Yardımlıda 320 hektar sahədə yazlıq bitkilər əkilib
Yardımlı, 7 mart, Bağır Əliyev, AZƏRTAC
Yardımlı rayonunda 2021-ci ilin məhsulu üçün yazlıq bitkilərinin əkin kampaniyasına start verilib. Martın 1-də rayon üzrə 320 hektar sahədə müxtəlif növ yazlıq bitkilər əkilib. Bunun 33 hektarı dənli və dənli paxlalı bitkilər, 227 hektarı kartof sahəsi, 60 hektarı isə müxtəlif növ tərəvəz bitkiləridir.
Bu barədə Yardımlı Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə məlumat verilib.
Bildirilib ki, rayonda əkilən tərəvəz bitkilərinin əsasını baş soğan və sarımsaq təşkil edir. Rayonda ötən ilin müvafiq dövrünə nisbətən 5 hektar sahədə çox əkin aparılıb.
Rayonun Şiləvəngə, Çayüzü, Ərsilə, Vərov və Zevin ərazi nümayəndəliklərinin təsərrüfatları əkin kampaniyasında fəal iştirak edirlər.
Hazırda Yardımlıda yazlıq bitkilərin əkin kampaniyası davam edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.11.2026 [18:46]
Bakı sakini Qazaxda dəm qazından boğularaq ölüb
- 21.11.2026 [16:05]
Sənətkarlarımız yenidən “Ağdam üçün oxu”yur VİDEO
- 21.11.2026 [12:08]
Əziz Əliyevin 130 illik yubileyi Qubada qeyd edilib VİDEO
- 21.11.2026 [11:35]
Naxçıvanda genişmiqyaslı ağacəkmə aksiyası - 13 min ting əkilib
- 21.11.2026 [11:03]
Göygöldə Dövlət Proqramının icra vəziyyəti araşdırılıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Sabahın hava proqnozu açıqlanıb
- [13:03]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Peruda güclü zəlzələ baş verib
- [07:09]