YENİ XƏSTƏXANA TİKİLİR
Ağstafa rayonunun Eynallı kəndində 25 çarpayılıq yeni xəstəxana inşa edilir.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, tikintisi bu yaxınlarda başa çatacaq xəstəxana müasir tibbi ləvazimatlarla təmin olunacaq. Xəstəxananın tikintisinə xərclənən vəsaitin 49 faizini Alman Texniki Əməkdaşlıq Təşkilatı, 51 faizini isə Eynallı kənd icması ödəyir.