VİKTOR YUŞŞENKO HƏDƏ-QORXU GƏLİR
AZƏRTAC xəbər verir ki, Ukrayna müxalifətinin lideri, prezidentliyə namizəd Viktor Yuşşenko Londonda çıxan “Sandi teleqraf” qəzetinə müsahibəsində bildirmişdir ki, müxalifət ikinci turun təkrar sesverməsində məğlub olarsa, ölkədə hakimiyyəti zor gücünə ələ keçirəcəkdir.
Yuşşenko demişdir: “Əgər köhnə rejim xalqın və parlamentin iradəsinə zidd getməyə cəhd göstərərsə, biz hücum edib hökumət binasını, sadəcə olaraq, tutacağıq”.
Yuşşenko hakimiyyətə gəldiyi təqdirdə ölkənin parçalanma təhlükəsi ilə üzləşəcəyi fikrinə şübhə ilə yanaşdığını bildirmişdir. O demişdir: “Mən Ukraynanın Avropanı dəstəkləyənlərlə Rusiyanı dəstəkləyənlər arasında yaxud Şərqə və Qərbə bölünəcəyinə inanmıram. Belə bölünməyə nail olmaq istəyən siyasətçilər və digər qüvvələr mövcuddur, lakin sadə insanların bu məsələyə münasibəti fərqlidir”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.11.2026 [14:41]
Kiyevdə çoxmərtəbəli bina dronla vurulub - hadisə yerindən REPORTAJ
- 12.11.2026 [14:34]
Böyük Britaniyada 25 yaşadək gənclər üçün müavinət qaydaları dəyişə bilər
- 12.11.2026 [13:25]
Çexiya ordusunun peşəkar hərbçilərinin sayı 38 min nəfərə çatdırılacaq
COP31-də müzakirələr davam edir
- [12:32]
Sabahın hava proqnozu açıqlanıb
- [12:30]
Bu saata olan əsas xəbərlər
- [12:00]