Azərbaycan Dövlət İnformasiya Agentliyi

Yaman olur yaddaş ağrısı...

Yaman olur yaddaş ağrısı...

Bakı, 30 mart, AZƏRTAC

Bu günlərdə M.S.Ordubadinin “Qanlı illər” əsərini yenidən oxuyarkən 1905-ci ilin hadisələri gözlərimin qarşısında canlandı. Soydaşlarımızın milli münaqişələr zəminində şahidi olduqları hadisələri güzgü kimi əks etdirən mənzərə - Qərbi Azərbaycanda, Bakıda, ölkəmizin bir sıra bölgələrində ermənilər tərəfindən törədilən iğtişaşlar, başımıza gətirilən faciələr haqqında yerlərdən göndərdikləri məlumatlar, xəbərlər qəlbimi ağrıdırdı. Kitabı yeni nəzərlərlə gözdən keçirdikcə, hələ o vaxtlardan ermənilərin ürəklərində toxum kimi cücərtdikləri “böyük Ermənistan” yaratmaq arzularının, torpaqlarımızın hesabına ərazilərini genişləndirmək, yeraltı və yerüstü sərvətimizə sahib olmaq iddialarının iyrəncliklərinin bir daha şahidi olurdum...

XX əsr Qərbi azərbaycanlıların yaddaşına “didərgin”, “köçkün”, “qaçqın” kimi yazıldı. Ermənilər havadarlarının gücü, köməyi ilə bütöv bir əsrdə nə qədər qan tökdü, kəndlərimizi, qəsəbələrimizi yandırdı. Milləti qarlı-çovğunlu günlərdə evlərindən çıxarıb düzlərə, dağlara qovdu. Xalqa soyqırımı faciəsini yaşatdılar. Doğma yurdu, el-obanı isə heç vəchlə unutmaq olmur. O itirilmiş torpaqlarda babalarımızın ruhu dolaşır. İsti ocaqlarından, barlı-bəhrəli torpaqlarından əli üzülmüş soydaşlarımızın taleyi, yurd yerlərinin nisgili, itkilər fiziki, həm də mənəvi ağrılarımızdır.

Ötən əsrdə minlərlə soydaşımız kimi köküm-nəslim də erməni-müsəlman münaqişələrində dədə-baba torpaqlarımız olan Qərbi Azərbaycandan üç dəfə köçürülərək Şimali Azərbaycanın müxtəlif bölgələrinə səpələniblər. İrəvan ziyalılarından olan babam, yazıçı-publisist Məmmədəli Nasir 1918-ci ildə bu hadisələrin mahiyyətindən, soydaşlarına edilən zülmlərdən bəhs edən yazılarla Bakı mətbuatında, eyni zamanda, belə bir qarışıq vaxtda İrəvanda yerli ziyalılardan Mirməhəmməd Mirfətullayev və tələbə Rza Tağıyevlə birgə açdığı “Cavanlar şurası” qəzetində düşmənçiliyə geniş meydan açan Daşnaksütyun partiyasının qanlı əməllərini ifşa edirdi. Elə həmin vaxtlarda daşnakların təqibinə məruz qalan M.Nasir Gəncəyə gəlmiş, ictimai və yaradıcı fəaliyyətini burada davam etdirmişdir. O, həmin dövrdə Gəncədə, Qazaxda, Ağdaşda İrəvan mühacirlərinin acınacaqlı həyatını görür, müşahidə edir. Bütün bunlardan ürəyi ağrıyan yazıçı-publisist gördüyü hadisələrdən dəhşətə gələrək Bakı mətbuatına həyəcanlı məktublar göndərirdi. Belə məktubların birində müəllif yazırdı: “İki ildən artıqdır ki, daşnakların növbənöv zülm və təərüzlərinə düçar olan İrəvan dairəsinin işçi və kəndçiləri Azərbaycanın hər tərəfinə səfil, ac, çılpaq dağıldıqları kimi, bir çoxları da Gəncədə yaşayırlar. Bir bölük insan kütləsinin hazırkı məişət və diriliklərini görsək olursaq, o zavallıların nə dərəcədə əskik həyat sürdüklərinə hökm etməliyik. İki ildən ziyadə paltar, yemək, rahatlıq, yataq görməyən biçarələr qapısız, akoşkasız daxmalarda yaşayırlar. Qaranlıq, rütubətli daxmalarda yaşayan kəndçilər tif-vaspalenka mərəzinə mübtəla olaraq, divarlar dibində açıq havada can verərək ölürlər, günlərcə kəfənsiz, dəfnsiz qarın, boranın qabağında qalırlar. Gəncə stansiyalarının yanmış odalarında həkimsiz, dərmansız acından zarıldayan zavallı bədbəxtlər hər kəsin gözləri önündədir... Əgər səsimizi eşidən, fəryadlarımıza çatan, bir bölük məzlum insanlara mərhəmət, şəfqət edən varsa, uca bir səslə deyirik: bu gün hər yerdə, Azərbaycanın şəhər və qəsəbələrində İrəvan mühacirləri acından, soyuqdan və xəstəlikdən tələf olub gedir. İmdadə mərhəmət! Şəfqət ediniz, dəhşət və fəlakətlərə məruz qalan bir bölük zavallı insanlara!” (“Azərbaycan füqərası”, 2 fevral 1920). Bu, ötən əsrdə xalqımızın yaşadığı ikinci böyük faciə, doğma torpaqlarından qovulan soydaşlarımızın acı taleyinin açıq-aşkar görüntüsü idi. Çox təəssüf ki, xainlərin xəyanətkarlığının dönə-dönə şahidi olsaq da qonaqpərvərliyimiz, ürəyi yumşaqlığımız əsrlər boyu gözümüzün qarşısına pərdə çəkib. Ötən tarixlərdə “barışıqların” havası arxayın salıb bizi, unutqan olmuşuq. Odur ki, itkilərimiz - soyqırımı faciələrimiz yaddaşımızı ağrıdır...

1948-1950-ci illərdə “könüllü köçürülmə” adı ilə yenə Azərbaycanın və Gürcüstanın rayonlarına, kəndlərinə köçürülənlər arasında 1950-ci ildə Mil düzünə gələn, Beyləqanda məskunlaşan valideynlərim də köçkünlüyün acısını, qırılıb-itən doğmalarının həsrətini ömürləri boyu ağır dərd kimi ürəklərində daşıdılar...

1988-ci ildə İrəvanda bütün eli, obasıyla qovulan, məşəqqətlər içində canını və balalarını götürüb qaçan insanların içərisində kökümün, nəslimin qalan qol-budaqları əzəli torpaqlarından didərgin düşdülər. Üstündən azca ötmüş doğma Qarabağımızın başı üstündən qara yellər əsdi. Erməni işğalçıları havadarlarının yardımı, köməyi ilə soydaşlarımızı böyük itkilərə, qanlı faciələrə məruz qoydular. Vətənin içində tərki-vətən olduq. Mədəni abidələrimiz dağıdıldı, talan edildi...

Qərbi Azərbaycanda bir nəfər də olsa soydaşımızın qalmaması səbəbindən o yerlərdən əlimizin üzülməsinin gələcək nəsil tərəfindən unudulacağı fikri məni yaman qorxudur. Vaxt-zaman ötdükcə unutqanlığımız yaranarsa, necə olar halımız... Amma nə yaxşı ki, tarixin yaddaşı etibarlıdır. İllər, qərinələr, hətta minillər ötsə belə, əsrlərin daş yaddaşı heç şübhəsiz, unutqanlığa yol qoymayacaq. Bu gün bizin nəslin çiynində bir yük, vəzifə borcu var. Biz o yerlərdə kök atmış şəcərəmizi, ədəbi-mədəni abidələrimizi zaman-zaman tədqiq etməli, mənəvi dəyərlərimizi üzə çıxarmalı, onların yazılı tarixini yaratmalıyıq. Bu istiqamətdə heç olmasa ermənilərin həmişə ehtiyat etdikləri sonrakı ağlımızın gücünü səfərbər edib iş görməliyik. Orda yaşayıb-yaratmış insanların, ziyalı nəsillərin, ədəbi şəxsiyyətlərin həyatını, ictimai fəaliyyətini öyrənməliyik. Bu istiqamətdə müəyyən işlər görülsə də, səyimizi daha da artırmalıyıq. Ötüb-keçən tarixə, babalarımızın taleyinə işıq salmalıyıq. Çünki dədə-baba torpaqlarımızdan qovulmağımız heç vəchlə ədalətə, məntiqə sığan deyil! Biz bu ictimai ağrının kökünü aramalı, haqqımızı bərpa etməliyik. Unutmayaq ki, Qərbi Azərbaycanla Qarabağ problemi bizim bütöv ağrımızdır.

Qarabağ dərdimiz qaynarlığından düşməyən qəlbimizi yandırıb-yaxan bir mövzudur. Ümumiyyətlə, torpaqlarımızın iyirmi faizinin işğalı, bir milyondan çox qaçqınımızın yurd-torpaq sızıltılarıyla yaşadığı acı taleyi, haqqımızın tapdalanması tarixi bir faktdır. Dünya bu ədalətsizliyə sussa da, işğalçı bir dövlətin çirkin siyasətinə göz yumsa da, haqqın tərəzisi göz qabağındadır... Biz heç vaxt qonşu dövlətlərin ərazisinə xain gözlə baxmamışıq, özgə torpaqlarının hesabına torpağımızı artırmamışıq. Amma ürəyimizin genişliyindən, açıqlığından, humanistliyimizdən, insansevərliyimizdən yersizə yer verib, ən ağır günlərində onlara həyan olmuşuq. Sözümüzə qüvvət olsun deyə, ermənilərə səxavətlə qucaq açdığımız, qayğı göstərdiyimiz, onların aşla, özümüzün daşla qarşılandığımız vaxtlardan saysız-hesabsız nümunələr, misallar gətirə bilərik. Ancaq bu məlum həqiqətləri xatırlatmaqdan ötərək, son iki əsrdə xalqımızın üzləşdiyi faciələrin kökü elə burdan başlayır, deməkdə israrlıyıq.

Təəssüflər olsun ki, ötən əsrdə daşnakların başımıza gətirdiyi faciələrdən uzun müddət bəhs edə bilməmişik. Çünki o zamanın ideologiyasına uyğun olaraq Hayastanla Azərbaycan “qardaş” idi. Əzilən, döyülüb-öldürülən, yurdları viran qoyulan soydaşlarımız zaman-zaman faciələr yaşasalar da, biz yenə də dostluqdan, qardaşlıqdan yazmağa məhkum idik. Bir tərəfdən də informasiya blokadasına alınmışdıq. Amma bu gün gənclərin, tələbə jurnalistlərin, bütövlükdə qələm əhlinin üzünə tarixi həqiqətləri əks etdirən mətbuat, xəbər portalları açıqdır. Biz bu fürsətdən həmişə, hər yerdə yararlanmalıyıq. Biz bu gün işğalçı dövlətin haqsızlığının qarşısına keçməli, onu durdurmalı, aşıb-daşan iştahalarına, iddialarına son qoymalıyıq. Onların nəzərində “unutduğumuz” Qərbi Azərbaycan torpağındakı hüquqlarımızın bərpası yolunda da çalışmalıyıq. İrəvan xanlığının sakinləri olaraq yerimizin, ata-baba ocaqlarımızın hesabını çəkməliyik.

Dünənimizlə müqayisədə bu gün hadisələrə daha ayıq nəzərlərlə baxmağa çalışırıq. Bunun başlıca səbəbi, heç şübhəsiz, milli oyanışımızın səbatlı bir axara düşməsidir.

Unutmamalıyıq ki, Qərbi Azərbaycan itkilərimizlə Qarabağ ağrılarımız bütöv dərdimizdi. Qarabağ mövzusu mətbuatımızda, ədəbiyyatımızda əbədi olan bir mövzudur. Bu gün mətbuata gələn gənc qələm sahibləri Qarabağ mövzusunda yazarkən həssas olmalı, xalqımızın yaşadığı tarixi hadisələri dərindən öyrənərək araşdırmalıdırlar. Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsində rus siyasətinin iyrəncliklərindən xəbərdar olmalıdırlar. Onlar 1905-1907, 1915-1918, 1948-1953, 1988-ci illərdə baş verənləri bilmədən, öyrənmədən bu siyasi hadisələri obyektiv şəkildə işıqlandıra, qiymətləndirə bilməzlər. Başqa bir tərəfdən, bu münasibətlər gözlədiyimiz təsiri, nəticəni verməz.

Yeri gəlmişkən, I Pyotrun 1725-ci ildə yazdığı vəsiyyətnaməsindən çoxumuz xəbərdarıq. Çarın bu məktubu ilə illər öncə klassik mətbuatımızı araşdırarkən “Dirilik” jurnalının 1916-cı ildəki saylarının birində tanış olmuşdum. O, həmin məktubunda övladlarına rus səltənətinin bütün dünyaya hökmran olması yollarını göstərmiş, Türkiyəni Avropadan ayırmağı tövsiyə etmişdir. Demişdir ki, Rusiya dövlətini o zaman dünya dövləti adlandırmaq olar ki, onun paytaxtı Asiya və Avropa xəzinələrinin açarı olan İstanbul olsun. İstanbula sahib olan çar İlahi çar olacaqdır... Aydındır ki, vərəsələri I Pyotrun vəsiyyətlərini bir təlimat kimi qəbul edərək yüzillər boyu mərhələ-mərhələ ona əməl etməyə çalışmışlar.

Biz, I Pyotrun öz varislərinə vəsiyyət etdiyi, dünyaya hakim olmaq kimi cəfəng iddialardan çox-çox uzağıq. Lakin belə-belə təlimatlardan özümüz üçün heç olmasa bu nəticəni çıxarmalıyıq ki, vətənimizin, torpaqlarımızın tam hüquqlu sahibi olmalı, onu canımız qədər qorumağı bacarmalıyıq. Bir də “didərgin”, “köçkün”, “qaçqın” kimi qəlb incidən, ürək göynədən adlarla dədə-baba ocaqlarından ayrı düşən, bu dərdlərə dözməyib dünyasını dəyişən soydaşlarımızın ruhu bağışlamaz, dara çəkər bizi.

Şəfəq Nasir

yazıçı, publisist

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan nefti 102 dollara satılır

Hörmüz boğazında tanker minaya düşərək yanıb

Füzulidə ağır yol-nəqliyyat hadisəsi baş verib, 3 nəfər ölüb

Yəməndə gedən döyüşlər səbəbindən 340 mindən çox insan qaçqın vəziyyətinə düşüb

Hörmüz boğazında gəmiçilik trafiki müharibədən əvvəlki səviyyədən 65 faiz azdır

Tramp Çin və Rusiya liderləri ilə ilk dəfə üçtərəfli görüş keçirəcək

Husilər Ər-Riyad hava limanına növbəti zərbə endirdiklərini bildiriblər

ABŞ Ukrayna pilotlarının F-16 qırıcılarını idarə etməsi üzrə təlimləri davam etdirir

“Sky News”: Böyük Britaniyadakı ABŞ aviabazası üzərində naməlum dronlar aşkarlanıb

ABŞ-də dörd saatdan çox davam edən uçuş məhdudiyyəti aradan qaldırılıb

İraq ABŞ-nin himayəsi altında Hörmüz boğazından neft ixracını bərpa edib

Ordubadda ağır yol qəzası olub, bir nəfər həyatını itirib

Yeni Orlean limanı yaxınlığında gəmi qəzası nəticəsində 32 nəfər xəsarət alıb

“Bloomberg”: FTB ABŞ-də uçuşların dayandırılmasını kiberhücumla əlaqələndirmir

UEFA Millətlər Liqası: Niderland Yunanıstan yığmasını böyük hesabla məğlub edib

Millətlər Liqası: Azərbaycan yığması Lixtenşteynə qalib gəlib

Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının bağlanış mərasimi olub

ABŞ-də bütün hava limanlarında uçuşların dayandırılması barədə qərar verilib

Leyla Əliyeva COP31-də Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Tullantı Fondunun birgə pavilyonunda olub, bir sıra ekspertlərlə görüşüb

Fon der Lyayen: Aİ Ukrayna ilə bağlı danışıqlarda atəşkəs və təhlükəsizlik zəmanətlərini prioritet sayır

Tusk: Polşa Ukrayna üçün silah alınmasını maliyyələşdirməyəcək

Avropa Xəbər Agentlikləri Alyansı TASS-ı üzvlükdən çıxarıb

Balakəndə tədbir: “Uşaq hüquqları – sağlam və təhlükəsiz gələcəyin təminatı”

Polşanın Suriyadakı səfirliyi 15 ildən sonra yenidən açılacaq

Aİ Rusiya ilə danışıqlar aparmaq üçün nümayəndə heyətinin tərkibini təsdiqləyib

Antonio Quterreşin COP31-də vida nitqi: Yanan planetdə sülh qura bilməzsiniz

DİN yeraltı keçiddən istifadə etməyən piyadalara müraciət edib

Azərbaycanda Geoloji parkın yaradılması istiqamətində işlər davam etdirilir

İraq boru kəmərlərinin mühafizəsi üzrə ixtisaslaşmış təhlükəsizlik qüvvələri yaradıb

Maliyyə Nazirliyinin kollegiyasında dövlət müəssisələri ilə işin təşkili nəzərdən keçirilib

BEA: Qlobal elektrikləşdirmə hədəfinin investorların marağını artıracağı gözlənilir

Aİ liderləri: Avropanın təhlükəsizliyi Ukrayna ilə bağlı sülh danışıqlarının bir hissəsi ola bilməz

® ABB istiqrazlarına investor marağı davam edir: iki buraxılış üzrə sifarişlər 22 milyon manatı keçdi

Leyla Əliyeva COP31 çərçivəsində Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib

NDU-da “Əcəmi 900: İpək Yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb VİDEO

NDU-da “Əcəmi 900: İpək Yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb VİDEO

Almaniya gələn həftə Ukraynanın müttəfiqlərinin sammitini keçirəcək

“Evklid” missiyası 900 milyondan çox qalaktikanı müşahidə edib

Bundestaq Almaniyanın NATO-nun “Sea Guardian” missiyasında iştirakının müddətini uzadıb

İğdırda Zəfər Gününə həsr olunmuş müsabiqələrin qalibləri mükafatlandırılıb VİDEO

İğdırda Zəfər Gününə həsr olunmuş müsabiqələrin qalibləri mükafatlandırılıb VİDEO

Qazaxıstan Prezidenti ölkənin nəqliyyat sektorundakı vəziyyəti tənqid edib

“Sky”: Britaniyada “Microsoft” servislərində problemlər parlamentin və təcili xidmətlərin işinə təsir edib

Azərbaycanla Vyetnam arasında qarşılıqlı investisiyaların təşviqi imkanları nəzərdən keçirilib

Paris küçələrinə 60 minə yaxın etirazçının çıxacağı gözlənilir

Dövlət Komitəsinin sədri COP31 iştirakçılarına Azərbaycanın milli inkişaf prioritetləri haqqında məlumat verib

Dublin Sammiti: Prezident İlham Əliyevin diplomatiyası ölkənin mövqeyini gücləndirir

Bu saata olan əsas xəbərlər

Dublində diplomatik gündəm: Azərbaycan faktoru VİDEO

Dublində diplomatik gündəm: Azərbaycan faktoru VİDEO

Gənclərə şəhərsalma sahəsində mövcud çağırışlara müasir texnologiyalar vasitəsilə həllər hazırlaması təşviq edilir

KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı VİDEO

KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı VİDEO

Qazaxıstanlı politoloq Prezident İlham Əliyevin diplomatiya kursu, Azərbaycanın beynəlxalq nüfuzu barədə danışıb

Professor: Dublin Sammiti Azərbaycanın Avropa siyasi məkanında artan çəkisini göstərir

Kimya İnstitutunun tədqiqatları Çexiyada beynəlxalq konfransda təqdim olunub

“Kür” komandasının baş məşqçisi: Cavab oyununda qalib gələrək mübarizəni davam etdirmək lazımdır

Avropa Kuboku: "Kür" həndbol komandası ilk matçda Şimali Makedoniya təmsilçisinə uduzub

“NVIDIA Inception” proqramına seçilmiş Azərbaycan startapının süni intellekti 10 min kameranın görüntüsünü eyni vaxtda təhlil edir

Azərbaycan–Britaniya münasibətlərində yeni mərhələ: Strateji tərəfdaşlıq və Bakının artan geosiyasi gücü - TƏHLİL

Avropa İttifaqı karbon emissiyası kvotalarının artırılması barədə qərar qəbul edib

Gələn ilin dövlət büdcəsinin layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib VİDEO

Gələn ilin dövlət büdcəsinin layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib VİDEO

İpoteka və Kredit Zəmanət Fondu, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və “AzInTelecom” birgə məlumat yayıb

Biləsuvarda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

İqlim dəyişmələrinə uyğunlaşma həlləri üzrə bazarın həcmi 1 trilyon dolları ötür - Hesabat

Azərbaycan səfiri FAO yanında daimi nümayəndə kimi etimadnaməsini təqdim edib

Bəxtiyar Aslanbəyli: Süni intellektin tətbiqində hüquqi və etik məsuliyyət mexanizmləri müəyyənləşdirilməlidir

Gənclər Fondu: Əsas məqsədimiz gənclərin insanyönümlü şəhər ideyasına yaxınlaşmalarıdır

Zülfiyyə Nuriyeva: Qarabağ və Şərqi Zəngəzurda quruculuq işləri sürətlə davam etdirilir

Milli Azərbaycan Tarixi Muzeyində “Qazaxların ənənəvi mədəniyyəti” adlı beynəlxalq sərgi açılıb

Konsertmeyster Mərvidə Hüseynova: Azərbaycan daim mədəniyyətlərin kəsişmə nöqtəsi olub

Askar Axmanov: Azərbaycan və Qazaxıstan xalqlarını ortaq tarix, dil, mədəniyyət və mənəvi dəyərlər birləşdirir

Səadət Yusifova: Qazaxıstanla mədəni əlaqələrimiz uğurla inkişaf etdirilir

Dublin görüşləri Azərbaycanın beynəlxalq nüfuzunun və Avropa ilə strateji tərəfdaşlığının gücləndiyini göstərir TƏHLİL

Peşəkar Futbol Liqası Dünya Liqaları Assosiasiyasının illik konfransında təmsil olunub

Sahibkarlarla görüş: qanunsuz heyvan kəsiminə qarşı nəzarət tədbirləri gücləndirilir

Hərbi İdarəetmə İnstitutunun kurs iştirakçıları AzTU-da infoturda olublar

Cəlilabad fermerlərin maliyyə idarəçiliyi sahəsində bilik və bacarıqları artırılır

Bakı məktəb və bağçalarının qış mövsümünə hazırlığı yekunlaşıb

Özbəkistan universitetlərində ortaq tarixi köklərimiz və mənəvi dəyərlərimiz təbliğ olunub

“Bitcoin”in qiymətində kəskin azalma qeydə alınır

® Azercell” və AKM kibertəhlükəsizlik sahəsində innovativ həllərin hazırlanmasına yönələn “FireWall 2026” hakatonuna start verir

COP31-də Türkiyənin bərpa təcrübəsi “Anka quşu” pavilyonunda nümayiş etdirilir

Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə ŞƏRH

Tacikistan səfiri: Milli mətbəx xalqın ənənələrinin qorunmasında mühüm rol oynayır

Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı yazılı imtahanın keçirilmə vaxtı dəyişdirilib

ABŞ-nin kommersiya neft ehtiyatları 5 milyon barelədək artıb

“Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətində səmərəliliyin artırılması ilə bağlı bir sıra normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 4 iyun tarixli 257 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb VİDEO

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 19 may tarixli 92 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Ölkədə süd üzrə yeni məhsul subsidiyası tətbiq olunacaq

Apellyasiya Arbitraj Tribunalı iki klubun şikayətini qismən təmin edib

“Dövlət icra məmurları haqqında”, “İcra haqqında” və “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 21 aprel tarixli 389-VIIQD nömrəli Qanununun qəbul edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Ali təhsil müəssisələrinə “Tədqiqat universiteti” statusu verilməsi üçün Tələblər”in təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 610 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

COP31 çərçivəsində “Tullantısız dayanıqlı həyat” layihəsinin təqdimatı olub

ADAU tələbələri innovativ suvarma layihələrini təqdim ediblər

Oktyabrda qlobal neft təklifi 2,3 milyon barel artıb

Beynəlxalq axtarışda olan şəxs Gürcüstandan Azərbaycana ekstradisiya olunub

“TotalEnergies” Azərbaycanda yeni Günəş və külək enerjisi layihələrində iştirakda maraqlıdır

Naxçıvanda kommersiya qurumlarının sayı 15,9 faiz artıb

Azərbaycan-Böyük Britaniya Strateji Tərəfdaşlığı: ölkəmizin beynəlxalq mövqeyi daha da möhkəmlənir - ŞƏRH

ADPU ilə ABŞ universitetinin ikili diplom proqramı genişləndirilir

Dublin sammiti: Avropanın strateji gündəliyində Bakının yeri TƏHLİL