XAÇMAZDA BAŞ VERMİŞ QƏTLİN ÜSTÜ AÇILMIŞDIR
Xəbər verildiyi kimi, bir neçə gün əvvəl Xaçmaz rayonunda, Olqa İvanenkonun evində Aydın Duraxanovun meyiti tapılmışdır.
Müəyyən edilmişdir ki, mərhum döyülərək qətlə yetirilmişdir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Xaçmaz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətmiş Qusar rayon sakini Oder Xəzriyev tutulmuşdur.
Zaqatala rayonunun Mosul kəndində, kənd sakini Rafiq Gülməmmədov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilmişdir.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində R.Gülməmmədova xəsarət yetirmiş kənd sakini, Şahin Məmmədov həbs edilmişdir.
Faktlarla bağlı cinayət işi başlanmışdır, araşdırmalar aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]