Azərbaycan Dövlət İnformasiya Agentliyi

X X X

Sonra dövlətimizin başçısı stansiya ilə yaxından tanış oldu, burada quraşdırılmış müasir avadanlığa, bloklara baxdı.
Bakı elektrik stansiyası Prezident İlham Əliyevin əhalinin və iqtisadiyyatın elektrik enerjisi ilə təminatını yaxşılaşdırmaq, payız-qış mövsümlərində müşahidə olunan enerji çatışmazlığını tez bir zamanda aradan qaldırmaq məqsədi ilə “Azərbaycan Respublikasında elektrik enerjisi təminatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 2005-ci il mayın 2-də imzaladığı Sərəncama uyğun olaraq tikilmişdir. Respublikamızın regionlarında ümumi gücü 450 meqavat olan 5 elektrik stansiyasından biri kimi Bakı elektrik stansiyasının tikintisinə 2006-cı ilin iyul ayında başlanmışdı. Tikintinin baş podratçısı Finlandiyanın “Vartsila Finlyand OY” şirkəti, elektrik avadanlığı üzrə subpodratçı İsveçrənin “ABB” şirkəti, tikinti işləri üzrə subpodratçı isə Azərbaycanın “Azenko” şirkətidir.
“Azərenerji” Səhmdar Cəmiyyətinin prezidenti Etibar Pirverdiyev dövlətimizin başçısına məlumat verdi ki, ümumi gücü 104 meqavat olan stansiyada hər biri 8,7 meqavatlıq 12 ədəd porşen tipli aqreqat quraşdırılmışdır. Stansiyada dünya standartlarına cavab verən ən müasir avadanlıqdan istifadə olunmuşdur. Elektron idarəetmə sistemi mühərriklərin istismarını daha da asanlaşdırır, onlar qısa müddətdə işə salına və dayandırıla bilər. İstehsal zamanı atmosferə buraxılacaq tullantıların həcmi minimumdur. Bir kilovat-saat elektrik enerjisi hasil etmək üçün 0,23 kubmetr qaz və ya 267 qram şərti yanacaq sərf olunacaqdır. Stansiyanın işləməsi üçün 6 atmosfer təzyiqlə təbii qazın verilməsi kifayətdir. Bu, buxar-qaz qurğularına verilən qazın təzyiqindən 4 dəfə azdır. Stansiyada ümumi gücü 160 meqavolt-amper olan 4 transformator quraşdırılmışdır.
Bildirildi ki, Bakı elektrik stansiyasını ənənəvi üsulla tikilən stansiyalardan fərqləndirən bir cəhət də burada qapalı soyutma, stasionar yanğınsöndürmə, mühərriklərin avtomatik olaraq yağla doldurulması sistemlərinin yaradılması və fövqəladə hallar üçün nəzərdə tutulmuş 230 kilovatlıq generatorun olmasıdır.
Stansiyada ümumi sahəsi 700 kvadratmetr olan inzibati bina tikilmiş, 1100 metr daxili drenaj kanalı, texniki və içməli su təchizatı üçün 1150 metr su xətti, 2 kilometr uzunluğunda 110 kilovoltluq elektrikötürmə xətləri, 500 metrlik qaz xətti çəkilmişdir. Stansiyanın faydalı iş əmsalı 46 faizdir və ildə 700 milyon kilovat-saatdan çox elektrik enerjisi istehsal etməyə imkan verəcəkdir.
İkimərtəbəli inzibati binada xidməti otaqlar və fəhlə yeməkxanası da yerləşir. İdarəetmə binasında isə qonaq otaqları da vardır. Tikinti müddətində burada 500 nəfərədək işçi çalışmışdır. Stansiyanın işçi heyəti isə 100 nəfərdən çox olacaqdır.
Dövlətimizin başçısı kompyuterin düyməsini basaraq, elektrik stansiyasını işə saldı.
Sonra Prezident İLHAM ƏLİYEV buraya toplaşan inşaatçılarla görüşdü və onlara təşəkkür edərək dedi:
- Sizi stansiyanın açılışı münasibətilə təbrik edirəm. Çox gözəl stansiyadır. Azərbaycanda son bir il ərzində tikilən modul tipli beşinci stansiyadır və bizim energetika sistemimizi möhkəmləndirir. Bu onu göstərir ki, Azərbaycanın çox güclü potensialı var. Əgər biz bir il ərzində 5 stansiyanı işə salmışıqsa, deməli, istənilən məsələni həll edə bilərik. İndi də mən məqsəd qoymuşam ki, gərək qısa müddət ərzində bütün energetika sistemində yenidənqurma işləri aparılsın. Yeni xətlər çəkilməlidir. Stansiyalar kifayət qədər tikilibdir. İndi Sumqayıtda da tikilir, Bakıda, Səngəçalda tikiləcəkdir. Biz indi əsas gücümüzü xətlərin bərpasına və yenidən çəkilməsinə, transformatorların dəyişdirilməsinə yönəltməliyik. Bütün bu işlərə böyük ehtiyac var. Çünki əfsuslar olsun, indiyə qədər bu sahəyə böyük diqqət göstərilməyibdir. Azərbaycanın, Bakının elektrik şəbəkəsini işlədən xarici şirkət, faktik olaraq, bizim enerjipaylayıcı sistemimizi bərbad vəziyyətə salmışdır. İndi bunu yenidən qurmalıyıq, böyük vəsait ayrılıbdır. Ümid edirəm ki, 2007-2008-ci illərdə bütün enerji təsərrüfatımız tam şəkildə ən yüksək səviyyəyə qalxacaqdır. Bunu etmək üçün imkan var, biz maliyyə vəsaiti ayırırıq. Bu stansiyaların tikintisinə 100 milyonlarla vəsait ayrılıbdır. Bunu növbəti illərdə də edəcəyik. Elə etməliyik ki, Azərbaycanda elektrik enerjisi təminatı ilə heç bir problem olmasın. Bizim tələbatımız artır, yeni müəssisələr, fabriklər işə düşür, əhali artır və hər yerdə işıq olmalıdır. Düzdür, son illər ərzində bu sahədə böyük irəliləyiş var, amma bu bizi tam şəkildə qane etmir. Ona görə bunu əsaslı şəkildə etməliyik. Bizim uzunmüddətli proqramımız var, bu yaxınlarda qəbul edilibdir. İndi əsas məsələ o proqramın icrasıdır və biz buna nail olmalıyıq. Bunu da edəcəyik, çünki maliyyə imkanlarımız artır.
Sizə də, bu tikintidə iştirak etmiş bütün insanlara təşəkkür edirəm ki, qısa müddət ərzində belə gözəl stansiya yaratmış, Bakı əhalisinin sərəncamına vermisiniz. Arzu edirəm ki, burada səmərəli işləyəsiniz və ölkəmizin güclənməsinə bundan sonra da töhfənizi verəsiniz. Sizi bir daha təbrik edirəm. Sağ olun.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan gimnastlarından Çində uğurlu nəticə: bürünc medal və iki final vəsiqəsi

Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib

COP31-də Türk dünyası qadınlarının iqlim təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb

ABŞ-də uçuşların dayandırılmasına səbəb olan nasazlığın kiberhücum olmadığı açıqlanıb

Azərbaycanın siyasi tarixinə həkk olunan Dublin Sammiti - ŞƏRH

Alimlər vikinqlərin genetik mənşəyi ilə bağlı gözlənilməz faktı üzə çıxarıblar

Amerikada yaşayan azərbaycanlı vəkillər Konstitusiya Gününü qeyd ediblər

Akademik Milli Dram Teatrı ilə Gəncə Dövlət Milli Dram Teatrı arasında əməkdaşlıq memorandumu imzalanıb

Antalyada Türkiyənin İqlim Məktəbi açılıb

COP31 çərçivəsində innovativ texnologiyaların iqlim dayanıqlılığında rolu müzakirə olunub

Tələblərimiz yerinə yetirilməyib : “Sarı jiletlilər” yeni aksiyaya hazırlaşır

Fransada etirazlar: Parisdə aksiya insidentsiz başa çatıb

Azərbaycanla ABŞ arasında aqrar sahədə əməkdaşlıq genişləndirilir

Putin, Si Cinpin və Tramp Çində görüşəcəklər

Bu saata olan əsas xəbərlər

“Milli Məfkurə, Mənəvi İrs və İdeoloji Təhlükəsizlik” mövzusunda Beynəlxalq Elmi-Praktiki Konfrans

Dünya çempionu Almaniya prezidentliyinə namizəddir

"Meta" 805 milyon avro məbləğində cərimələnib

Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Qazax politoloq: Prezident İlham Əliyevin Dublin Sammitində iştirakı Avropa ilə əməkdaşlıq üçün yeni imkanlar açır

Makron Malayziyada nadir torpaq metallarının tədarükü ilə bağlı danışıqlar aparacaq

Dublin Sammitində keçirilən görüşlər Azərbaycanla dialoqa olan marağın ifadəsidir - ŞƏRH

Elnur Rüstəmzadə: “Sea Breeze” ərazisində nar bulvarı salınıb

Təranə Muradova: Nar ölkəmizin milli mədəniyyətinin zənginliyini simvolizə edir

Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xatirəsi anılıb

Avropanın siyasi xəritəsində Azərbaycanın artan rolu və strateji tərəfdaşlığın perspektivləri ŞƏRH

Naxçıvanda müasir suvarma infrastrukturu qurulur

Azərbaycan Avropanın enerji təhlükəsizliyinə və inkişaf gündəliyinə töhfə verən mühüm tərəfdaşdır - ŞƏRH

Monakoda Azərbaycanın üzümçülük və şərabçılıq ənənələri, investisiya imkanları təqdim olunub

Uşaq hüquqlarını qoruyaq: Tovuzda maarifləndirici tədbir

Bakıda Argentina Mədəniyyəti Günü qeyd olunub

Sabunçuda avtomobildən 6000 manat oğurlayan şəxs saxlanılıb

COP31-in iştirakçıları Azərbaycanın uşaqlarla bağlı dövlət siyasəti haqqında məlumatlandırılıb

Vətən Müharibəsi Qəhrəmanı Nail İbrahimlinin xatirəsi yad edilib

ABŞ-dən Zelenskiyə sual: Ukrayna NATO-ya üzv olarsa, Donbasdan çıxmağa razılaşacaqsınızmı?

AKTA-nın təhsil istiqamətində fəaliyyətinə dair tədbir baş tutub

Baş prokuror Kamran Əliyev Argentinadan olan həmkarları ilə görüşlər keçirib

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

İB sədri: Milli dəyərlərin və tarixi kimliyin gələcək nəsillərə sağlam şəkildə ötürülməsi xüsusi əhəmiyyət kəsb edir

COP31-dəki Azərbaycan pavilyonunda universitetlərin davamlı inkişafda rolu müzakirə edilib

Vətən müharibəsi şəhidi Nurəddin Məstəliyevin xatirəsi anılıb

QMİ sədri Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək

Ordubadda qəzaya düşən şəxslərin vəziyyəti məlum olub - YENİLƏNİB

Qaradağda evdən qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb

COP31-dəki Azərbaycan pavilyonunda gənclərin təmiz enerji keçidindəki rolu müzakirə olunub

“Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı reallaşıb

Cavid Vəliyev: İdeoloji təhlükəsizlik milli suverenliyin və dövlətçilik dəyərlərinin qorunmasının mühüm tərkib hissəsidir

Sabah Bakıda və rayonlarda yağış, dağlıq ərazilərdə qar yağacaq

Ekspert: Azərbaycan və Ukrayna prezidentlərinin görüşləri əməkdaşlığın yüksək səviyyədə olmasının göstəricisidir

Deputat: Geosiyasi təxribatlar çox vaxt xalqların psixologiyasını, mentalitetini və xarakterini dərindən öyrənməklə başlayır

Gülçin Zeynallı: Milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində mühüm işlər həyata keçirilir

Yaponiyalı tələbələrə Azərbaycanın xarici siyasəti haqqında mühazirə oxunub

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir VİDEO

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir VİDEO

Bu saata olan əsas xəbərlər

COP31-də altıncı günün əsas mövzusu uşaqlar və gənclərdir VİDEO

COP31-də altıncı günün əsas mövzusu uşaqlar və gənclərdir VİDEO

Hulusi Kılıç: Gənc nəsilləri milli dəyərlərimizə sadiq ruhda yetişdirməliyik

Bahar Muradova: Azərbaycanda qlobal iqlim gündəliyinə verilən təkan Türkiyədə yeni qərarların alınmasına gətirib çıxarmalıdır

İqlim dəyişikliyi İndoneziyadakı meşə yanğınlarını daha da pisləşdirib

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Müdafiə Nazirliyi: Hərbi hissələrdə əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub

İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

DİN: Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb

Britaniyalı ekspert: Azərbaycan və Böyük Britaniya arasında strateji tərəfdaşlıq münasibətlərin inkişafında mühüm mərhələdir

Ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib – FAKTİKİ HAVA

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub VİDEO

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub VİDEO

“Avropa Siyasi Birliyi”nin Dublin sammiti Azərbaycanın Avropa ilə siyasi dialoqunda yeni imkanlar açır- ŞƏRH

Azərbaycan nefti 102 dollara satılır

Hörmüz boğazında tanker minaya düşərək yanıb

Füzulidə ağır yol-nəqliyyat hadisəsi baş verib, 3 nəfər ölüb

Yəməndə gedən döyüşlər səbəbindən 340 mindən çox insan qaçqın vəziyyətinə düşüb

Hörmüz boğazında gəmiçilik trafiki müharibədən əvvəlki səviyyədən 65 faiz azdır

Tramp Çin və Rusiya liderləri ilə ilk dəfə üçtərəfli görüş keçirəcək

Husilər Ər-Riyad hava limanına növbəti zərbə endirdiklərini bildiriblər

ABŞ Ukrayna pilotlarının F-16 qırıcılarını idarə etməsi üzrə təlimləri davam etdirir

“Sky News”: Böyük Britaniyadakı ABŞ aviabazası üzərində naməlum dronlar aşkarlanıb

ABŞ-də dörd saatdan çox davam edən uçuş məhdudiyyəti aradan qaldırılıb

İraq ABŞ-nin himayəsi altında Hörmüz boğazından neft ixracını bərpa edib

Yeni Orlean limanı yaxınlığında gəmi qəzası nəticəsində 32 nəfər xəsarət alıb

“Bloomberg”: FTB ABŞ-də uçuşların dayandırılmasını kiberhücumla əlaqələndirmir

UEFA Millətlər Liqası: Niderland Yunanıstan yığmasını böyük hesabla məğlub edib

Millətlər Liqası: Azərbaycan yığması Lixtenşteynə qalib gəlib

Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının bağlanış mərasimi olub

ABŞ-də bütün hava limanlarında uçuşların dayandırılması barədə qərar verilib

Leyla Əliyeva COP31-də Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Tullantı Fondunun birgə pavilyonunda olub, bir sıra ekspertlərlə görüşüb

Fon der Lyayen: Aİ Ukrayna ilə bağlı danışıqlarda atəşkəs və təhlükəsizlik zəmanətlərini prioritet sayır

Tusk: Polşa Ukrayna üçün silah alınmasını maliyyələşdirməyəcək

Avropa Xəbər Agentlikləri Alyansı TASS-ı üzvlükdən çıxarıb

Balakəndə tədbir: “Uşaq hüquqları – sağlam və təhlükəsiz gələcəyin təminatı”

Polşanın Suriyadakı səfirliyi 15 ildən sonra yenidən açılacaq

Aİ Rusiya ilə danışıqlar aparmaq üçün nümayəndə heyətinin tərkibini təsdiqləyib

Antonio Quterreşin COP31-də vida nitqi: Yanan planetdə sülh qura bilməzsiniz

DİN yeraltı keçiddən istifadə etməyən piyadalara müraciət edib

Azərbaycanda Geoloji parkın yaradılması istiqamətində işlər davam etdirilir

İraq boru kəmərlərinin mühafizəsi üzrə ixtisaslaşmış təhlükəsizlik qüvvələri yaradıb

Maliyyə Nazirliyinin kollegiyasında dövlət müəssisələri ilə işin təşkili nəzərdən keçirilib

BEA: Qlobal elektrikləşdirmə hədəfinin investorların marağını artıracağı gözlənilir

Aİ liderləri: Avropanın təhlükəsizliyi Ukrayna ilə bağlı sülh danışıqlarının bir hissəsi ola bilməz

® ABB istiqrazlarına investor marağı davam edir: iki buraxılış üzrə sifarişlər 22 milyon manatı keçdi

Leyla Əliyeva COP31 çərçivəsində Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib