VERGİ ÖDƏYİCİLƏRİ İLƏ GÖRÜŞ SƏMƏRƏLİ OLMUŞDUR
AZƏRTAC xəbər verir ki, 8 saylı Beyləqan Ərazi Vergilər İdarəsində Ağcabədi rayonunun vergi ödəyiciləri ilə keçirilən görüşdə “Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi haqqında” Qanunun müddəaları, “Vergi ödəyicilərinə yeni eyniləşdirmə nömrələrinin verilməsi Qaydaları” müzakirə olunmuş və respublikamızda sahibkarlığın inkişafına göstərilən dövlət qayğısından, vergi sahəsində islahatların əhəmiyyətindən söhbət açılmışdır. Görüşdə vergi orqanlarında yeni idarəetmə modelinin qurulması, yoxlama nəzarət işinin təkmilləşdirilməsi və digər zəruri tədbirlər barədə fikir mübadiləsi aparılmış, sahibkarların suallarına cavab verilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Azərbaycan şahmatçıları Avropa çempionatında daha iki medal qazanıblar
- 12.11.2026 [23:58]
Türkiyə millisi Belçikaya məğlub olub
- 12.11.2026 [23:36]