Azərbaycan Dövlət İnformasiya Agentliyi

XOCAVƏNDDƏN OLAN MƏCBURİ KÖÇKÜNLƏRLƏ GÖRÜŞ

XOCAVƏNDDƏN OLAN MƏCBURİ KÖÇKÜNLƏRLƏ GÖRÜŞ

Azərbaycan Prezidenti İlham Əliyev məktəblə tanışlıqdan sonra məcburi köçkünlərlə görüşmüşdür.

Xocavəndlilər dövlətimizin başçısını və xanımını böyük səmimiyyətlə salamladılar.

Prezident İLHAM ƏLİYEV onları təbrik edərək dedi:

-Sizi təbrik edirəm. Sizi qəsəbənin açılışı münasibətilə təbrik edirəm. Burada gözəl evlər tikilib, gedib baxdım, tanış oldum. Bu gözəl məktəb, tibb məntəqəsi - yəni yaşamaq üçün bütün imkanlar var. Bu qəsəbə çox qısa müddət ərzində salınıb, böyük keyfiyyətlə tikilibdir. Bu qəsəbənin açılışı bir daha onu göstərir ki, bizim bu istiqamətdəki siyasətimiz çox uğurludur. Son illər ərzində məcburi köçkünlərin yeni yaşayış qəsəbələri ilə təmin edilməsi işində çox böyük işlər görülmüşdür. On minlərlə soydaşımız artıq normal şəraitdə yaşayır, bütün çadır şəhərcikləri ləğv edilibdir, bir dənə də qalmayıbdır. Onların əvəzinə belə gözəl qəsəbələr, evlər tikilib, 500 kilometrdən çox avtomobil yolları, elektrik xətləri çəkilib, onlarca məktəb, tibb məntəqəsi inşa olunub, əkin sahələri ayrılıbdır. Yəni bütün imkanlar yaradılır ki, erməni işğalından, etnik təmizləmə siyasətindən əziyyət çəkən soydaşlarımız normal şəraitdə yaşasınlar. Azərbaycan dövlətinin imkanları artdıqca, bu işlərə daha da böyük vəsait ayrılacaqdır.

Qaçqınların və məcburi köçkünlərin yeni qəsəbələrə köçürülməsi prosesi ulu öndər Heydər Əliyev tərəfindən başlanmışdır və bu məqsədlərə nail olmaq üçün ilk vəsait Dövlət Neft Fondundan ayrılmışdır. Dövlət Neft Fondunun hesabına, daha doğrusu, Azərbaycan dövlətinin hesabına bu gün də belə gözəl işlər görülür. 500 milyon manatdan çox vəsait xərclənib və növbəti illərdə daha da xərclənəcəkdir. 2004-cü ildə “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət proqramı” qəbul edilmişdir. Demək olar ki, bu proqramda nəzərdə tutulmuş bütün məsələlər öz həllini tapmışdır. Keçən il proqrama əlavələr edilmişdir və bu əlavələr nəticəsində növbəti illərdə bütün başqa yerlərdə - fin qəsəbələrində, hərbi hissələrin ərazilərində, məktəblərdə, başqa yerlərdə yaşayan soydaşlarımız üçün də gözəl şərait yaradılacaqdır. Bu, Azərbaycan dövlətinin siyasətidir. Bizim imkanlarımız artır və uğurlu neft strategiyamız hesabına ölkəyə böyük vəsait daxil olur. İlk xərclər də məhz bu məqsədlərə sərf olunubdur. Biz növbəti illərdə bunu daha böyük məbləğdə ayıracağıq ki, bizim soydaşlarımız, müvəqqəti də olsa, normal şəraitdə yaşasınlar. Burada tikilmiş evlər, bütün sosial infrastruktur, işlə məşğul olmaq üçün imkanlar onu göstərir ki, bu siyasət öz gözəl nəticələrini verir. Arzu edirəm ki, bundan sonra da burada, bu bölgədə abadlıq işləri, yeni qəsəbələrin salınması sürətlə getsin. Hələ buna böyük ehtiyac var. 2009-cu və ondan sonrakı illərdə bu istiqamətdə əlavə tədbirlər görüləcəkdir.

Sizi bir daha təbrik edirəm.

Məktəbin pedaqoqu, respublikanın əməkdar müəllimi GÜLTƏKİN AĞAYEVA dövlətimizin başçısına müraciətlə dedi:

-Hörmətli Prezident!

Hörmətli Mehriban xanım!

Sizin göstərişinizlə qısa müddət ərzində tikilib istifadəyə verilmiş bu yeni yaraşıqlı Xocavənd qəsəbəsinə xoş gəlmisiniz!

Sizin kimi xalqına bağlı, dövlətini sevən, ürəyi vətən eşqi, vətənpərvərlik ruhu, qəlbi azərbaycançılıq hissi ilə döyünən, “Mən hər bir azərbaycanlının Prezidentiyəm” deyən bir dövlət başçısını aramızda görmək bizim üçün çox əlamətdar, çox sevindirici hadisədir. Ömrünə, müvəqqəti də olsa, məcburi köçkünlük taleyi yazılan biz xocavəndlilərin sevincinin həddi-hüdudu yoxdur. Uşaqdan-böyüyə qədər hər birimiz bu görüşü heç vaxt yaddan çıxarmayacağıq.

Möhtərəm Prezident!

Sizi özünün ən yaxın dostu, ən yaxın sirdaşı, arxası hesab edən Xocavənd camaatına 500 evlik belə gözəl qəsəbəni hədiyyə etməklə inanın ki, onlara dünyanı bağışlamısınız. Bir müəllim, ziyalı qadın, ana kimi mən burada yaşayan insanların adından, bu evlərin sakinləri adından Sizə dərin minnətdarlığımızı bildirir və ürəkdən “Çox sağ olun!” deyirəm. Belə yaraşıqlı, möhtəşəm, bütün infrastrukturu olan qəsəbədə bundan sonra bizim heç bir sosial problemimiz olmayacaqdır.

Möhtərəm Prezident, Dağlıq Qarabağda bizim belə evlərimiz olmayıbdır. Ona görə yox ki, biz buna layiq deyildik. Ermənilər bizə imkan vermirdilər.

Hörmətli Mehriban xanım, sizin Azərbaycan üçün etdiyiniz bütün işlərin vurğunuyuq. Sizin etdiklərinizi sadalasaq, saatlar bəs etməz. Ona görə də mən istəyirəm ki, fikrimi bir cümlə ilə ifa edim: Mehriban xanım, ölkəmizin birinci xanımı kimi siz dünya ölkələrinin birinci xanımlarının birincisisiniz. Gördüyünüz bu işlərə görə mən bütün xocavəndlilər adından, Azərbaycan qadınları adından sizi alqışlayır və öz təşəkkürümü bildirirəm.

Möhtərəm Prezident, Siz vəd etmişdiniz ki, ölkəmizdə bir dənə də çadır şəhərciyi qalmayacaqdır. Siz vədinizin üstündə durdunuz və özü də onu vaxtından əvvəl yerinə yetirdiniz. Artıq biz belə gözəl qəsəbədə yaşayırıq. Mən özüm 30 ilə yaxındır ki, müəllim işləyirəm. Belə gözəl, möhtəşəm məktəbdə heç vaxt işləməmişəm.

Möhtərəm Prezident, mən bu fürsətdən istifadə edərək, 2005-ci ildə Sərəncamınızla respublikanın əməkdar müəllimi fəxri adına layiq görüldüyümə görə Sizə təşəkkürümü bildirirəm. Siz qısa vaxt ərzində ölkəmiz üçün çox gözəl, çox dəyərli işlər görmüsünüz. Bu işlərin hamısı Azərbaycanı bütün dünyada tanıdır. Artıq bütün dünya ölkələri, xalqları bilir ki, belə bir ölkə var, belə bir xalq var. Bundan böyük fəxr hissi nə ola bilər?!

Qonşuluğumuzda baş verən sonuncu hadisələri götürək. Siz o vaxt elə təmkinlə, səbirlə düzgün mövqe tutdunuz ki, bütün dünya Sizi qəbul etdi. Siz bizim fəxrimizsiniz. Biz bu işlərinizə görə Sizinlə fəxr edirik.

Hörmətli Prezident və Mehriban xanım, sizə gələcək işlərinizdə bol-bol uğurlar arzulayırıq. Bir daha təşəkkür edirik ki, siz qəsəbəmizə gəlib bizimlə görüşdünüz. Bu, biz xocavəndlilər üçün tarixi bir gündür. Qızıl hərflərlə yazılmış bir tarixi gündür və biz bunu heç vaxt unutmayacağıq. Hər ikiniz çox sağ olun. Sizlərə bir daha minnətdarlığımızı bildiririk.

İLHAM ƏLİYEV: Sağ olun. Mən gəldim ki, bu gözəl gündə sizinlə bərabər olum və bu qəsəbənin açılışında iştirak edim. Çox şadam ki, qısa müddət ərzində belə gözəl qəsəbə salınıbdır. Bir daha demək istəyirəm ki, burada yaşamaq üçün bütün gözəl imkanlar var. Belə gözəl məktəb var, bütün başqa infrastruktur ən müasir səviyyədədir. Bu, bir tərəfdən, Azərbaycan dövlətinin gücünü göstərir, bizim imkanlarımız artır. Digər tərəfdən, bizim siyasətimizin nəticəsidir.

Siz qeyd etdiniz, mən demişdim ki, bir dənə də çadır şəhərciyi qalmayacaqdır. Artıq yoxdur. Bundan sonra da heç vaxt olmayacaqdır. Biz bu səhifəni bağladıq. Növbəti illərdə, mən qeyd etdiyim kimi, məktəblərdə, hərbi hissələrin ərazilərində, digər yerlərdə yaşayan qaçqın-köçkün soydaşlarımızın yaşayış səviyyəsinin yaxşılaşdırılması üçün əlavə tədbirlər görüləcəkdir. Beləliklə, biz bu böyük sosial problemi aradan qaldıracağıq. Amma bu, məsələnin bir hissəsidir. Sosial yükün azaldılması və insanların yaşayış səviyyəsinin yaxşılaşdırılması məsələnin tam həlli demək deyildir. Məsələnin tam həlli torpaqlarımızın işğalçılardan azad olunmasıdır. Bu məqsədə nail olmaq üçün biz bütün gücümüzü səfərbər etməliyik və edirik. Azərbaycanın artan imkanları, iqtisadi gücü, bölgədəki mövqeləri, bizim həm daxili, həm də xarici siyasətimiz o günü yaxınlaşdırır.

İndi Azərbaycanla hesablaşırlar. Bölgədə gedən proseslər böyük dərəcədə Azərbaycanın mövqeyindən asılıdır. Bizim iştirakımız olmadan bu bölgədə heç bir layihə icra oluna bilməz. Heç bir təşəbbüs, istər siyasi, istərsə də iqtisadi və başqa sahələrdəki təşəbbüs icra oluna bilməz. Yəni bu, onu göstərir ki, ölkəmizin önəmi artır, çəkisi və təsir imkanları artır. Əlbəttə, bu, bizə imkan verəcək ki, Dağlıq Qarabağ münaqişəsini öz xeyrimizə, yəni, ədalətli və beynəlxalq hüquq normaları əsasında həll edək. Çünki bunu etmək üçün beynəlxalq hüquq bizə əsas verir. Ermənistan öz işğalçı siyasəti ilə, etnik təmizləmə siyasəti ilə bizim torpaqlarımızın bir hissəsini işğal edibdir. Bütün dünya bunu bilir və müxtəlif mötəbər beynəlxalq təşkilatların sənədlərində Ermənistan işğalçı bir dövlət kimi göstərilir.

Digər tərəfdən, bölgədəki mövcud vəziyyət əlavə imkanlar yaradır. Azərbaycan bölgədə böyük imkanlara malikdir. Həm iqtisadi, həm siyasi, həm enerji baxımından, həm də coğrafi mövqeyi baxımından. Yəni bizim təsir imkanlarımız artır. Biz bütün imkanları bir nöqtəyə yönəldirik. Bizim bir nömrəli və deyə bilərəm ki, birinci, bəlkə də, sonuncu problemimiz budur. Çünki başqa problemlər həll olunur, iqtisadiyyat artır, iş yerləri açılır, yoxsulluğun səviyyəsi aşağı düşür, insanların yaşayış səviyyəsi yaxşılaşır, yeni müəssisələr yaradılır. Çadır şəhərcikləri ləğv edilibdir və bu onu göstərir ki, biz istənilən məsələni həll edə bilərik. Nəzərə alsaq ki, növbəti illərdə bizim iqtisadi imkanlarımız daha da artacaq, neftdən əldə olunacaq gəlirlər iqtisadi inkişafa daha da böyük təkan verəcək, bu halda mən ölkə qarşısında ciddi problem görmürəm. Bir problem var. Biz onu da həll etməliyik. Biz çalışırıq ki, bunu danışıqlar yolu ilə, beynəlxalq təşkilatlarda vasitəçilərin iştirakı ilə həll edək. Amma siz görürsünüz ki, heç bir nəticə yoxdur. İrəliləyiş var, elə bil, Ermənistan tərəfi başa düşməyə başlayıb ki, onların siyasətinin axırı yoxdur. Amma, nəticə yoxdur. Biz nə vaxta qədər gözləməliyik?! İndi Ermənistanda yeni rəhbərlik bəzi ümidverici bəyanatlar verir, bəzi təşəbbüslər irəli sürür. Biz baxmalıyıq, təhlil etməliyik ki, bu bəyanatlar nə dərəcədə səmimidir və bu görünən yeni yanaşma məsələnin həllinə nə dərəcədə kömək göstərəcəkdir. Əgər görsək ki, bəli, danışıqların aparılmasına ehtiyac var və bu danışıqlar nəticə ilə sonuclana bilər, biz, əlbəttə, sülh danışıqlarında iştirak edəcəyik və öz mövqeyimizi müdafiə edəcəyik. Ancaq görsək ki, yox, bu, sadəcə olaraq, taktiki bir gedişdir, yaxud da vaxt uzatmaq cəhdidir, onda biz öz siyasətimizə düzəlişlər edəcəyik.

Bir sözlə, biz danışıqlarda iştirak etməklə yanaşı, öz hərbi gücümüzü də artırırıq. İndi Azərbaycan ordusu bu bölgədə ən güclü ordudur. Son illər ərzində biz ordumuzu çox böyük dərəcədə gücləndirmişik. Həm peşəkarlıq baxımından, həm hazırlıq baxımından, həm də avadanlıq, texnika, silah-sursat baxımından.

Mən bütün bölgələrdə təmas xəttində olmuşam. Aprel ayında Füzuli rayonunda, ondan əvvəl Ağdam, Tərtər istiqamətlərində səngərlərdə əsgərlərlə görüşmüşəm və bir daha gördüm ki, gənc əsgərlərimizdə çox böyük ruh yüksəkliyi var. Bununla bərabər, iqtisadi imkanlar, hərbi gücümüz, ordu potensialı öz rolunu oynamalıdır. Yəni qarşı tərəf bilməlidir və artıq bilir ki, Azərbaycanın hərbi imkanları şərait yaradır ki, torpaqlarımızı istənilən yolla qaytaraq. Bu, bizim haqqımızdır. Bizim heç bir başqa ölkənin torpağında gözümüz yoxdur. Dağlıq Qarabağ Azərbaycan ərazisidir. Bu, tarixən də belə olub və beynəlxalq hüquq da bunu göstərir. Azərbaycan Birləşmiş Millətlər Təşkilatına üzv olanda Dağlıq Qarabağ da Azərbaycanın ayrılmaz hissəsi kimi tanındı. Belə olan halda, danışıqlarda bizim mövqeyimiz birmənalı olaraq qalacaqdır: erməni işğalçı qüvvələri işğal edilmiş bütün torpaqlardan çıxarılmalıdır. Azərbaycan vətəndaşları bu bölgələrə, o cümlədən Dağlıq Qarabağa qayıtmalıdırlar. Dediyim bütün məsələlər danışıqlar prosesində öz əksini tapır. Sadəcə olaraq, Ermənistan tərəfi beynəlxalq hüquq normalarına riayət etməlidir və işğal edilmiş torpaqlardan öz xoşu ilə çıxmalıdır. Əgər belə olsa, onda Ermənistanın gələcək inkişafı uğurlu ola bilər. Çünki özünü təcrid edilmiş vəziyyətə salan ölkənin gələcək perspektivləri o qədər də aydın deyildir.

Azərbaycanın qarşısında bütün imkanlar açılıbdır. Bizim həm siyasi istiqamətdə, həm iqtisadi islahatlar istiqamətində gördüyümüz işlər, həm sosial məsələlərin həlli, həm də bölgədəki rolumuz və çəkimiz Azərbaycanı çox zəngin və güclü ölkəyə çevirəcək və bu proses başlamışdır. Nəzərə alsaq ki, Dağlıq Qarabağ məsələsinin həllindən başqa bizim qarşımızda elə bir ciddi məsələ yoxdur, bütün səylərimiz bu məsələnin həllinə yönəldilibdir. Həm Prezident kimi mən, həm bütün icra strukturları, həm də bizim insanlarımız, vətəndaşlarımız bu işlərdə fəaldırlar. Mən ümid edirəm ki, bu fəallıq və düşünülmüş, məqsədyönlü ciddi siyasət nəticəsində biz torpaqlarımızın azad edilməsinə nail ola bilərik.

Ancaq siz hələ ki, bu müvəqqəti şəraitdə yaşayacaqsınız. Mən çox istəyirəm ki, çətin vəziyyətdə olan insanların yaşayış səviyyəsi yaxşılaşsın. Torpaqlarımız işğalçılardan azad olunandan sonra biz belə gözəl binaları Qarabağda tikəcəyik.

SAKİNLƏR: İnşallah, Allah qoysa.

İLHAM ƏLİYEV: Sizi bir daha təbrik edirəm. Sağ olun.

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“SpaceX” tarixi uğura imza atdı: "Starship" gəmisi ilk dəfə "Mechazilla" platforması ilə tutuldu

ABŞ Prezidentinin nümayəndəsi: NATO Avropa təhlükəsizliyinin əsas dayağı olaraq qalacaq

İtaliyada məxfilik pozuntusuna görə "Meta" şirkətinə rekord cərimə tətbiq olunub

UEFA Millətlər Liqası: V turun oyunları çərçivəsində 8 qarşılaşma baş tutub

Kuşner Ukrayna üzrə son danışıqlarda yeni həll yollarının ortaya çıxdığını açıqlayıb

Norveçdə quş qripinin yayılması ilə əlaqədar 13 min quş məhv ediləcək

Azərbaycan gimnastlarından Çində uğurlu nəticə: bürünc medal və iki final vəsiqəsi

Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib

COP31-də Türk dünyası qadınlarının iqlim təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb

ABŞ-də uçuşların dayandırılmasına səbəb olan nasazlığın kiberhücum olmadığı açıqlanıb

Azərbaycanın siyasi tarixinə həkk olunan Dublin Sammiti - ŞƏRH

Alimlər vikinqlərin genetik mənşəyi ilə bağlı gözlənilməz faktı üzə çıxarıblar

Amerikada yaşayan azərbaycanlı vəkillər Konstitusiya Gününü qeyd ediblər

Akademik Milli Dram Teatrı ilə Gəncə Dövlət Milli Dram Teatrı arasında əməkdaşlıq memorandumu imzalanıb

Antalyada Türkiyənin İqlim Məktəbi açılıb

COP31 çərçivəsində innovativ texnologiyaların iqlim dayanıqlılığında rolu müzakirə olunub

Tələblərimiz yerinə yetirilməyib : “Sarı jiletlilər” yeni aksiyaya hazırlaşır

Fransada etirazlar: Parisdə aksiya insidentsiz başa çatıb

Azərbaycanla ABŞ arasında aqrar sahədə əməkdaşlıq genişləndirilir

Putin, Si Cinpin və Tramp Çində görüşəcəklər

Bu saata olan əsas xəbərlər

“Milli Məfkurə, Mənəvi İrs və İdeoloji Təhlükəsizlik” mövzusunda Beynəlxalq Elmi-Praktiki Konfrans

Dünya çempionu Almaniya prezidentliyinə namizəddir

"Meta" 805 milyon avro məbləğində cərimələnib

Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Qazax politoloq: Prezident İlham Əliyevin Dublin Sammitində iştirakı Avropa ilə əməkdaşlıq üçün yeni imkanlar açır

Makron Malayziyada nadir torpaq metallarının tədarükü ilə bağlı danışıqlar aparacaq

Dublin Sammitində keçirilən görüşlər Azərbaycanla dialoqa olan marağın ifadəsidir - ŞƏRH

Elnur Rüstəmzadə: “Sea Breeze” ərazisində nar bulvarı salınıb

Təranə Muradova: Nar ölkəmizin milli mədəniyyətinin zənginliyini simvolizə edir

Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xatirəsi anılıb

Avropanın siyasi xəritəsində Azərbaycanın artan rolu və strateji tərəfdaşlığın perspektivləri ŞƏRH

Naxçıvanda müasir suvarma infrastrukturu qurulur

Azərbaycan Avropanın enerji təhlükəsizliyinə və inkişaf gündəliyinə töhfə verən mühüm tərəfdaşdır - ŞƏRH

Monakoda Azərbaycanın üzümçülük və şərabçılıq ənənələri, investisiya imkanları təqdim olunub

Uşaq hüquqlarını qoruyaq: Tovuzda maarifləndirici tədbir

Bakıda Argentina Mədəniyyəti Günü qeyd olunub

Sabunçuda avtomobildən 6000 manat oğurlayan şəxs saxlanılıb

COP31-in iştirakçıları Azərbaycanın uşaqlarla bağlı dövlət siyasəti haqqında məlumatlandırılıb

Vətən Müharibəsi Qəhrəmanı Nail İbrahimlinin xatirəsi yad edilib

ABŞ-dən Zelenskiyə sual: Ukrayna NATO-ya üzv olarsa, Donbasdan çıxmağa razılaşacaqsınızmı?

AKTA-nın təhsil istiqamətində fəaliyyətinə dair tədbir baş tutub

Baş prokuror Kamran Əliyev Argentinadan olan həmkarları ilə görüşlər keçirib

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

İB sədri: Milli dəyərlərin və tarixi kimliyin gələcək nəsillərə sağlam şəkildə ötürülməsi xüsusi əhəmiyyət kəsb edir

COP31-dəki Azərbaycan pavilyonunda universitetlərin davamlı inkişafda rolu müzakirə edilib

Vətən müharibəsi şəhidi Nurəddin Məstəliyevin xatirəsi anılıb

QMİ sədri Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək

Ordubadda qəzaya düşən şəxslərin vəziyyəti məlum olub - YENİLƏNİB

Qaradağda evdən qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb

COP31-dəki Azərbaycan pavilyonunda gənclərin təmiz enerji keçidindəki rolu müzakirə olunub

“Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı reallaşıb

Cavid Vəliyev: İdeoloji təhlükəsizlik milli suverenliyin və dövlətçilik dəyərlərinin qorunmasının mühüm tərkib hissəsidir

Sabah Bakıda və rayonlarda yağış, dağlıq ərazilərdə qar yağacaq

Ekspert: Azərbaycan və Ukrayna prezidentlərinin görüşləri əməkdaşlığın yüksək səviyyədə olmasının göstəricisidir

Deputat: Geosiyasi təxribatlar çox vaxt xalqların psixologiyasını, mentalitetini və xarakterini dərindən öyrənməklə başlayır

Gülçin Zeynallı: Milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində mühüm işlər həyata keçirilir

Yaponiyalı tələbələrə Azərbaycanın xarici siyasəti haqqında mühazirə oxunub

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir VİDEO

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir VİDEO

Bu saata olan əsas xəbərlər

COP31-də altıncı günün əsas mövzusu uşaqlar və gənclərdir VİDEO

COP31-də altıncı günün əsas mövzusu uşaqlar və gənclərdir VİDEO

Hulusi Kılıç: Gənc nəsilləri milli dəyərlərimizə sadiq ruhda yetişdirməliyik

Bahar Muradova: Azərbaycanda qlobal iqlim gündəliyinə verilən təkan Türkiyədə yeni qərarların alınmasına gətirib çıxarmalıdır

İqlim dəyişikliyi İndoneziyadakı meşə yanğınlarını daha da pisləşdirib

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Müdafiə Nazirliyi: Hərbi hissələrdə əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub

İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

DİN: Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb

Britaniyalı ekspert: Azərbaycan və Böyük Britaniya arasında strateji tərəfdaşlıq münasibətlərin inkişafında mühüm mərhələdir

Ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib – FAKTİKİ HAVA

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub VİDEO

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub VİDEO

“Avropa Siyasi Birliyi”nin Dublin sammiti Azərbaycanın Avropa ilə siyasi dialoqunda yeni imkanlar açır- ŞƏRH

Azərbaycan nefti 102 dollara satılır

Hörmüz boğazında tanker minaya düşərək yanıb

Füzulidə ağır yol-nəqliyyat hadisəsi baş verib, 3 nəfər ölüb

Yəməndə gedən döyüşlər səbəbindən 340 mindən çox insan qaçqın vəziyyətinə düşüb

Hörmüz boğazında gəmiçilik trafiki müharibədən əvvəlki səviyyədən 65 faiz azdır

Tramp Çin və Rusiya liderləri ilə ilk dəfə üçtərəfli görüş keçirəcək

Husilər Ər-Riyad hava limanına növbəti zərbə endirdiklərini bildiriblər

ABŞ Ukrayna pilotlarının F-16 qırıcılarını idarə etməsi üzrə təlimləri davam etdirir

“Sky News”: Böyük Britaniyadakı ABŞ aviabazası üzərində naməlum dronlar aşkarlanıb

ABŞ-də dörd saatdan çox davam edən uçuş məhdudiyyəti aradan qaldırılıb

İraq ABŞ-nin himayəsi altında Hörmüz boğazından neft ixracını bərpa edib

Yeni Orlean limanı yaxınlığında gəmi qəzası nəticəsində 32 nəfər xəsarət alıb

“Bloomberg”: FTB ABŞ-də uçuşların dayandırılmasını kiberhücumla əlaqələndirmir

UEFA Millətlər Liqası: Niderland Yunanıstan yığmasını böyük hesabla məğlub edib

Millətlər Liqası: Azərbaycan yığması Lixtenşteynə qalib gəlib

Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının bağlanış mərasimi olub

ABŞ-də bütün hava limanlarında uçuşların dayandırılması barədə qərar verilib

Leyla Əliyeva COP31-də Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Tullantı Fondunun birgə pavilyonunda olub, bir sıra ekspertlərlə görüşüb

Fon der Lyayen: Aİ Ukrayna ilə bağlı danışıqlarda atəşkəs və təhlükəsizlik zəmanətlərini prioritet sayır

Tusk: Polşa Ukrayna üçün silah alınmasını maliyyələşdirməyəcək

Avropa Xəbər Agentlikləri Alyansı TASS-ı üzvlükdən çıxarıb

Balakəndə tədbir: “Uşaq hüquqları – sağlam və təhlükəsiz gələcəyin təminatı”

Polşanın Suriyadakı səfirliyi 15 ildən sonra yenidən açılacaq

Aİ Rusiya ilə danışıqlar aparmaq üçün nümayəndə heyətinin tərkibini təsdiqləyib

Antonio Quterreşin COP31-də vida nitqi: Yanan planetdə sülh qura bilməzsiniz

DİN yeraltı keçiddən istifadə etməyən piyadalara müraciət edib

Azərbaycanda Geoloji parkın yaradılması istiqamətində işlər davam etdirilir