Yanğınların qarşısı alınmışdır
Bakı, 4 iyul (AZƏRTAC). İyulun 3-də Beyləqan rayonunun Şərq qəsəbəsində vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 4 ton ot bağlaması yanmışdır.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, yanğın saat 20:38-də söndürülmüşdür.
İyulun 3-də İmişli rayonunun Çaxar kəndində isə yanğın nəticəsində ümumi sahəsi 117 kvadratmetr olan birmərtəbəli 4 otaqlı fərdi evin dam örtüyünün yanar konstruksiyaları 60 kvadratmetr sahədə yanmışdır.
Hadisə yerinə cəlb olunmuş yanğınsöndürənlər evin qalan hissəsini alovdan mühafizə etmişlər. Yanğın saat 22:10-da söndürülmüşdür.
İyulun 3-də Masallı rayonunun Çayqırağı kəndində vətəndaşa məxsus ümumi sahəsi 36 kvadratmetr olan tövlənin çardağının 26 kvadratmetr sahəsi və buraya yığılmış 2 ton ot bağlaması yanmışdır.
Yanğının qarşısı saat 18:39-da alınmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]