YENİ İMKANLAR AÇILIR
Azərbaycanda keçirilən Polşa Milli Sərgisində iştirak edən bu ölkənin Fiziologiya və Eşitmənin Patalogiyası İnstitutunun xarici əməkdaşlıq bürosunun assistenti Kinqa Voluyebiç AZƏRTAC-ın müxbirinə demişdir ki, bizim institut eşitmə, duyğu, nitq problemlərinin müalicəsi və reabilitasiyası ilə məşğul olur. Eşitmənin yoxlanılması, nitq və görmə problemləri üzrə proqramlar, xüsusilə təzə doğulmuş uşaqlarda eşitmə və duymanın obyektiv yoxlanması proqramı sərgi iştirakçılarının böyük marağına səbəb olmuşdur. İnstitutda qulaq əməliyyatları aparılır, həm də bu sahə üzrə cərrahiyyə və reabilitasiyanın öyrənilməsi kursları təşkil olunur.
Sərgidə, həmçinin avadanlıq və cihazlar da nümayiş etdirdiklərini deyən Kinqa Voluyebiç, azərbaycanlı həkimlərin institutda təlim keçmələrini təşkil etməyə hazır olduqlarını bildirmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]