Yaşayış yerlərində profilaktik tədbirlər görülür
Bakı, 17 mart (AZƏRTAC). Yanğın təhlükəsizliyinin təmin edilməsi, insanların həyat və sağlamlığının etibarlı qorunması, həmçinin baş verə biləcək hadisələrin qarşısının alınması məqsədi ilə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin Muğan Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşları qabaqlayıcı tədbirləri davam etdirirlər.
FHN-dən AZƏRTAC-a bildirmişlər ki, bu günlərdə Salyan rayon ərazisində yerləşən yaşayış binalarında və binalara məxsus ərazilərdə Mənzil İstismar Təmir-Tikinti İstehsalat Birliyinin və Salyan Qaz İstismar Sahəsinin nümayəndələri ilə birlikdə yanğın-texniki müayinələr keçirilmişdir.
Müayinələr zamanı bəzi yaşayış binalarının daxili və xarici qaz kəmərlərinin norma və qaydaların tələblərinə uyğun aparılmadığı, tüstü bacalarının və borularının binaların çardaq örtüyünə çıxan hissələrinin nasaz vəziyyətdə olması, binaların çardaq-dam örtüyü və zirzəmilərin təmiz vəziyyətdə saxlanılmaması, orada yanğın təhlükəsi yarada biləcək müxtəlif əşyaların yerləşdirilməsi faktları aşkar edilmişdir. Müayinələr zamanı aşkar edilmiş nöqsanlar barədə, həmçinin binalar ətrafında yeraltı qaz xətlərindən qazın torpağın altı ilə yol taparaq binaların zirzəmilərinə, kommunikasiya xətlərinə, kanal və quyulara sızmasının qarşısının alınması istiqamətində zəruri işlərin həyata keçirilməsi üçün müvafiq tədbirlər görülmüşdür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]
Bakıda 5 heyvan kəsimi və ət satışı məntəqəsi ilə əlaqədar tədbir görülüb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Sabahın hava proqnozu açıqlanıb
- [13:03]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Peruda güclü zəlzələ baş verib
- [07:09]