VARLIĞA NƏ DARLIQ?
Medison Skver Qardendə (Nyu-York) konsertdən sonra səhnə arxasında müğənniyə yaxınlaşan kuryer ona 8 karatlıq brilyantlı platin boyunbağı və uyğun üzük vermişdir. O bildirmişdir ki, sultanın oğlu Əzimin tapşırığı ilə Bruneydən xüsusi təyyarə ilə gəlmişdir. Bu hədiyyə şahzadə Əzimin Merayyanın istedadına heyran olduğuna dəlalət edir.
İlkin hesablamalara görə, hədiyyə edilmiş daş-qaşın ümümi dəyəri 5,4 milyon dollardır. Qiymətli zinət əşyalarını olduqca xoşlayan Merayya bu hədiyyədən vəcdə gəlmişdir.
Bruney sultanlığının taxt-tacına üçüncü namizəd olan 24 yaşlı Əzim öz qeyri-adi hərəkətləri ilə məşhurdur. Məsələn, bu yaxınlarda Londanda müğənni Aşerin konsertində əylənən şahzadə ona 250 min dollar dəyərində zərgərlik məmulatı hədiyyə etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.11.2026 [20:56]
Almaniya gələn həftə Ukraynanın müttəfiqlərinin sammitini keçirəcək
- 13.11.2026 [20:43]
“Evklid” missiyası 900 milyondan çox qalaktikanı müşahidə edib
- 13.11.2026 [20:23]
Qazaxıstan Prezidenti ölkənin nəqliyyat sektorundakı vəziyyəti tənqid edib
- 13.11.2026 [20:10]