YARDIMLI FUTBOLÇULARININ UĞURLARI
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Yardımlı rayon uşaq-gənclər idman məktəbinin yeniyetmələrdən ibarət “Sahil” futbol komandası Biləsuvar rayonunda keçirilən zona birinciliyində uğurla çıxış edərək respublika “Sevinc” kuboku yarışlarına vəsiqə qazanmışdır.
Yardımlı futbolçularından iki nəfəri - Arif Əhədov və Tural Müslümov yeniyetmələrdən ibarət Azərbaycanın yığma komandasına dəvət almış və təlim məşqlərinə başlamışlar.