XARİCİ İŞLƏR NAZİRLİYİNDƏ GÖRÜŞ
Xarici İşlər Nazirliyinin mətbuat mərkəzindən AZƏRTAC-a daxil olmuş məlumatda deyilir ki, görüş zamanı Elmar Məmmədyarov, rəsmi Bakının ölkələrimiz arasındakı münasibətlərin möhkəmlənməsinə böyük əhəmiyyət verdiyini, ikitərəfli əlaqələrin bir çox sahələrdə genişlənməsi və inkişaf etdirilməsinə maraq göstərdiyini bildirmişdir.
Səfirlər ölkələrinin Azərbaycanla siyasi münasibətlərin genişlənməsi və hərtərəfli əlaqələri inkişaf etdirmək istəklərini qeyd etmiş və bu istiqamətdə səfir kimi öz səylərini əsirgəməyəcəklərini vurğulamışlar.
Daha sonra nazir Məmmədyarov ölkəmizin ictimai-siyasi həyatı, respublikamızda həyata keçirilən demokratik islahatlar, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan işlər barədə səfirlərə ətraflı məlumat vermişdir.
Görüş zamanı səfirlər öz etimadnamələrinin surətini nazirə təqdim etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.11.2026 [11:44]
Sahibə Qafarova: Əhalinin gəlirlərinin artırılması üçün tədbirlər görülür
- 15.11.2026 [15:47]