“XANARX” SÜRƏTLƏ ÇƏKİLİR
İllər uzunu Qusar, Quba, Xaçmaz , Dəvəçi və Abşeron rayonlarının torpaqlarına həyat verən Samur-Abşeron kanalına paralel olaraq daha bir hidrokompleks yaradılır. Uzunluğu 67,2 kilometr olan “Xanarx” kanalını çəkən “Azərkörpü” və “Azərenerji” tikinti-quraşdırma SC-ləri inşaatçılarının sürəti ürəkaçandır.
Respublika Meliorasiya və Su Təsərrüfatı Komitəsindən AZƏRTAC-a demişlər ki, İslam İnkişaf Bankının güzəştli krediti ilə çəkilən bu kanalın torpaq-qazma işləri başa çatmaq üzrədir, onun kəsib keçəcəyi Qudyalçay, Məzarçay və Qusarçay üzərində körpülər, kiçik kanallarda isə keçidlər salınır. Obyektin tikintisində çalışanların əksəriyyəti Qubadlı, Zəngilan və Cəbrayıl rayonlarından olan məcburi köçkünlərdir.
Mütəxəssislərin hesablamalarına görə, “Xanarx” istifadəyə veriləndən sonra daha 64 min hektar torpaq sahəsini suvarmaq mümkün olacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.11.2026 [12:08]
Naxçıvan Regional Dost Mərkəzinə 8 minə yaxın müraciət daxil olub
- 05.11.2026 [12:06]
Zəfər Günü ərəfəsində Qəbələdə şəhid ailələri ziyarət olunur
- 05.11.2026 [12:05]
Kələxana türbələri – Tarixin daş yaddaşı VİDEO
- 05.11.2026 [11:56]
Zəfər Günü ərəfəsində Laçında şəhid ailələri ziyarət edilib
- 05.11.2026 [11:30]
Tibb bacısı: Göz yaşlarımızı yaralı əsgərlərdən gizlədirdik VİDEO
- 05.11.2026 [11:22]