Yardımlıda açıq ərazidə yanğın baş verib
Bakı, 18 sentyabr, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Yardımlı rayonunun Eçara kəndində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Yardımlı Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə yerinə cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində açıq sahədə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində 2 hektar sahədə quru ot yanıb.
Ətraf ərazilər, o cümlədən yaxınlıqdakı tikililər və hava elektrik xətləri yanğından mühafizə olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.11.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 11.11.2026 [19:51]
Əfsanə Mehdiyeva RAGB-nin gələcəyi və gənclər diplomatiyası haqqında
- 11.11.2026 [19:38]
Bir gözü yolda, bir gözü ekranda... VİDEO
- 11.11.2026 [19:34]
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub
- 11.11.2026 [19:33]
Media və Yayım Şurasının təşəbbüsü ilə növbəti təlim proqramına başlanılıb
- 11.11.2026 [19:18]