Yevlaxda odlu silah aşkar edilərək götürülüb
Yevlax, 23 mart, AZƏRTAC
Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində qanunsuz olaraq odlu silah saxlamaqda şübhəli bilinən şəxs müəyyən edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Yevlax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə rayon sakini Elsevər Quliyev saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman lüləyi və qundağı kəsilmiş, atəşə yararlı 1 ədəd tüfəng və patronlar aşkar edilərək götürülüb.
Faktla bağlı Yevlax RPŞ-də araşdırma aparılır.