Xəzərdə üç dərin seysmoqraf quraşdırılacaqdır
Bakı, 7 yanvar (AZƏRTAC). Azərbaycan seysmik fəallıq zonasında yerləşir. Bu da zəif, lakin müntəzəm zəlzələlərə səbəb olur.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya İnstitutunun direktoru, akademik Akif Əlizadə bildirmişdir.
O, ölkəmizdə belə seysmik proseslərin daim baş verdiyini və Azərbaycanın seysmoloq alimlərinin onların öyrənilməsi üzrə iş apardıqlarını qeyd etmişdir.
Dövlətin dəstəyi ilə Geologiya İnstitutu tərəfindən stasionar seysmik stansiyaların, müvəqqəti stansiyaların və GPS stansiyalarının sayının artırıldığını diqqətə çatdıran alim demişdir ki, Xəzər dənizində üç dərin seysmoqraf quraşdırılması üçün avadanlıq artıq alınmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.11.2026 [15:50]
Sabah hava əsasən yağmursuz olacaq - PROQNOZ
- 13.11.2026 [15:16]
Həftəsonu hava necə olacaq?- AÇIQLAMA VİDEO
- 12.11.2026 [17:41]
Nigar Arpadarai: Azərbaycan nümayəndə heyəti COP31-ə töhfə verməyə çalışır
- 12.11.2026 [16:41]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 12.11.2026 [15:53]