UNEC-də “Açıq qapı” günü davam edir
Bakı, 17 iyul, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) fakültələr üzrə “Açıq qapı” günü davam edir.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, iyulun 17-də Maliyyə və mühasibat fakültəsi, Beynəlxalq İqtisadiyyat Məktəbi (təhsil ingilis dilində), Türk Dünyası İqtisad Fakültəsi, Rus İqtisad Məktəbi və Qiyabi və Əlavə Təhsil Mərkəzində abituriyent və valideynlər üçün “Açıq qapı” günü keçirilib.
Abituriyentlərə fakültələrdəki ixtisaslar, eləcə də tədris və imtahan prosesi, xüsusi təqaüd imkanları, ikili diplom, mübadilə və UDİD proqramları barədə məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.11.2026 [16:56]
AzTU-ya yeni qəbul olunan əcnəbi tələbələrlə görüş olub
- 12.11.2026 [16:39]
Azərbaycan və Yaxın Şərq ədəbiyyatı tarixi üçün yeni elmi mənbə
- 12.11.2026 [16:02]
Azərbaycanın Corc Vaşinqton Universiteti ilə təhsil tərəfdaşlığı genişlənir
- 12.11.2026 [15:48]