XIZIDA QƏTL HADİSƏSİ BAŞ VERMİŞDİR
Bakı, 24 sentyabr (AZƏRTAC). Sentyabrın 24-də Xızı rayonunun Şuraabad qəsəbəsində Bakı şəhər sakini Sevda Hüseynovanın meyiti özünün “Nissan” markalı avtomaşınından tapılmışdır. S.Hüseynovanın başında güllə yarası aşkarlanmışdır. Avtomaşının yan şüşəsi sınmış, hadisə yerindən ov tüfənginə məxsus 2 ədəd giliz götürülmüşdür.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, hadisəni törətmiş Bakı şəhər sakini Elmir Quliyev Xızı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış təbirləri nəticəsində tutulmuş, ondan 1 ədəd “Vinçester” markalı beşaçılan tüfəng götürülmüşdür.
Faktla bağlı cinayət işi açılmışdır. İlkin yoxlama prokurorluq tərəfindən aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]