Azərbaycan Dövlət İnformasiya Agentliyi

Zəfər bayramı – Yeni həyatın başlanğıc addımı

Zəfər bayramı – Yeni həyatın başlanğıc addımı

Bakı, 11 dekabr, AZƏRTAC

Tarixdə çox müharibələr olub. Haqlı-haqsız, ədalətli və ya ədalətsiz. İbtidai cəmiyyətlərdə müharibələr ovçu-toplayıcıların, qəbilə və tayfaların mövcudluq şərti idi. Homo Sapiens öz dəstəsindən olmayan bütün özünəbənzər məxluqlarda həyat riski görürdü və “öldürməkdən başqa onlarla nə etmək olar” haqqında heç düşünmədən rast gəldiyi bütün özünə bənzərləri öldürürdü. Daha sonrakı cəmiyyətlərdə müharibələr tayfaların ürəyib-artan üzvlərini kifayət qədər qida ilə təmin etmək, özünəbənzərlər tərəfindən artıq sahmana salınmış yeni yaşayış yerlərinə sahib çıxaraq həyatını daha rahat davam etdirmək cəhdləri ilə şərtlənirdi. Onlar üçün də öldürmək yenə də sağ qalmaq zərurətindən irəli gəlirdi. Sağ qalmaq nə üçün zəruri idi? Daha sonrakı dönəmdə digər özünəbənzərlərin hücumlarından qoruna bilmək və öldürülməmək üçün. Sağ qalmaq isə yenidən müharibə etmək, yaşayış arealını genişləndirmək və daha geniş ərazilərdə daha çox qida mənbəyini əldə etmək üçün vacib idi. Bəşəriyyət beləcə qapalı dairə çərçivəsində özünün müharibələr seriyalarını bu günümüzə qədər davam etdirməkdədir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Cavanşir Feyziyev bildirib.

Deputat deyib ki, bütün müharibələrin hər iki tərəf üçün ümumi olan və tarixboyu dəyişməyən cəhətləri var - itkilər, məhrumiyyətlər və onlardan doğan nifrət. İnsan itkisi, torpaq itkisi, sərvət itkisi və s. düşmənə nifrəti gücləndirir və bir müharibə başa çatmamış insanları yeni müharibəyə kökləyirdi. Qazananlar qənimətlərini əllərində saxlamaq, məğlublar isə itirdiklərini bərpa etmək üçün yenidən savaşmalı olacaqdılar.

Məğlublar həyatı ilə birlikdə həyatı davam etdirmək üçün zəruri olan hər şeyini itirirdilər. Qaliblərin də nəsibi məğlubların taleyindən çox fərqlənmirdi. Onların da itkiləri olurdu. Bütün dövrlərdə hər bir qalibiyyət qan bahasına əldə olunub. Müharibə qalibiyyətlə yekunlaşsa belə, yaxınlarını müharibədə itirən qaliblərin də nifrəti tükənmir, əksinə, nəsildən-nəslə keçərək davam edirdi. Beləcə, qalibiyyət də daha sonra rahat yaşamaq və bir daha itkilərlə üzləşməmək, nifrətdən uzaq və xoşbəxt həyat yaşamaq anlamına gəlmirdi.

Bugünkü müharibələrin məqsədi, qaydaları və nəticələri çox fərqlidir. Amma ibtidai dünyanın müharibələrini müşaiyət edən və hər iki tərəfin nəsibi olan ölüm, məhrumiyyət və itkilər müasir müharibələrin də ayrılmaz atributları olaraq qalmaqdadır.

Lakin yeganə bir fərq var - tərəflərdən yalnız birinə nəsib olan Zəfər xoşbəxtliyi. Bu gün o sevincin və o xoşbəxtliyin həmişəlik sahibi Azərbaycan xalqıdır. Ölkənin baş meydanında keçirilən Zəfər paradı -qalib Ordumuzun düşmən üzərində tam və birdəfəlik Qələbəsinin tərənnümüdür. Zəfər paradı ümumxalq həmrəyliyimizin təcəssümü və düşmənə qarşı yumruq kimi birləşmiş bir xalqın müqəddəs vətən sevgisinin təzahürüdür. Zəfər yalnız qalib xalqın alnına və birdəfəlik yazılır. İtkilərimiz olsa belə, Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında yenilməz Ordumuzun qazandığı möhtəşəm Zəfər xalqı nifrətə yox, qurub-yaratmağa, xoşbəxt həyata səsləyir. Bu Zəfərdən sonra düşmənə nifrətimizi Qarabağın hər addımına sevgimizlə əvəz edəcəyik, bütün gücümüzü gələcək nəsillərin daha xoşbəxt və daha firavan yaşamasına yönəldəcəyik. Zəfər paradı yalnız zəfərlərlə davam edəcək yeni həyatın başlanğıc addımıdır. Bu addımlar xalqımıza yeni və daha parlaq zəfərlər gətirəcək. Zəfər bayramımız mübarək!

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanın Zəfər Gününə həsr olunmuş “Koordinat 44” tamaşası Tbilisidə səhnələşdirilir

İstanbulda Vətən müharibəsi şəhidlərinin xatirəsinə 44 ağac əkilib

Aygün Attar: Azərbaycançılıq dövlətin ideoloji dayanıqlılığının və milli birliyin əsasını təşkil edir

İşğaldan azad edilmiş ərazilərin bərpası və yerli istehsalın inkişafı dayanıqlı məskunlaşma üçün şərait yaradır

UNEC-də bayram tədbiri: Zəfərin 6-cı ildönümü

Konfutsi İnstitutunun direktoru: Hərtərəfli strateji tərəfdaşlıq Azərbaycan və Çin üçün yeni perspektivlər açır

Milli Məclis komitələrinin birgə iclasında 2027-ci ilin dövlət büdcəsinin layihəsi müzakirə olunub

Bakıda keçirilən BMT İdarəetmə İnnovasiyaları Sammiti başa çatıb – YENİLƏNİB

AzerGold” Zəfər Gününu silsilə tədbirlərlə qeyd edib

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər YENİLƏNİB-2 VİDEO

Dövlət Komitəsində Zəfər Günü münasibətilə tədbir

FHN-in əməkdaşları Zəfər Gününü qeyd ediblər

Bakı Dövlət Universitetində Zəfər Günü qeyd olunub

Dövlət Agentliyinin sədri: Son iki gündə Bakı səmərəli dialoq platformasına çevrildi

Düşənbədə Zəfər Günü təntənəsi: Səfirlikdə bayram tədbiri

Latviyada Azərbaycanın Zəfər Günü münasibətilə rəsmi qəbul təşkil olunub

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Zəfər Günü münasibətilə tədbir keçirilib

Parlamentin komitəsində büdcə zərfinə daxil olan qanun layihələri müzakirəyə çıxarılıb

BMT rəsmisi: Bakıda qurduğumuz tərəfdaşlıqlar ən böyük nailiyyətlərimizdən və dəyərli imkanlarımızdan biridir

Qarsda voleybol üzrə Zəfər Turniri keçirilib

Qadın voleybolçular arasında Azərbaycan Superliqasında yeni mövsüm start götürüb

AQTİ-nin Rəqəmsal və İnnovativ Təlim Mərkəzi fəaliyyətə başlayıb

“Alphabet” “Qualcomm” şirkətində yarım milyard dollarlıq pay əldə edib

V4 liderləri Aİ-nin genişlənməsini dəstəkləyib, Ukrayna məsələsində fikir ayrılığı qalır

Şotlandiyada polisə hücum edilib, 7 nəfər saxlanılıb

Əlcəzairdə Zəfər Gününün 6-cı ildönümü qeyd olunub

AQTA-da Zəfər Günü qeyd olunub

Daşkənddə “Humay və sehrli Huma quşu” kitabının özbək dilində nəşrinin təqdimatı olub

Avropada təbii qazın qiyməti həftə ərzində 16 faizədək azalıb

London metrosunda iş şəraiti ilə bağlı tətillər keçiriləcək

Şamaxıda aqrar sahənin inkişafı və yeni subsidiya mexanizmlərinə həsr olunmuş regional müşavirə keçirilib

Macarıstanın "Gripen" qırıcıları bomba təhdidlərinə görə üç dəfə havaya qaldırılıb

İngiltərə Bankının rəhbəri: Aİ ilə əlaqələrin gücləndirilməsi Britaniya iqtisadiyyatının inkişafına təkan verə bilər

Laçında “Böyük Qayıdışın Zəfər bayramı” adlı konsert proqramı VİDEO

Laçında “Böyük Qayıdışın Zəfər bayramı” adlı konsert proqramı VİDEO

BMT sammitində Bakı Kommunikesi elan edilib

Dövlət Xidmətinin nümayəndələri Koreyada daşınmaz əmlakın kadastrı sahəsindəki rəqəmsallaşdırma işləri ilə tanış olublar

Zəfər Günü münasibətilə Vətən müharibəsində iştirak etmiş vəkillərlə görüş olub

Ağdamda 8700-dən çox ağac və dekorativ kol əkilib

Rəqəmsal transformasiya dövründə Azərbaycan televiziyası: çağırışlar, inkişaf meyilləri və perspektivlər

Ekologiya və Təbii Sərvətlər Nazirliyində Zəfər Günü qeyd olunub

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər YENİLƏNİB VİDEO

Müəllim: Musiqi bacarıqları düzgün tədris və müntəzəm məşğələ ilə inkişaf edir

Yanğınsöndürmə-xilasetmə idmanı üzrə dünya çempionatında növbəti qaliblər məlum olub

BOS su təchizatı sistemi ilə bağlı analizlərin nəticələrini açıqlayıb

Azərbaycan radiosunun 100 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans başa çatıb

Ədliyyə naziri Samuxda vətəndaşların müraciətlərini dinləyib

Keniyada Zəfər Günü qeyd olunub, Azərbaycanın postmünaqişə dövrü bərpa təcrübəsi təqdim edilib VİDEO

Keniyada Zəfər Günü qeyd olunub, Azərbaycanın postmünaqişə dövrü bərpa təcrübəsi təqdim edilib VİDEO

Zəfər Günü beynəlxalq hüququn bərpası baxımından mühüm tarixi və siyasi əhəmiyyətə malikdir - ŞƏRH

Bomba təhdidi ilə əlaqədar Sofiya hava limanına iki təyyarə eniş edib

Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi

Milli qürurumuzun təntənəsi – ADPU-nun Şamaxı filialında Zəfər Günü

Prezident İlham Əliyev: Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər

“ASAN xidmət”in və BMT-nin sammitində innovativ idarəetmə həlləri hazırlanıb

Şəhd qardaşı: Mən həm qardaşımı, həm dostumu, həm də döyüş yoldaşımı itirdim

DİM-in verdiyi sertifikat və şəhadətnamələr artıq “mygov”da

Rəşad Eyubov: Futbolçuların əsas milliyə layiq görülməsinə çox şadam

Milli Kibertəhlükəsizlik Agentliyi: Son dövrdə böyük həcmdə fərdi məlumat sızması halları müşahidə olunur

"802” qaynar xətti bayram günlərində vatsap üzərindən fəaliyyət göstərəcək

® Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

Yekaterinburqda 8 Noyabr - Zəfər Günü qeyd edilib

Arxeoloqlar Zəfər Gününü müharibə iştirakçıları ilə qeyd ediblər

Azərbaycan modeli: Milli həmrəylikdən dayanıqlı sülhə - ŞƏRH

Bitki mühafizə vasitələri və aqrokimyəvi maddələrlə bağlı monitorinq aparılıb

ADU-nun rektoru şəhid ailələrinə dövlət qayğısından və gənclərin məsuliyyətindən danışıb

Bu il dövlət büdcəsindən vətəndaşlara 300 milyon manata yaxın vəsait qaytarılıb

Ərəb nəsri və İslam mədəniyyətinə dair elmi məqalə Rumıniya jurnalında dərc edilib

Gimnastikanın tamblinq növü üzrə Azərbaycan millisi üçqat dünya çempionu olub

Azərbaycan ilə BMT arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub

8 Noyabr – Zəfər Günü münasibətilə Stokholmda rəsmi qəbul keçirilib VİDEO

8 Noyabr – Zəfər Günü münasibətilə Stokholmda rəsmi qəbul keçirilib VİDEO

“Zəfər əmanətlərinə qayğı ilə” sağlamlıq həftəsi başa çatıb VİDEO

“Zəfər əmanətlərinə qayğı ilə” sağlamlıq həftəsi başa çatıb VİDEO

Azərbaycan Universitetində Qarabağ Zəfərinin tarixi əhəmiyyəti vurğulanıb

Tərtərdə iki nəfəri öldürməkdə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib

DİM-də şəhid ailələrinin üzvləri və qazilərin iştirakı ilə Zəfər Günü qeyd olunub

Oktyabrda dünya ərzaq qiymətləri ucuzlaşıb

AzMİU tələbəsi şəhid qardaşının döyüş yolundan danışıb VİDEO

AzMİU tələbəsi şəhid qardaşının döyüş yolundan danışıb VİDEO

AFFA rəsmiləri UEFA-nın illik konfransında iştirak ediblər

Azərbaycan muzeylərinin nadir eksponatları: Dəniz dibinin xüsusiyyətlərini müəyyən edən diplot

Astaranın iki kəndində içməli su layihəsi həyata keçirilib

DİM qazilərin və şəhid ailələrinin övladlarının təhsilinə dəstək göstərir

Ekspert: Zəngilan Aqroparkı azad edilmiş ərazilərdə kənd təsərrüfatının inkişafına töhfə verəcək

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər VİDEO

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər VİDEO

Azərbaycanın tarixi Zəfəri milli ləyaqətimizin və suverenliyimizin bərpasıdır ŞƏRH

Təqsirləndirilən daha iki şəxs Azərbaycana ekstradisiya edilib

ADPU-da Zəfər Günü: müharibə veteranları və şəhid ailəsi üzvləri diqqət mərkəzindədir

Qələbədən sonra Azərbaycanın qarşısında dayanan vəzifələrin xarakteri də dəyişib - ŞƏRH

Azərbaycançılıq ideoloji təhlükəsizliyimizin əsasını təşkil edir MƏQALƏ

Süd məhsullarının emalı müəssisəsində istehlaka yararsız məhsullar aşkarlanıb

Vətən Müharibəsi Qəhrəmanı Anar Əliyev qızının xatirələrində...

Hərbi Prokurorluğun rəhbərliyi Zəfər Günü münasibətilə görüşlər keçirib

Aktiv ƏDV ödəyicilərinin sayı 7,5 faiz artıb

Azərbaycanın Zəfər Günü Brüsseldə də qeyd olunub

Bayram günlərində mənşə sertifikatı verilməsi davam etdiriləcək

Zəfər tariximizə həsr olunmuş nəşrlər vahid məkanda toplanıb

Vergi Xidmətinin rəis müavini Şəmkirdə vətəndaşların müraciətlərini dinləyəcək

BŞDYPİ paytaxtda keçiriləcək yürüşlərlə bağlı yol hərəkəti iştirakçılarına müraciət edib

Çin Beynəlxalq İdxal Sərgisində “Made in Azerbaijan” məhsulları nümayiş olunur

DİM şəhid övladlarına imtahana hazırlıq vəsaitləri təqdim edib

Baş Konfransda beynəlxalq metrologiyanın gələcək inkişaf modelinə dair qətnamələr qəbul edilib

“Şanlı tariximizin möhtəşəm Zəfər Günü” - Şərqşünaslıq İnstitutunda elmi sessiya

Mbappe La Liqada oktyabrın ən yaxşı futbolçusu seçilib