YOL -NƏQLİYYAT HADİSƏLƏRİNDƏ 2 NƏFƏR ÖLMÜŞDÜR
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Bakı şəhər sakini Tofiq Hüseynov idarə etdiyi “Toyota” markalı avtomaşınla Səbail rayonundakı F.Qurbani küçəsində Günel Əsədullayeva və Yetər Həşimovanı vurmuşdur.
Xəsarət almış G.Əsədullayeva və Y.Həşimova xəstəxanaya yerləşdirilmişlər. G.Əsədullayevanın həyatını xilas etmək mümkün olmamışdır.
Qəbələ rayonu ərazisində, rayon sakini Qabil Aslanov idarə etdiyi “VAZ-2107” markalı avtomaşınla Nurəhməd Əfəndiyevi vurmuş, piyada hadisə yerində ölmüşdür.
Faktlarla bağlı cinayət işi açılmışdır, araşdırmalar aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]