YOL-NƏQLİYYAT HADİSƏLƏRİNDƏ 4 NƏFƏR ÖLMÜŞDÜR
Bakı, 4 noyabr (AZƏRTAC). Şamaxı rayonunda Salyan sakini Baba Məmmədov idarə etdiyi “ VAZ-21099” markalı avtomaşını dirəyə vurmuşdur. Nəticədə avtomobilin sərnişini, Şamaxı rayon sakini Sürmə Dəmirova hadisə yerində ölmüşdür.
Qobustan rayonunda Şamaxı rayon sakini Yunis Xasıyevin idarə etdiyi “VAZ-2103” markalı və Tərtər rayon sakini Cahangir Qəhrəmanovun sürdüyü “Ford ” markalı avtomaşınlar toqquşmuşdur.
Qəza nəticəsində “VAZ-2103”-ün sürücüsü və sərnişinlərindən Şamaxı rayon sakinləri - Ağasəf Cəbrayılov və körpə uşaq hadisə yerində ölmüş, xəsarət almış Gülər Cəbrayılova, habelə C.Qəhrəmanov xəstəxanaya yerləşdirilmişlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, faktlarla əlaqədar araşdırmalar aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]