ZABRATDA YANĞIN BAŞ VERMİŞDİR
AZƏRTAC xəbər verir ki, dekabrın 13-də səhər saatlarında Sabunçu rayonunun Zabrat qəsəbəsində yanğın baş vermişdir. Hadisə zamanı ölən və yaralanan olmamışdır.
Evlərin dam örtüklərinin quru taxtadan olması qısa müddətdə alovun əhatə dairəsinin genişlənməsinə səbəb olmuşdur. Yanğın zamanı 100 kvadratmetr dam örtüyü və 6 kvadratmetr mətbəx yararsız vəziyyətə düşmüşdür. Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları alovun daha geniş ərazini əhatə etməsinin qarşısını almağa müvəffəq olmuşlar.
Yanğının başvermə səbəbi və dəyən ziyan müəyyənləşdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]