Xeyriyyə marafonu keçirilmişdir
Bakı, 23 oktyabr (AZƏRTAC). Oktyabrın 23-də “Azərbaycan Maarifçi Xeyirxah Xanımlar” İctimai Birliyinin təşkilatçılığı ilə xeyriyyə marafonu keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, xeyriyyə marafonunda paytaxtda yaşayan əlillər, onların ailələri, qaçqın və məcburi köçkünlər, aztəminatlı ailələr pulsuz müayinə olunmaqla yanaşı, dərman preparatları ilə də təmin edilmişlər. Eyni zamanda, aksiya çərçivəsində pulsuz səyyari ultrasəs müayinəsi (USM) də aparılmışdır.
“Azərbaycan Maarifçi Xeyirxah Xanımlar” İctimai Birliyinin sədri Kubra Babayeva demişdir ki, belə aksiyaları mütəmadi keçirməkdə məqsəd insanlarda ruh yüksəkliyi yaratmaq, onların qayğısına qalmaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]