XAVYER SOLANA TEHRANA GƏLMİŞDİR
X.Solana İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani ilə görüşəcək və təklifləri ona təqdim edəcəkdir.
Avropa “üçlüyü”nün (Böyük Britaniya, Fransa və Almaniya) Tehran üçün yeni təkliflər paketi “altılığ”ın (BMT Təhlükəsizlik Şurasının beş üzvü və Almaniya) xarici işlər nazirlərinin ötən həftə keçirilən iclasında razılaşdırılmışdır. Bu kompleks planda uranın saflaşdırılmasından əl çəkməsi əvəzində İrana müxtəlif iqtisadi və siyasi stimullar təklif olunur.
İran rəsmiləri ötən bir neçə gün ərzində dəfələrlə bildirmişlər ki, uranın saflaşdırılmasının dayandırılmasının mümkünlüyünü istisna edirlər. Çünki bu fəaliyyət ölkənin qanuni hüququdur. İranın bərabər hüquqlu əsasda və ilkin şərtlər irəli sürülmədən aparılacaq bütün danışıqlara hazır olduğunu bildirən Əli Laricani Avropa ölkələrinə bəhanə axtarmamağı və ağlasığmaz şərtlərdən əl çəkməyi tövsiyə etmişdir. İyunun 4-də İran Prezidenti Mahmud Əhmədinejad vurğulamışdır ki, nüvə yanacağı texnologiyalarından dinc məqsədlərlə istifadə İranın qanuni və danılmaz hüququdur və biz onu heç kimlə müzakirə etmək niyyətində deyilik.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.11.2026 [13:04]
İndoneziyada Dukono vulkanı püskürüb, kül 300 metr hündürlüyə qalxıb
- 16.11.2026 [12:45]
Cənubi Afrikada silahlı hücum nəticəsində səkkiz nəfər öldürülüb
- 16.11.2026 [12:12]
COP31 çərçivəsində “Feniks quşu” pavilyonu təşkil olunub
- 16.11.2026 [12:10]
İordaniyada “Telegram” tətbiqinin fəaliyyəti bloklanıb
- 16.11.2026 [12:10]
Uels şahzadəsi Uilyam və Keyt Middlton Hindistana səfər ediblər
- 16.11.2026 [11:58]