Xəbərdarlıq: Güclü külək əsəcək
Bakı, 5 yanvar, AZƏRTAC
Yanvarın 6-da Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin əsəcəyi, sürətinin saniyədə 15-20 metr, arabir 23-28 metr olacağı, gecə və səhər yarımadanın bəzi yerlərində arabir 30-32 metrədək güclənəcəyi gözlənilir, günün ikinci yarısından isə zəifləyəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, yanvarın 5-i gündüz qərb rayonlarından başlayaraq 6-sı səhərədək arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Naxçıvan MR, Qarabağ və Şərqi Zəngəzur, Quba-Qusar) intensiv olacağı ehtimalı var.
Yanvarın 5-i axşamdan 6-sı gündüzədək qərb küləyinin sürəti saniyədə 15-20 metr, arabir 23-28 metr, 6-sı gecə və səhər bəzi yerlərdə arabir 30 -32 metrədək güclənəcəyi gözlənilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.11.2026 [12:26]
Sabah Dövlət-Biznes Əməkdaşlıq Forumu keçiriləcək
- 18.11.2026 [11:46]
Sosial sahə üzrə e-sistemlərə 361 milyon sorğu və müraciət daxil olub
- 18.11.2026 [11:31]
“İrəvan tarixi sənədlərin dili ilə” kitabının təqdimatı olub
- 18.11.2026 [11:08]