Azərbaycan Dövlət İnformasiya Agentliyi

XALQI DİZ ÇÖKDÜRMƏK OLMAZ!

Bakı, 17 yanvar (AZƏRTAC). 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda baş verən hadisələri hər dəfə ürək ağrısı ilə yada salırıq. Artıq on doqquz ildir ki, şəhərimizin sakinləri o vaxtkı böyük ölkənin rəhbərliyi tərəfindən öz xalqına qarşı törədilmiş qanlı aksiyanı xatırlayanda həqiqətən sarsılırlar.

O gecə misli görünməmiş qəddarlıq nümayiş etdirildi: tankların gurultusu, güllələrin vıyıltısı, avtomat silahların süngüləri şəhər sakinlərini vahiməyə salırdı. Bütün bunlar heç bir günahı olmayan dinc əhaliyə qarşı yönəlmişdi. Baş verənlərin həqiqət olmasına inana bilməyən insanlar əvvəlcə özlərini itirdi, sonra isə sarsıntı hissi keçirdilər.

Həmin dəhşətli gecədə Mərkəzin əmri ilə suveren respublikanın ərazisinə soxulmuş sovet ordusu qoşunları qarşısına çıxan hər şeyi yerlə-yeksan edir, hər kəsə atəş açırdı. Bu qanlı aksiyaya quru qoşunları ilə bərabər, hərbi dəniz, hərbi hava, desant qoşunları və hətta xüsusi təyinatlı bölmələr də cəlb edilmişdi. Azərbaycan paytaxtında əvvəlcədən xəbərdarlıq edilmədən fövqəladə vəziyyət tətbiq olundu. Qoşunlar rastlarına çıxan hər kəsi - qocaları, qadınları, cavanları, uşaqları qanlarına qəltan edirdi... Yaşayış binaları, xəstəxanalar atəşə tutulur, tanklar təsadüfən yolda olan avtomobillərin üstündən sürüb keçirdi, hətta yaralılara da rəhm edilmirdi... Yüzlərlə insan həlak olmuş, yaralanmış, itkin düşmüşdü. Onların arasında azərbaycanlılarla yanaşı, əsrlər boyu çoxmillətli şəhərimizi təmsil edən ruslar, yəhudilər, tatarlar, başqa millətlərin nümayəndələri də vardı...

Sovet kütləvi informasiya vasitələri Azərbaycanda törədilmiş qanlı yanvar hadisələrini, dinc vətəndaşlara divan tutulmasını sanki görmür, bu barədə heç bir məlumat verilmirdi. O vaxt Bakıya gəlmiş jurnalistlərin heç birinə Azərbaycan paytaxtında törədilmiş vəhşi aksiya haqqında həqiqəti dünyaya çatdırmaq üçün hazırladığı materialları ittifaq mətbuatında çap etdirmək, yaxud efir vasitəsilə yaymaq imkanı verilmədi. Respublika informasiya blokadasında idi. Yerli rəhbərlər isə buna hər vasitə ilə kömək edirdilər. Təkcə bunu xatırlamaq kifayətdir ki, Bakıda televiziyanın sıradan çıxarılması həmin rəhbərlərin razılığı ilə baş vermişdi.

O vaxt Azərinformun (indiki AZƏRTAC-ın) əməkdaşları da çətin günlər yaşayırdı. Agentliyin binasında əyləşən hərbi senzorun icazəsi olmadan heç bir məlumat yayılmırdı. Lakin Azərinformun jurnalistləri respublikada baş verənlər barədə həqiqəti yaymaq üçün yol tapdılar. Agentliyin işçiləri özlərinin hazırladığı, insan adlanmağa layiq olmayanların dünya ictimaiyyətindən gizlətdiyi həqiqətləri əks etdirən qısa, lakin faktlarla çox zəngin olan məlumatları gecənin qaranlığında paytaxtın müxtəlif hissələrində binaların divarlarına yapışdırırdılar.

Azərbaycan İnformasiya Agentliyinin jurnalistləri peşəkar və humanist borclarını beləcə yerinə yetirirdilər.

1990-cı ilin Qara Yanvar günlərindən əvvəlki hadisələri xatırladıqca bir daha yəqin edirsən ki, həmin hadisələrlə Qarabağ problemi arasında həm birbaşa, həm də dolayı əlaqə vardı. O dövrdə SSRİ Ali Sovetinin Azərbaycandan olan deputatlarından biri, bəstəkar Arif Məlikovun “Mən ittiham edirəm...” adlı publisistik kitabında haqlı olaraq qeyd etdiyi kimi, Qarabağ müharibəsi bir sıra prosesləri sürətləndirdi, kommunist rejiminin acizliyini açıb göstərdi. Müəllif yazır: “Bu müharibə, yüz minlərlə qaçqın, neçə-neçə evin qapısını döymüş faciə Mərkəzin səbatsız və mənasız siyasəti, yerli rəhbərliyin aciz mövqeyi hadisələri təlatümə gətirdi və sürətləndirdi”.

Yadımdadır, həmin günlərdə keçirilən bütün mitinqlərdə Qarabağdakı separatizmə qarşı, Mərkəzin siyasətinə qarşı, bütövlükdə həmin quruluşa qarşı getdikcə güclənən etiraz səsləri eşidilirdi. Totalitar rejimə qarşı uzun illər boyu yığılıb qalmış daxili etiraz hissləri üzə çıxırdı. Bu, belə də olmalı idi və oldu, Mərkəz əməlli-başlı qorxuya düşdü. Mərkəzin Azərbaycanı itirmək qorxusu real idi: respublikada demokratik qüvvələr möhkəmlənmişdi, onları idarə etmək getdikcə çətinləşirdi. Belə bir məqamda Moskva özünün əsas vasitəsindən - qoşunlardan istifadə etdi.

Yanvar hadisələri zamanı tökülən qanlar Azərbaycan xalqının həmin illərdə məruz qaldığı böyük fiziki və mənəvi itkilərin bir növ yekunu oldu. O vaxt bizim başımız çox müsibətlər çəkdi. Lakin dünyada ən şirin nemət olan Azadlıq naminə, dünyada ən uca dəyər olan insan ləyaqəti naminə bu müsibətlərə dözməyə dəyərdi!

Bakıda yanvar hadisələri məlum həqiqəti bir daha təsdiq etdi: xalqa atəş açmaq olar, amma onu diz çökdürmək heç vaxt mümkün deyil!

Bəlkə də məhz həmin qanlı faciə günləri artıq dağılmaqda olan sovet imperiyasının can verməsi prosesinin kuliminasiya nöqtəsi oldu. Məhz həmin hadisələr totalitar sistemin mahiyyətini, onun həqiqi məzmununu dünyaya göstərdi. Sistemin süqutunun başlanğıcı olan bu hadisələr keçmiş ittifaqa daxil olan başqa xalqlarla bərabər, Azərbaycan xalqının da çoxdan gözlədiyi ən qiymətli bir nemətlə - Müstəqillik əldə edilməsi ilə nəticələndi.

Buna görə də rejimlə savaşın qurbanı olmuş həmvətənlərimizi hüznlə yad edərkən, onların qəhrəmanlığına ehtiramımızı bildirməklə yanaşı, bu hadisənin möhtəşəmliyini, xalqımızın qazandığı Azadlığın məna və mahiyyətini də yadda saxlamalıyıq!

Elmira Əliyeva

AZƏRTAC-ın müxbiri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı

QDF-nin iştirakı ilə COP31 çərçivəsində Türkiyə pavilyonunda dayanıqlı şəhərsalma təcrübələri müzakirə olunub

Qazaxıstanlı politoloq Prezident İlham Əliyevin diplomatiya kursu, Azərbaycanın beynəlxalq nüfuzu və yeni nəqliyyat-energetika layihələri barədə danışıb

Professor: Dublin sammiti Azərbaycanın Avropa siyasi məkanında artan çəkisini göstərir

Kimya İnstitutunun tədqiqatları Çexiyada beynəlxalq konfransda təqdim olunub

“Kür” komandasının baş məşqçi: Cavab oyununda qalib gələrək mübarizəni davam etdirmək lazımdır

Avropa Kuboku: "Kür" həndbol komandası ilk matçda Şimali Makedoniya təmsilçisinə uduzub

“NVIDIA Inception” proqramına seçilmiş Azərbaycan startapının süni intellekti 10 min kameranın görüntüsünü eyni vaxtda təhlil edir

Azərbaycan–Britaniya münasibətlərində yeni mərhələ: Strateji tərəfdaşlıq və Bakının artan geosiyasi gücü - TƏHLİL

Avropa İttifaqı karbon emissiyası kvotalarının artırılması barədə qərar qəbul edib

Gələn ilin dövlət büdcəsinin layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib

İpoteka və Kredit Zəmanət Fondu, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və “AzInTelecom” birgə məlumat yayıb

Biləsuvarda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

İqlim dəyişmələrinə uyğunlaşma həlləri üzrə bazarın həcmi 1 trilyon dolları ötür - Hesabat

Azərbaycan səfiri FAO yanında daimi nümayəndə kimi etimadnaməsini təqdim edib

Bəxtiyar Aslanbəyli: Süni intellektin tətbiqində hüquqi və etik məsuliyyət mexanizmləri müəyyənləşdirilməlidir

Gənclər Fondu: Əsas məqsədimiz gənclərin insanyönümlü şəhər ideyasına yaxınlaşmalarıdır

Dövlət Agentliyinin media nümayəndələri üçün təşkil etdiyi təlimdə milli akkreditasiya sistemindən bəhs olunub

Zülfiyyə Nuriyeva: Qarabağ və Şərqi Zəngəzurda quruculuq işləri sürətlə davam etdirilir

Milli Azərbaycan Tarixi Muzeyində “Qazaxların ənənəvi mədəniyyəti” adlı beynəlxalq sərgi açılıb

Konsertmeyster Mərvidə Hüseynova: Azərbaycan daim mədəniyyətlərin kəsişmə nöqtəsi olub

Askar Axmanov: Azərbaycan və Qazaxıstan xalqlarını ortaq tarix, dil, mədəniyyət və mənəvi dəyərlər birləşdirir

Səadət Yusifova: Qazaxıstanla mədəni əlaqələrimiz uğurla inkişaf etdirilir

Dublin görüşləri Azərbaycanın beynəlxalq nüfuzunun və Avropa ilə strateji tərəfdaşlığının gücləndiyini göstərir TƏHLİL

Peşəkar Futbol Liqası Dünya Liqaları Assosiasiyasının illik konfransında təmsil olunub

Sahibkarlarla görüş: qanunsuz heyvan kəsiminə qarşı nəzarət tədbirləri gücləndirilir

Hərbi İdarəetmə İnstitutunun kurs iştirakçıları AzTU-da infoturda olublar

Cəlilabad fermerlərin maliyyə idarəçiliyi sahəsində bilik və bacarıqları artırılır

Bakı məktəb və bağçalarının qış mövsümünə hazırlığı yekunlaşıb

Özbəkistan universitetlərində ortaq tarixi köklərimiz və mənəvi dəyərlərimiz təbliğ olunub

® Azercell” və AKM kibertəhlükəsizlik sahəsində innovativ həllərin hazırlanmasına yönələn “FireWall 2026” hakatonuna start verir

COP31-də Türkiyənin bərpa təcrübəsi “Anka quşu” pavilyonunda nümayiş etdirilir

Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə ŞƏRH

Tacikistan səfiri: Milli mətbəx xalqın ənənələrinin qorunmasında mühüm rol oynayır

Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı yazılı imtahanın keçirilmə vaxtı dəyişdirilib

ABŞ-nin kommersiya neft ehtiyatları 5 milyon barelədək artıb

“Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətində səmərəliliyin artırılması ilə bağlı bir sıra normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 4 iyun tarixli 257 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb VİDEO

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 19 may tarixli 92 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Ölkədə süd üzrə yeni məhsul subsidiyası tətbiq olunacaq

Apellyasiya Arbitraj Tribunalı iki klubun şikayətini qismən təmin edib

“Dövlət icra məmurları haqqında”, “İcra haqqında” və “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 21 aprel tarixli 389-VIIQD nömrəli Qanununun qəbul edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Ali təhsil müəssisələrinə “Tədqiqat universiteti” statusu verilməsi üçün Tələblər”in təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 610 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

COP31 çərçivəsində “Tullantısız dayanıqlı həyat” layihəsinin təqdimatı olub

ADAU tələbələri innovativ suvarma layihələrini təqdim ediblər

Oktyabrda qlobal neft təklifi 2,3 milyon barel artıb

Beynəlxalq axtarışda olan şəxs Gürcüstandan Azərbaycana ekstradisiya olunub

“TotalEnergies” Azərbaycanda yeni Günəş və külək enerjisi layihələrində iştirakda maraqlıdır

Naxçıvanda kommersiya qurumlarının sayı 15,9 faiz artıb

Azərbaycan-Böyük Britaniya Strateji Tərəfdaşlığı: ölkəmizin beynəlxalq mövqeyi daha da möhkəmlənir - ŞƏRH

ADPU ilə ABŞ universitetinin ikili diplom proqramı genişləndirilir

Dublin sammiti: Avropanın strateji gündəliyində Bakının yeri TƏHLİL

Həssas qruplara aid daha 50 şəxs sanatoriya-kurort mərkəzinə yola salınıb

Paytaxt məktəblərinin direktorları ilə keçirilən silsilə görüşlərə yekun vurulub

Qlobal və regional çağırışların həllində Azərbaycan modeli: Prezident İlham Əliyev beynəlxalq aləmdə güvənilən Liderdir - TƏHLİL

Avropa ölkələrinin Azərbaycana marağının artması Prezident İlham Əliyevin yüksək beynəlxalq nüfuzunun göstəricisidir - ŞƏRH

Azərbaycanda qeydiyyata alınmış işsiz şəxslərin sayı açıqlanıb

On ayda pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri ayda 560 manatlıq məhsul alıb

Azərbaycan beynəlxalq gündəliyin formalaşmasına təsir göstərən dövlətdir ŞƏRH

Doqquz ayda 25,2 milyard manatlıq 4404 repo əqdi bağlanıb

Asim Xudiyev Millətlər Liqasının oyununa təyinat alıb

Mahinur Özdemir Göktaş Azərbaycan pavilyonunu ziyarət edib

® Dövlət-özəl tərəfdaşlığı çərçivəsində maliyyə savadlılığı və kibertəhlükəsizlik mövzusunda təlim keçirilib

Mərkəzi Bank: Doqquz ayda 1648 əqd qeydə alınıb

Tovuzda hamilə qadın bıçaqlanıb, saxlanılan var VİDEO

Tovuzda hamilə qadın bıçaqlanıb, saxlanılan var VİDEO

Politoloq: “Avropa Siyasi Birliyi”nin sammitindəki görüşlər Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisidir

Deputat: Birgə Bəyannamə Azərbaycanla Britaniyanın əməkdaşlığının yeni siyasi və institusional mərhələyə yüksəldilməsini ifadə edir

® Xəzər mənzərəli irimiqyaslı “Caspi Yards” layihəsi və 44 mərtəbəli “Zəfər Qülləsi” təqdim olunub - FOTO

Türk professor: COP31-də Azərbaycan və Türkiyə liderlərinin səmimi münasibəti tarixi qardaşlığın təzahürüdür

“Azərişıq” nümayəndələri Lənkəranda fermer və sahibkarlarla görüşüblər

Kreml Ukrayna ilə bağlı danışıqlarda Avropanın iştirakının şərtini açıqlayıb

Prezidentin Dublin toplantısında iştirakı və görüşləri Azərbaycan üçün bir çox cəhətdən vacib əhəmiyyət daşıyır - TƏHLİL

Milli Məclisin növbəti iclaslarında hansı məsələlər müzakirə olunacaq?

COP31 çərçivəsində Azərbaycan pavilyonunda panel müzakirələr aparılıb

Gövhər Baxşəliyeva: Milli kimliyimizin və mədəni irsimizin qorunması azərbaycançılıq ideologiyasının əsasını təşkil edir

Azərbaycan-Britaniya: Strateji müttəfiqliyin yeni iqtisadi və siyasi üfüqləri - ŞƏRH

İşğaldan azad edilmiş ərazilərdə 91 layihə maliyyə ekspertizasına cəlb olunub

Dublin Sammitində Azərbaycan amili: Bakı-London strateji tərəfdaşlığında yeni mərhələ - TƏHLİL

Məktəbəhazırlıq qruplarına qeydiyyat və məktəb seçimi davam edir

Qana nümayəndələri Sumqayıt Sənaye Parkında olublar

On ayda əsas kapitala yönəldilən investisiyalar 9,7 faiz artıb

Doqquz ayda Böyük Qayıdış proqramı üzrə 383 layihə icra edilib

Həkim Mahir Həsənov: Əsgərlərimiz yaralı olmasına baxmayaraq döyüşə qayıtmaq istəyirdilər

bp “Azəri-Çıraq-Günəşli”də fəaliyyət göstərən qazma qurğularının sayını 8-ə çatdırmağı planlaşdırır

Peşə Təhsili üzrə Dövlət Agentliyinin metodiki dəstək təlimləri yekunlaşıb

Aslan Kərimov: Millimiz istənilən halda Lixtenşteynə qalib gəlməlidir

Qəhvəyi mərmər bağacığına qarşı maarifləndirmə tədbirləri davam etdirilir

Mövsümün son toxum sərgi-satış yarmarkası Kürdəmir rayonunda keçirilib

Tikintiyə icazə sahəsində islahatlar biznes mühitinin keyfiyyət göstəricilərinin yaxşılaşdırılmasına töhfə verir - ŞƏRH

Düsseldorfta Azərbaycan Evinin yaradılması müzakirə olunub

Aşpaz: İtaliya mətbəxinin özünəməxsusluğu yerli məhsullarda və zəngin ənənələrdədir

Marneulidə azərbaycanlı gənclər üçün idman klubu: Hədəf sağlam gələcəkdir

“Şirvan Aqro” MMC-yə “HALAL” uyğunluq sertifikatı təqdim edilib

Dəmir yolları ilə sərnişindaşımada yüksək göstərici qeydə alınıb

“Xanuma” tamaşası 100-cü dəfə səhnədə

Azərbaycanın Zəfər Günü Sofiyada qeyd olunub

Akademik: Mədəniyyətlərarası dialoqun inkişafı üçün peşəkar kadrların hazırlanmasına xüsusi diqqət yetirilməlidir

“Avropa Siyasi Birliyi”nin Dublin Sammiti Azərbaycan-Avropa münasibətlərinin inkişafı baxımından mühüm platformadır - ŞƏRH

Səfir: Azərbaycan və İtaliya mətbəxini ortaq ənənələr birləşdirir