YALAN MƏLUMATI VERƏNLƏR AŞKAR EDİLMİŞLƏR
Bakı, 20 yanvar (AZƏRTAC). Naməlum şəxs Qax Rayon Polis Şöbəsinin növbətçi hissəsinə zəng edərək məktəbə bomba qoyulduğunu söyləmişdir.
Dərhal keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində məlumatın yalan olduğu aşkar edilmişdir. Daxili İşlər və Milli Təhlükəsizlik nazirlikləri əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində zəngin rayonun Qaşqaçay kəndinin 14 yaşlı sakini tərəfindən edilməsi müəyyən olunmuşdur. Araşdırmalar aparılır.
Fövqəladə Hallar Nazirliyinin “112” xidmətinə daha bir zəng də olmuşdur. Naməlum şəxs “ermənilər belimə bomba qoyublar” deyərək telefonu qapamışdır.
Əməliyyat tədbirləri həyata keçirilmiş, məlumat yalan olduğu müəyyən edilmişdir. Araşdırmalar zamanı zəngin Beyləqan rayon sakini, 22 yaşlı Mirani Xəlilov tərəfindən edilməsi müəyyən olunmuşdur.
DİN-in mətbuat xidmətindən bildirmişlər ki, hər iki faktla bağlı araşdırmalar davam edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]