XALDAN QƏSƏBƏSİNDƏ “HEYDƏR PARKI”
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Yevlax rayonunun Xaldan qəsəbəsinin mərkəzində görkəmli siyasi xadim, ümummilli liderimiz Heydər Əliyevin şərəfinə “Heydər parkı” salınmışdır.
Yeni parkda əhalinin istirahəti üçün hər cür şərait yaradılmışdır. Dahi öndərimizin adını daşıyan parkda geniş tikinti-abadlıq işləri aparılmış, gül kolları və ağaclar əkilmişdir. Qəsəbə məktəbində Heydər Əliyev guşəsi yaradılmışdır.