Xətaidə açıq ərazidə yanğın baş verib
Bakı, 4 avqust, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə paytaxtın Xətai rayonunun Aşıq Qurban küçəsi yaxınlığında açıq ərazidə yanğın olması barədə ilkin məlumat daxil olub.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.
Hadisə ilə bağlı əlavə məlumat veriləcək.