UŞAQ EVLƏRİNƏ YARDIM OLUNUR
Şirkətdən AZƏRTAC-a bildirmişlər ki, “Samsung Elektronics” Azərbaycanda fəaliyyətinin 10 illiyi münasibətilə bir sıra xeyriyyəçilik tədbirləri həyata keçirir. Bu məqsədlə şirkətin bir qrup əməkdaşı Bakı şəhərinin və Abşeron rayonunun 5 uşaq evində olmuşdur. Suraxanı, Xətai, Saray, Şüvəlan, Zabrat uşaq evlərində kimsəsiz uşaqlara hamilik köməyi göstərərək, onlara məişət texnikası hədiyyə vermişlər. Uşaqlar öz hamilərini sevinclə qarşılamış, mahnılar oxumuş, rəqslər ifa etmişlər. Şirkətin uşaq evlərinə hədiyyə etdiyi televizorlar, videomaqnitafonlar, soyuducular, split kondisonerlər, qızdırıcılar və digər məişət əşyaları otaqlara rahatlıq, hərarət, kimsəsiz körpələrin qəlbinə sevinc gətirmişdir.