Xankəndidə yerləşən tikilidə baş verən yanğın söndürülüb
Bakı, 17 iyul, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Xankəndi şəhərində yerləşən tikilidə yanğın baş verməsi barədə məlumat daxil olub.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlər tərəfindən yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 300 kvadratmetr olan ikimərtəbəli, bitişik yerləşən hər birinin sahəsi 250 kvadratmetr olan iki ədəd birmərtəbəli və ümumi sahəsi 200 kvadratmetr olan birmərtəbəli tikilinin yanar konstruksiyaları yanıb.
Yaxınlıqda yerləşən digər tikililər yanğından mühafizə olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.11.2026 [12:49]
Müddətdən artıq həqiqi hərbi xidmətə qəbulla əlaqədar müsabiqə elan edilib
- 16.11.2026 [12:00]
Bu saata olan əsas xəbərlər
- 16.11.2026 [11:55]