UNEC-ə qəbul olanların nəzərinə
Bakı, 1 sentyabr, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetinə (UNEC) qəbul olunan abituriyentlər sentyabrın 5-dən 14-dək elektron qaydada qeydiyyatdan keçməlidirlər.
Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib.
Bunun üçün UNEC-in rəsmi saytına (https://unec.edu.az/) daxil olaraq, “Tələbə kabineti” qeydiyyat bölməsinə keçid almaqla (kabinet.unec.edu.az) sənədlərini elektron formada sistemə yükləməlidirlər. Bundan əlavə, abituriyentlər https://portal.edu.az/ platformasında da qeydiyyatdan keçməli və yaradılmış kabinetə daxil olduqdan sonra “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər.
Qeyd olunan müddətdə hər iki portaldan qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.11.2026 [19:55]
UNEC-in yeni rəsmi saytı təqdim olunub
- 11.11.2026 [19:36]
AzTU-nun tələbələri FAB Şirkətlər Qrupunun istehsal müəssisələrində olublar
- 11.11.2026 [19:31]
Texniki Universitetdə “TechConnect Week ‘26” tədbiri
- 11.11.2026 [18:17]
BŞTİ-nin tabeliyindəki bağçalarda valideyn konfranslarına başlanılıb
- 11.11.2026 [17:23]