YÜKDAŞIMANIN HƏCMİ ARTIR
Limanda AZƏRTAC-ın müxbirinə demişlər ki, quru yük terminalı ildə 2 milyon ton yükaşırma gücünə malikdir. Son illər Xəzəryanı dövlətlər ilə əlaqələrin yenidən qurulması, xüsusilə Rusiyanın şirkətləri ilə yeni müqavilələrin bağlanması terminalın imkanlarını artırmışdır. Əsas ehtiyat mənbələrindən biri də Ukraynadan İrana ixrac olunan malların Bakı terminalından keçməsidir. Bu sahədə Nəqliyyat Nazirliyi və limanın rəhbərliyi böyük iş aparırlar. Eləcə də Qazaxıstanın İrana göndərdiyi metalın böyük hissəsi Aktaudan keçir. Bizim tərəfdaşımız olan Aktau ilə razılaşmadan sonra bu yüklərin bir hissəsinin Bakıdan keçməsi hesabına terminalın imkanları daha da artacaq, gəliri çoxalacaq, büdcəyə əlavə vəsait daxil olacaq. Bütün bunların hesabına yaxın gələcəkdə terminalın yükaşırma gücündən tam istifadə olunacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.11.2026 [15:02]
Əmanətlərin Sığortalanması Fondu tender elan edib
- 12.11.2026 [14:53]
Bu il istehlakçılara qaytarılan ƏDV məbləğinin həcmi açıqlanıb
- 12.11.2026 [14:20]
Dövlət büdcəsinin 10 aylıq gəlirləri 33 milyard manatı ötüb
- 12.11.2026 [13:55]
“Qoşadaş” sahəsində seysmik məlumatların toplanması layihəsinə başlanılıb
- 12.11.2026 [12:15]
® “Trendyol” 2030-cu ilədək dayanıqlılıq hədəflərini açıqlayıb
COP31-də müzakirələr davam edir
- [12:32]
Sabahın hava proqnozu açıqlanıb
- [12:30]
Bu saata olan əsas xəbərlər
- [12:00]