Yanğın hadisələrinin qarşısı alınmışdır
Bakı, 7 iyul (AZƏRTAC). Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları paytaxtda və Sumqayıt şəhərində baş vermiş yanğınların yayılmasının qarşısını almışlar.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, iyulun 6-da Yasamal rayonunda vətəndaşa məxsus ümumi sahəsi 63 kvadratmetr olan 4 otaqlı mənzilin 1 otağı ev əşyaları ilə birlikdə tamamilə yanmışdır. Mənzilin dəhlizində olan kondisioner də yüksək temperatura dözməyərək ərimişdir.
Yanğınsöndürənlər alovun digər otaqlara və tikililərə keçməsinin qarşısını almışlar.
Sumqayıt şəhərində isə ümumi sahəsi 35 kvadratmetr olan birmərtəbəli 2 otaqlı fərdi evin yanar konstruksiyaları ev əşyaları ilə birlikdə 12 kvadratmetr sahədə yanmışdır.
Hadisə yerinə cəlb olunmuş FHN əməkdaşları burada da alovu söndürmüşlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]