Xocalı soyqırımı heç vaxt unudulmayacaq
Bakı, 26 fevral, AZƏRTAC
Xocalı soyqırımı haqqında danışmaq mənim üçün olduqca çətindir. Soyqırımının canlı şahidiyəm. Həmin gün baş verənlər heç vaxt yaddan çıxmayacaq.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Xocalı şəhər sakini Fatimə İsmayılova deyib. O həmin faciə zamanı öz doğmalarını, yaxınlarını itirdiyini bildirib: “25 yaşlı qardaşım Lətif İsmayılov düşmənə əsir düşüb və faciəli şəkildə öldürülüb. 24 il keçməsinə baxmayaraq, biz Xocalı soyqırımını və faciə zamanı qətlə yetirilən insanları heç vaxt unutmamışıq və unutmayacağıq”.