Yardımlıda sənaye məhsulları istehsalı 4,1 dəfə artıb
Yardımlı, 4 fevral, Bağır Əliyev, AZƏRTAC
Ötən il Yardımlı rayonunda istehsalın əsas sahələrində 84 milyon 117,1 min manatlıq məhsul buraxılıb. 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə məhsul buraxılışının həcmi sənaye sahəsi üzrə 4,1 dəfə artıb. Məhsul istehsalı kənd təsərrüfatı sahəsi üzrə 106,4, tikinti sahəsi üzrə 67,7, nəqliyyat və anbar təsərrüfatı sahəsi üzrə 101,7, informasiya və rabitə sahəsi üzrə 104,7, ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsi üzrə isə 109,9 faiz təşkil edib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Yardımlı Rayon Statistika İdarəsindən məlumat verilib.
Bildirilib ki, məhsul buraxılışının ümumi həcmində kənd təsərrüfatı sahəsinin xüsusi çəkisi 56, ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsi üzrə 28,1, sənaye sahəsi üzrə 7,6, tikinti sahəsi üzrə 6,6, nəqliyyat və anbar təsərrüfatı sahəsi üzrə 1, informasiya və rabitə sahəsi üzrə 0,7 faiz təşkil edib.
Buraxılmış məhsulun 3,7 faizi dövlət, 96,3 faizi isə qeyri-dövlət mülkiyyətinə aid statistik subyektlərin payına düşür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.11.2026 [13:27]
Soltanlı kəndində daha 16 ailəyə evlərinin açarları təqdim olunub
- 19.11.2026 [13:13]
Tovuzda sahibkarlıq subyektlərinin fəaliyyəti ilə tanışlıq olub
- 19.11.2026 [12:05]
İki fəslin görüşdüyü məkan – Şahdağ Milli Parkı VİDEO
- 19.11.2026 [10:25]
Naxçıvanda daşınmaz əmlak sahəsində 11 min 746 elektron müraciət daxil olub
- 19.11.2026 [10:17]
Naxçıvanda daşınmaz əmlakın dövlət qeydiyyatı 20 faizdən çox artıb
- 19.11.2026 [10:03]