz ayda Gürcüstandan 143 Azərbaycan vətəndaşı deportasiya edilib

Aktauda Zəfər Günü qeyd olunub

Vəli Quliyev: Saatlıq minimum əməkhaqqı sistemi ilkin mərhələdə aqrar sahəni əhatə edəcək

Zahid Oruc: Peşə seçimi zamanı gənclərin qarşısında geniş imkanlar açılmalıdır

Gələn il dövlət büdcəsindən 1,1 milyard manat icbari tibbi sığortaya yönəldiləcək

Fransada hökumət etirazçıların tələblərini nəzərə almaq məcburiyyətində qalıb, aksiyaların isə davam edəcəyi bildirilib

İyirmi dörd il əvvəl ali təhsil müəssisəsində törədilmiş qətlin üstü açılıb VİDEO

İyirmi dörd il əvvəl ali təhsil müəssisəsində törədilmiş qətlin üstü açılıb VİDEO

Vətən müharibəsinin iştirakçısı olmuş futbolçu: Hər il bu günlərdə insan öz ölkəsi və xalqı ilə qürur duyur

Səməd Seyidov: Diplomatların əməkhaqlarının artırılması tendensiyası 2027-ci ildə də davam edəcək

Leyla Ağamalova: “AIREX 2026” Azərbaycanın qeyri-neft sektorunun inkişaf potensialını nümayiş etdirir

Dövlət qurumlarının informasiya təhlükəsizliyi mühitinin diaqnostikasını Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti aparacaq

2027-ci il üzrə İcbari tibbi sığorta fondunun ümumi xərcləri 2 milyard 980 milyon manat həcmində proqnozlaşdırılır

Rəşad Mustafayev: “PeşəFest”in iştirakçı sayı ötən illə müqayisədə iki dəfə artıb

Çin süni intellekt sahəsində Azərbaycanla əməkdaşlığı gücləndirməyə hazırdır – Bəyanat VİDEO

Çin süni intellekt sahəsində Azərbaycanla əməkdaşlığı gücləndirməyə hazırdır – Bəyanat VİDEO

Nazir müavini: Peşə təhsilinə qəbulun 70 faizi regionların payına düşür

Abşeron rayonunda silsilə oğurluqlar edən şəxs saxlanılıb

Dəmir Yolları bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

Nazir müavini Vətən müharibəsi iştirakçısı və qazilərlə görüşüb

Misir radiosunda Misir-Azərbaycan əlaqələrindən danışılıb

Ölkə üzrə əməkhaqqı fondu 8,5 faiz yüksəlib

Büdcə zərfində məqsədli büdcə fondlarının ləğv edilməsi nəzərdə tutulur

Naxçıvan şəhərində ağacəkmə aksiyası olub

Gəncə Avtomobil Zavodunda Zəfər Gününün 6-cı ildönümü qeyd olunub

® Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb

2027-ci ildə cəmi güzəşt və azadolmaların məbləğinin proqnozlaşdırılan ÜDM-in 5,4 faizinə çatması gözlənilir

Baş Prokurorluqda Zəfər Günü qeyd edilib

Beynəlxalq sammitin iştirakçıları “ASAN xidmət”də

Taksi sürücüləri üçün gəlirə əsaslanan yeni vergi modeli tətbiq olunacaq

Milli Kitabxanada “Zəfər zalı”nın açılışı və “8 Noyabr – Zəfər Günü” adlı Elektron Məlumat Bazasının təqdimatı olub

Lotereya və mərc oyunlarına 22 faizlik alternativ vergi rejimi tətbiq ediləcək

® “AccessBank” QSC Trellix DLP üzrə tender elan edir

Şuşaya bayraq sancan qəhrəman institutun qonağı olub

AMADA Zəfər Günü münasibətilə qazi övladları üçün bayram tədbiri təşkil edib

Stolüstü tennisçilərin Avrasiya Liqası sınağı davam edir

Fransa 2027-ci ildə maliyyə böhranı və resessiya riski ilə üz-üzə qala bilər

Paraatlet: Vətən müharibəsində ən ağır xatirəm döyüş yoldaşımın şəhid olmasıdır

Azərbaycan Astanada keçirilən Əqəbə Prosesi sammitində təmsil olunur

Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkətinin təsisçisi və Direktorlar Şurasının sədri Məhəmməd Əbunəyyandan

® “Leobank” “Felis 2026”da qızıl mükafat qazanıb

QDF-nin maliyyə dəstəyi ilə Laçının “Bəylik Bağları”nda ağacəkmə aksiyası olub

Azərbaycan millisinin qarşıdakı oyunlar üçün heyəti bəlli olub

Vüqar Gülməmmədov: Gələn il səhiyyədə rəqəmsallaşma və innovasiya layihələrinə 7,2 milyon manat ayrılacaq

Çin və Azərbaycan 4 qlobal təşəbbüs çərçivəsində əməkdaşlığı dərinləşdirmək niyyətindədir

Anar Əliyev: Dövlət büdcəsi layihəsində əhaliyə ödənişlər üzrə nəzərdə tutulan vəsait 5 milyard 503 milyon manatdır

Səyyarə İbadullayeva: Qarabağ florasının tam öyrənilməsi əsas məqsədlərimizdəndir

Anar Əliyev: DSMF-nin 2027-ci ildə gəlirlərinin 9,2 milyard manatı ötəcəyi proqnozlaşdırılır

Somali nümayəndəsi: Yüksək səriştəyə malik insanların işə qəbul edilməsi vacibdir

Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışı olub YENİLƏNƏCƏK VİDEO

Nazir: Gələn ilin büdcəsində altıncı sosial islahat paketi üçün maliyyə təminatı yaradılıb

Qabonlu nazir: Dövlət qulluqçuları hər bir ölkənin inkişaf prosesinin mərkəzində dayanırlar

Muxtar Nağıyev: Ulu Öndərin dövlətçilik strategiyası Prezident İlham Əliyevin rəhbərliyi ilə Zəfər zirvəsinə çatıb

Sənaye zonalarında indiyədək 22,6 milyard manatlıq məhsul satılıb

Qazi: 44 günlük Vətən müharibəsində qarşımıza qoyulan missiyanı uğurla yerinə yetirdik VİDEO

Qazi: 44 günlük Vətən müharibəsində qarşımıza qoyulan missiyanı uğurla yerinə yetirdik VİDEO

Nazir müavini: Sahibkarların maliyyə resurslarına çıxışı asanlaşdırılır

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl rayonunda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər YENİLƏNƏCƏK VİDEO

Dövlət büdcəsinin qeyri-neft-qaz gəlirləri 9,3 faiz yüksəlib

Sənaye zonalarında 22,6 milyard manatlıq məhsul satılıb, 7,1 milyard manatlıq məhsul ixrac edilib

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyində Zəfər Gününün altıncı ildönümü münasibətilə tədbir olub

Tahir Budaqov ICAPP-ın Büro sədrinin müavini seçilib

2027–2030-cu illər üçün yeni sosial-iqtisadi inkişaf Strategiyası hazırlanır

Emin Mahmudov millidəki karyerasını başa vurur

“Qarabağ, sən dirçəlirsən!” – Şuşadan Zəfər Gününə töhfə VİDEO

“Qarabağ, sən dirçəlirsən!” – Şuşadan Zəfər Gününə töhfə VİDEO

Sabah hava yağıntılı olacaq

BDU Gürcüstan Universiteti ilə əməkdaşlığa başlayır

“Azərbaycan Hava Yolları” gələcəyin texniki mütəxəssislərini yetişdirir

® Zəfər Günü münasibətilə Azərbaycan Tibb Universitetində silsilə tədbirlər təşkil olunub