YENİ GÖMRÜK TERMİNALININ TİKİNTİSİNƏ BAŞLANILMIŞDIR
Azərbaycan Dövlət Gömrük Komitəsinin potensialının artırılması və məlumatların ötürülməsi şəbəkəsinin yaradılması layihəsinin 3-cü mərhələsinə uyğun olaraq, Xaçmaz Gömrük İdarəsində “Gömrük rəsmiləşdirilməsi və avtomatlaşdırılmış nəzarət sistemi”nin tətbiqinə başlanılmışdır.
Komitədən AZƏRTAC-a verilən məlumata görə, İdarənin maddi-texniki bazasının möhkəmləndirilməsi, onun müasir avadanlıq və texniki vasitələrlə təchiz edilməsi istiqamətində işlər aparılmış, “Samur” gömrük postunun yenidən qurulmasına və yaxınlıqdakı 5 hektar sahədə gömrük terminalının tikintisinə başlanılmışdır.
Bundan əlavə, “Şirvanovka” postunda müasir tələblərə cavab verən kompleksdə inşaat işləri başa çatmaq üzrədir. Sərhəd gömrük postlarında malların və nəqliyyat vasitələrinin maneəsiz hərəkətini təmin etmək, gömrük qaydalarını sadələşdirmək, respublikadan kənd təsərrüfatı mallarının, xüsusən meyvə və tərəvəzin ixracında növbələrə yol verməmək, eləcə də boşdayanmaları aradan qaldırmaq üçün əlavə tədbirlər həyata keçirilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.11.2026 [19:14]
Altı marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilir
- 19.11.2026 [18:37]
Daha bir şirkət Ağdam Sənaye Parkının rezidenti olub
- 19.11.2026 [18:17]
Gömrükçülər pirotexniki vasitələr aşkar ediblər
- 19.11.2026 [17:27]