YENİ HƏRBİ İTTİFAQ YARADILIR
Hazırda ABŞ-ın Cənubi Koreya və Yaponiya ilə müdafiə ittifaqı haqqında ikitərəfli müqavilələri var, lakin ölkənin hərbi komandanlığı hesab edir ki, Uzaq Şərqdə hərbi kooperasiyanı genişləndirmək lazımdır, çünki Çinin hərbi gücü artır, Şimali Koreyanın nüvə proqramına dair danışıqları isə, əslində, çıxılmaz vəziyyətə düşmüşdür.
ABŞ-ın hərbi strategiyası haqqında fevralda yayılmış məruzədə (belə məruzələr dörd ildə bir dəfə açıqlanır) Çin Amerika ilə rəqabət üçün daha böyük hərbi potensiala malik ölkə adlandırılmışdır. Hərbi ekspertlərin fikrincə, ABŞ Uzaq Şərqdəki tərəfdaşlarının Çinlə yaxınlaşmasına yol verməmək üçün onlarla əməkdaşlığı genişləndirməyə çalışır.
Ekspertlər qeyd edirlər ki, bu günlərdə Hindistanla bağlanmış sazişlərdən bu ölkəni “Çinə qarşı istehkam”a çevirmək məqsədi güdülür.