XƏTAİ RAYONUNDA EV YANMIŞDIR
Bakı, 6 aprel (AZƏRTAC). Xətai rayonunun S.Vəzirov küçəsində yaşayan Məzahir Ağayevə məxsus 4 otaqlı evdə yanğın baş vermişdir. Nəticədə evin 40 kvadratmetri əşyaları ilə birlikdə yanmışdır.
Novxanı bağlar sahəsində Sumqayıt sakini Təranə Cəfərovaya məxsus 3 otaqlı evdə yanğın baş vermişdir. Yanğın zamanı 15 kvadratmetr sahədə evin yanar hissələri və oradakı əşyalar yanmış, xəsarət almış T.Cəfərovaya isə xəstəxanada ilkin tibbi yardım göstərilmişdir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, müvafiq qurumlar tərəfindən yanğınların səbəbi və dəyən ziyan müəyyənləşdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]