YANĞINDAN EHTİYATLI OLUN!
Baş Dövlət Yanğın Təhlükəsizliyi İdarəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, Ağdaş şəhərindəki N.Nərimanov küçəsi 31-də baş vermiş yanğın nəticəsində Niyazi Mirzəyevin ümumi sahəsi 140 kvadratmetr olan ikimərtəbəli evi yararsız hala düşmüşdür. Hadisəyə səbəb elektrik naqillərində baş vermiş qısaqapanma olmuşdur.